2023-2024-cü tədris ili məktəblərdə sentyabrın 15-də başlayıb iyunun 15-də başa çatacaq.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb. Nazirlikdən həmçinin, o da vurğulanıb ki, yeni tədris ili üçün sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar məktəblərə qeydiyyatdan keçə biləcəklər. Qış tətili dekabrın 30-dan yanvarın 14-dək, yaz tətili isə martın 8-dən 14-dək davam edəcək. Bundan başqa məktəblərdə olunacaq istirahət günlərinin vaxtı da məlum olub. Tətil günləri bunlardır: 14 oktyabr, 23 noyabr, 7 yanvar, 19 yanvar, 3 mart, 8 mart, 9 aprel, 9 may, 12 may, 26 may, Pasxa bayramı ilə bağlı isə mayın 3-dən 6-dək tətil günü olacaq.