Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü noyabrın 4-ü, növbəti həftənin iş günləri noyabrın 6, 7-si, bayramdan sonra ilk iş günü isə noyabrın 13-dür.

Bu barədə Tezadlar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri noyabrın 10, 11-i tarixləri müəyyən olunub.