ÜST hesab edir ki, epidemiyanın əsas səbəbi təmizlənməmiş su olub.

BMT-nin məlumatına görə, Suriyanın çirkab su təmizləyici qurğularının təxminən üçdə ikisi müharibə nəticəsində məhv edilib.

Fevralda ölkənin şimal-qərbində baş verən zəlzələ isə  infeksiyaya qarşı mübarizədə vəziyyəti daha da gərginləşdirdi.

Rəsmi məlumatlara görə, üsyançıların nəzarətində olan ərazilərdə 56,000-ə yaxın infeksiya və 26 ölüm qeydə alınıb. 

Qeyd edək ki, şiddətli ishal və qusma kimi əlamətlərlə özünü göstərən vəba xəstəliyi həm yoluxucu, həm də ölümcül olur.

Suriyada əhalini vəbaya qarşı peyvənd etmək üçün ilk kampaniyaya start verilib.

Xəbər 24-ün məlumatına görə, ÜST və UNICEF ötən ilin sentyabrından vaxtaşırı vəba epidemiyalarının qeydə alındığı ölkənin şimal-qərbinə 1,5 milyondan çox vaksin göndərib.

Peyvənd kampaniyasında 1500 tibb işçisi və könüllünün iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, bir müddət öncə zəlzələ zonasında fəaliyyət göstərən əcnəbi həkim briqadası Suriyanın həmin bölgəsində su-kanalizasiya sistemləri və infrastrukturun dağıldığını, bunun nəticəsində vəba virusuna yoluxanlarının sayının günbəgün artdığını bildirmişdilər. Epidemiyanın yayılmasının qarşını almaq məqsədilə həkimlər BMT-nin nümayəndələrinə zəlzələdən zərərçəkənlərə içməli su çatdırılması xahişi ilə müraciət də etmişdilər.

JASMİN