2023-cü ilin sentyabrından başlayaraq 250.000 kollec tələbəsi üçün təqaüdlər 50% artırılıb.

 Qazaxıstan Respublikası Təhsil Nazirliyinin məlumatına görə, təqaüdlər bu il daha 50% artacaq.

Artım 300 minə yaxın tələbəni əhatə edəcək.

“Orta ixtisas səviyyəli tələbələri indiki 31 422 tenge (təqribən 118 manat) əvəzinə 41 896 tenge (təqribən 157 manat) alacaqlar. İşçi ixtisası olan tələbələr üçün təqaüd 32 681 tengedən (təqribən 123 manat) 43 574 təngəyə (təqribən 164 manat) yüksələcək”, - deyə texniki və peşə təhsili şöbəsinin baş eksperti Darxan Satanov bildirib.

Bundan əlavə, dövlət sifarişi ilə təhsil alan tələbələrə sosial dəstək - yemək və yol haqqı da verilir.

Qurum xatırladıb ki, ölkənin kolleclərində ümumilikdə 542 min tələbə təhsil alır ki, onlardan 344 mini pulsuz texniki və peşə təhsili ilə əhatə olunub.

 

JASMİN