Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.  

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatında bildirilib.  

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb. 

Həmçinin fənn müsabiqələrində BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 31 şagird qızıl, gümüş və bürünc medal qazanıb. Onlardan 8 nəfəri riyaziyyat, 4 nəfəri fizika, 7 nəfəri biologiya, 1 nəfəri kimya, 11 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.

Bundan əlavə, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub.

Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.

Bu il  BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 1 919 nəfər məzun fərqlənmə attestatı ilə başa vurub.

Onlardan 1 029 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 890 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

 

Y.Məmmədli