Bakı Ali Neft Məktəbində #BANM #Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, konfransda SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün Hüseynova ,Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev , BANM-nin rektoru Elmar Qasımov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

b

Builki konfranslara ümumilikdə 517 tezis göndərilib, onlardan 384-ü qəbul edilib, göndərilən tezislərin 58-i 6 ölkənin 7 təhsil müəssisəsindən olub, ümumilikdə isə 55 müəssisədən #tezis daxil olub.

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir. Konfranslar may ayının 1-də yekunlaşacaq.

 

JASMİN