Bakının Sabunçu rayonunda fəaliyyət göstərən 81 nömrəli tam orta məktəbindən narazılıq var. Məktəbdə təhsil alan şagirdlərin valideynləri şikayət edir ki, övladlarından “məktəbin təmiri” adı ilə pul yığırlar.

Adlarının çəkilməsini istəməyən valideynlər bildirirlər ki, Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbin direktoru dəfələrlə müxtəlif adlar altında şagirdlərdən pul yığıb. Lakin bu dəfə yığılan pullar valideynlərdə böyük narazılıq doğurub. Belə ki, məktəbin direktoru Mehriban Əlizadə hər şagirddən məktəbin təmiri üçün pul yığmağı müəllimlərə tapşırıb və yığılan pulların ona çatdırılmasını tələb edib.

Məlumata görə, yığılan pullara etiraz edən valideynlərin uşaqları incidilir. Mənbə bildirir ki, M.Əlizadənin yüksək vəzifədə işləyən qohumu olduğu üçün o, “burda mənəm, Bağdadda kor xəlifə” deyərək iddialarından əl çəkmir.

Məsələ ilə bağlı 81 nömrəli tam orta məktəbin rəhbərliyindən münasibət öyrənmək cəhdimiz alınmadı. Çox təəssüflər olsun ki, ölkəmizin təhsilinə zərbə vurmağa çalışan hələ də belə məktəblər az da olsa var. Ümid edirik ki, məsələ ilə bağlı Təhsil Nazirliyi öz mövqeyini bildirəcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA