booked.netbooked.net booked.net  

Koronavirusun omikron ştammının BA-2.75 alt növü Hindistana daxil olub.

Qeyd edək ki, bu variant daha yoluxucudur.

Hindistanın ən qədim dövlət xəstəxanalarından birinin direktoru və baş həkimi Sureş Kumar qeyd edib ki, yeni ştammın yüksək ötürülmə sürəti var.

“Bu barədə 90 nümunədən ibarət tədqiqat hesabatında deyilir. Bu yeni variant həm antikorları olan insanlara, həm də peyvənd olunanlara hücum edir”, - deyə mütəxəssis bildirib.

BA-2.75 variantı artıq dünyanın bir çox ölkəsində kəşf edilib

Xatırladaq ki, koronavirus  2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.

Azərbaycanda isə ilk dəfə bu xəstəlik 28 fevral 2020-ci ildə Rusiya Federasiyasının vətəndaşında aşkarlanıb. Belə ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub,

Qeyd edək ki, dünyada koronavirusa yoluxma sayında yenidən artım müşahodə olunur.

Ötən gün Çin hökuməti COVID-19-un yayıldığı iki il yarım ərzində ilk dəfə olaraq Tibet muxtar rayonunda koronavirusa yoluxma aşkarlayıb.

Son sutka ərzində Çində COVID-19-a yeni 939 yoluxma, o cümlədən 540 simptomatik hal qeydə alınıb.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN