booked.netbooked.net booked.net  

Təhsil ekspert: “Cəmiyyətin müəllimə ehtiyacı yaranmalıdır.”

 Ölkəmizdə müəllimlərin sayı əslində çox deyil -150 min müəllim. Bu isə hər 10 şagirdə 1 müəllim deməkdir.

 Bunu təhsil eksperti Kamran Əsədov bildirib.

 Kamran Əsədov cəmiyyətin bütün uğursuzluqlarında müəllimlərin tənqid edildiyini diqqətə çatdırıb. Onun fikrincə, müəllimlər bir sıra səbəblərdən nüfuzdan düşüb və bu sahədə vəziyyət heç də yaxşı deyil.

 “Əlbəttə ki, müəllimin keyfiyyəti: bilik və bacarıqlarının qənaətbəxş olması daima müzakirə predmeti olub və bu olmalıdır. O da həqiqətdir ki, cəmiyyətin əldə etdiyi bütün uğurlarının memarı müəllimdir. Bəs uğursuzluğun bənnası kimdir?

Etiraf edək ki, başqa sahələrdə işləmək imkanı olmayanlar daha çox müəllimliyi seçir. Düzdür, sertifikasiyadan keçmiş müəllimin əmək haqqı digər peşə sahibləri ilə müqayisədə yaxşıdır, lakin daha da yaxşı ola bilər.

Cəmiyyət son illər bütün neqativ halların baş günahkarı rolunda müəllimi görür. Bunun səbəbi müxtəlifdir. Bəlkə də repetitorluq, hazırlıq kursları sistemi müəllimliyi nüfuzdan saldı, bəlkə də maaş azlığı səbəbindən müxtəlif qeyri sahələrdə çalışan işçi qismində müəllim peşəsi nüfuzdan düşüb, amma vəziyyət ürəkaçan deyil”, - deyə Kamran Əsədov qeyd edib.

  Ekspertin sözlərinə görə, hazırda “müəllimlərin hüquqlarını müdafiə edən” bəzi QHT-lər var ki, əslində onlar gözdən pərdə asmaqla məşquldurlar və fəaliyyətləri də əhəmiyyət daşımayan tədbirlər keçirməkdən, qrant almaqdan... ibarətdir.

Kamran Əsədov vurğulayıb ki, müəllimlərin aşağı düşən nüfuzu yüksəldilməlidir. Onun açıqlamasına görə, universitetlərdə müəllim ixtisasları üzrə yerlər azaldılarsa cəmiyyətdə daha çox müəllim azlığı hiss olunacaq və ona ehtiyac artacaq...

 

 “O da düzdür ki, sayı çox olan müəllimlərin sözdə "hüquqlarını müdafiə edən" QHT-lər, ictimai təşkilatlar var, amma sadəcə olaraq var. Onlar mənasız tədbirlər keçirmək, qrant almaq, sertifikat paylamaq üçün var.

Qısası, müəllim peşəsinin nüfuzun qorunmasına ehtiyac var. Müəllimlərin hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin görülməsi zəruridir.

Düşünürəm ki, pedaqoji kadrların hazırlanması üçün ali məktəblərə qəbul plan yerləri ciddi şəkildə azaldılmalıdır. Cəmiyyətin müəllimə ehtiyacı yaranmalıdır.

Bir də çalışın müəllim olmayan müdirinizə, rəhbərinizə müəllim deməyin”, - deyə ekspert əlavə edib.

Onu da qeyd edək ki, Azərbaycanda bir çox ixtisaslar üzrə hələ də müəllim çatışmazlığı var, bu, özünü daha çox bölgələrdə göstərir. Nəzərə alsaq ki, bir çox müəllimin diplomları da saxta çıxdı, həmçinin sertifikasiyadan da keçməyən müəllimlər oldu, demək ki, hələ də cəmiyyətimizin savadlı müəllim kadrlarına ehtiyacı var. Problemi köklü həll etmək üçün isə ali məktəblər savadlı müəllim kadrları hazırlamalıdır. Həmçinin müəllimlər də daima öz üzərlərində işləməlidirlər.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA