booked.netbooked.net booked.net  

Bu həftənin əvvəlindən Pekin və Urumçi səlahiyyətliləri koronavirusun qarşısını almaq tədbirlərini optimallaşdırırlar.

Pekinin xəstəliklərə  nəzarət və qarşısının alınması mərkəzindən qeyd edilib ki, Covid-19-a yoluxma hallarının sayının artması fonunda epidemiyaya qarşı mübarizə tədbirlərini optimallaşdırmaq lazımdır.

Şəhər hakimiyyət nümayəndələrinin sözlərinə görə, Pekinin yüksək epidemioloji risk zonalarında yerləşən yaşayış komplekslərində qapı və girişləri bloklamaq qadağandır.

Girişlər tibbi nəqliyyat, təcili evakuasiya və təcili yardım üçün açıq olaraq qalmalıdır.

Xatırladaq ki, ötən gün Pekində  4,3 min nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

 Urumçi Bələdiyyəsinin səlahiyyətliləri çərşənbə günü keçirilən brifinqi zamanı koronavirus epidemiyasının nəticələrini aradan qaldırmaq üçün ehtiyacı olan sakinlərə kömək etmək məqsədi ilə tədbirlər həyata keçirildiyini də açıqlayıblar.

Aşağı gəlirləri olan və ya gəlirsiz olan şəhər sakinlərinə subsidiyaların verilməsi gözlənilir. Dövlətin mənzil proqramı ilə mənzil kirayələyən  ailələr beş ay kirayədən azad olacaqlar. Urumçidə yaşayan və iş tapmaqda çətinlik çəkən əhalinin aşağı səviyyəli qruplarını şəhər hakimiyyəti iş yerləri ilə təmin edəcək.

Qeyd edək ki, ÇXR-nın Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, son sutka ərzində Çində 38 mindən çox koronavirusa yeni yoluxma halı müəyyən edilib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN