Yaponiyanın Niiqata prefekturasında quş qripi epidemiyası səbəbindən 680 min toyuq məhv ediləcək.

Martın 5-də Niiqatada fermada quş qripi virusu aşkarlanıb. Araşdırma aparılıb, genetik analiz edilib və kədərli bir nəticəyə gəliblər - quş qripi fermada həqiqətən şiddətlənib.

Bu səbəbdən fermada 680 min toyuq məhv ediləcək.

Daha əvvəl bildirilmişdi ki, Yaponiyanın mərkəzində yerləşən İbaraki prefekturasının hakimiyyəti yerli quşçuluq fermasında 1,1 milyondan çox toyuq kəsmək qərarına gəlib. Səbəb quş qripinin yayılması olub.

Yatio şəhərindəki quşçuluq fermasında toyuqların kütləvi yoluxması aşkar edilib.

Yaponiya Özünümüdafiə Qüvvələri quşları məhv etməli olacaq.

E.ŞİRİNOV