booked.netbooked.net booked.net  

"Həmçinin qida məhsullarının, xüsusən də unun mikroelementlər və vitaminlərlə mütləq zənginləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər lazımi səviyyədə həyata keçirilmir. Bunlar dəmir, sink və fol turşusudur".

***

Qazaxıstanda duz istehlakı ÜST-nin tövsiyə etdiyi təhlükəsiz normadan 4 dəfə çoxdur.

Bu barədə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Akmaral Alnazarova məlumat verib.

“Qazaxıstanda duz qəbulu ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) tövsiyə etdiyi təhlükəsiz normadan 4 dəfə yüksəkdir ki, bu da öz növbəsində arterial hipertoniya və ürək-damar xəstəliklərinin, II tip diabetin və bəzi xərçəng növlərinin inkişafı üçün əsas risk faktorlarından biridir. Qlobal duz istehlakını azaltmaq üçün ÜST-ün müəyyən etdiyi qaydaya əsasən, 2025-ci ilə qədər ölkə əhalisinin duz istehlakını 30% azaltmaq lazımdır. Lakin hazırda “Sağlam Millət” milli layihəsində bu məsələ ilə bağlı kifayət qədər tədbirlər yoxdur”, –  deyə deputat iradını bildirib.

 Onun sözlərinə görə, Qazaxıstanda qida məhsullarının, xüsusən də unun mikroelementlər və vitaminlərlə mütləq zənginləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər lazımi səviyyədə həyata keçirilmir, hansı ki, bunlar dəmir, sink, fol turşusudur.

Deputat vurğulayıb ki, hamilə qadının orqanizmində fol turşusu çatışmazlığından yaranan zədələr döl düşüklərinə, dölün anadangəlmə qüsurlarına səbəb olur.

“ Beynəlxalq təcrübədə unun zənginləşdirilməsi əhali səviyyəsində sosial əhəmiyyətli mikronutrient çatışmazlığının qarşısının alınması üçün mövcud və effektiv üsullardan biridir”, - deyə Akmaral Alnazarova izah edib.

Deputat hesab edir ki, hökumət orta müddətli perspektivdə əhali arasında duz istehlakının azaldılması üçün kompleks tədbirlər görməlidir və unun məcburi zənginləşdirilməsi ilə bağlı qanunvericilik tədbirlərinin keyfiyyətlə həyata keçirilməsinə nəzarəti gücləndirməlidir.

Qeyd edək ki, Qazaxıstan Respublikasında  miokard infarktı və insulta yol açan və vaxtından əvvəl ölüm üçün əsas risk faktoru olan 1,5 milyona yaxın arterial hipertenziyalı xəstə dispanser nəzarətindədir.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN