booked.netbooked.net booked.net  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) irqçi və damğalayıcı dildən qaçmaq üçün dünyada, xüsusilə Avropada təsiri olan “meymun çiçəyi”

(monkeypox) virusunun adının "Mpox" adlandırılmasına qərar verdiklərini açıqladı.

  TRT-nin məlumatına görə, təşkilatın yazılı açıqlamasında bildirilir: “Virusun adının dəyişdirilməsi üçün beynəlxalq səhiyyə mütəxəssisləri ilə bir müddət fikir mübadiləsi aparıldıqdan sonra üzv dövlətlərə “meymun çiçəyi”nə “Mpox” adının verilməsi tövsiyə edildi.

  2022-ci ilin əvvəlində “meymun epidemiyası” öz təsirini göstərməyə başlayanda internetdə “irqçi və damğalayıcı ittihamlardan istifadə olunduğu” fikirləri ÜST-ə çatdırıldı.

  Ad dəyişikliyi üçün “Mpox”a üstünlük verildi. Bundan sonra “meymun çiçəyi” yerinə davamlı olaraq “Mpox” istifadə edilməsi qərara alındı”.

  Qeyd edək ki, endemik virusun törətdiyi nadir xəstəliklərdən biri kimi tanınan “meymun çiçəyi” ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insan orqanizmində təsbir edilib. 1958-ci ildə ilk dəfə meymunlarda aşkar edildiyi üçün bu virus "meymun çiçəyi" adlandırılmışdı.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN