booked.netbooked.net booked.net  

Bildiyimiz kimi, hər ay icbari tibbi sığorta hesabına əməkhaqqından faiz ödənilir.

Həm də bu, əməkhaqqından məcburi şəkildə tutulur.

İcbari tibbi sığortaya əməkhaqqından faiz ödəmələri ilə bağlı bəzi məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirib.

Mütəxəssis qeyd edib ki, icbari tibbi sığorta tarifləri 28 oktyabr 1999-cu il tarixli “Tibbi sığorta haqqında” Qanunla tənzimlənir və icbari tibbi sığorta tarifləri faiz dərəcələri ilə müəyyən edilir:

“İşəgötürən tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

 işçi tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz”, - deyə bildirib.

Nihad Əliyev bunu misallar çəkərək də izah edib.

“Məsələn, dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə əsas iş yeri kimi mühasib vəzifəsində ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və ikinci qrup əlildir (müvafiq təsdiqedici sənədlər təqdim olunub). İşçi tərəfindən ödənəcək icbari tibbi sığorta haqqının məbləği belə hesablanır:

900 x 2% = 18 manat.

900 manat - işçiyə hesablanmış aylıq əməkhaqqı;

2% - icbari tibbi sığorta tariflərinə cəlb olunan gəlirin faizi;

18 manat - hesablanmış əməkhaqqından tutulan icbari tibbi sığortanın məbləği.

 Və yaxud dövlət müəssisəsində 9.000 manat vəzifə maaşı ilə əsas iş yeri kimi mühasib vəzifəsində ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və ikinci qrup əlildir (müvafiq təsdiqedici sənədlər təqdim olunub).

İşçi tərəfindən ödənəcək icbari tibbi sığorta haqqının məbləği belə hesablanır:

9.000 – 8.000 = 1.000 manat;
1.000 x 0,5% = 5 manat;
8.000 x 2% = 160 manat;
5 + 160 = 165 manat.

Burada işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2%, qalan hissəsindən isə 0,5% icbari tibbi sığorta haqqı hesablanır”, -deyə bildirib.

Mütəxəssis “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsində işlədilən “əməkhaqqı fondu” ifadəsinin də suallar yaratdığını və bu ifadənin dəqiq izahının verilməsi təklifini də verib.

“Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, əməkhaqqı anlayışına daxil olmayan gəlirlər işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmamalıdır. Yeri gəlmişən, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsində işlədilən “əməkhaqqı fondu” ifadəsi təcrübədə müəyyən suallar yaradır. Gələcəkdə bu ifadənin daha dəqiq izahı, tərkibi qeyd edilsə, daha məqsədəuyğun olar”, -deyə vurğulayıb.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN