Özbəkistan Respublikasının Daşkənd Dövlət İqtisad Universiteti və Daşkənd Maliyyə İnstitutu şəhərin mərkəzindən Sergeli rayonuna köçürülə bilər.

Daşkənd hökümətinin mətbuat xidmətinin mütəxəssisi Gülnoza Kasımova Gazeta.uz-a rəsmi qurumların belə bir layihəni müzakirə etdiyini təsdiqləyib.

“Hazırda plan müzakirə olunur, bunun (universitet binalarının köçürülməsi) ehtimalı var, lakin hələlik dəqiq qərar yoxdur. Layihə hazırlanır. Əgər hazır olub təsdiqlənsə, mütləq sizə məlumat verəcəyik”, - deyə mütəxəssis bildirib.

DDİU İslam Kərimov küçəsində, maliyyə qurumunun əsas binası isə Əmir Teymur küçəsində yerləşir.

 Gazeta.uz  mənbəsinin məlumatına görə, hökumət “orta müddətdə dövlət xərclərini optimallaşdırmaq üçün” bəzi sahələrin nəzərdən keçirilməsi və azaldılması ilə bu iki ali təhsil müəssisəsini birləşdirməyi də nəzərdən keçirir. Ümumiyyətlə, gələcəkdə universitetlərin öz potensialına və elmi potensialına əsaslanaraq mərhələli şəkildə genişləndirilməsi (birləşdirilməsi) nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan paytaxtında da mərkəzdə yerləşən, bu səbəbdən həm yollarda tıxaca, dar küçələrdə - universitetlərin qarşısında avtomobillərini saxlayaraq (tələbə, müəllim, ziyarətçi...) yollarda keçilməzlik yaradan, şəhərin mərkəzini yükləyən bir çox universitetlərin şəhər kənarına köçürülməsi barədə dəfələrlə təkliflər səsləndirilib. Buna isə xeyli maliyyə vəsaiti lazımdır.

 

JASMİN