Bu vitamin əlavəsinin demensiyanın qarşısını almaqda faydalı ola bilər...

  “Alzheimer's & Dementia: Diagnosis, Assessment & Disease Monitoring” jurnalında dərc edilən elmi araşdırmaya görə, D vitamini əlavəsi ilə demans arasındakı əlaqəni araşdırmaq üçün 12 min iştirakçı ilə təcrübə aparılıb.

  Kanada və İngiltərədən olan alimlər müəyyən ediblər ki, D vitamini əlavələri qəbul edən 4637 iştirakçıdan ibarət qrup əlavə qəbul etməyən qrupdan 40 faiz az demensiyaya malikdir (TRT).

  Ekseter Universitetindən Bayron Kris (Byron Creese) "Bu tədqiqat nəticəsi bizə D vitamini əlavəsinin demansın qarşısını almaqda və ya gecikdirməkdə faydalı ola biləcəyini göstərir, lakin indi bunu təsdiqləmək üçün yenə klinik sınaqlara ehtiyacımız var" deyib.

Qeyd edək ki,  demensiya - əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. O beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gəlir və 'intellektin azalması' kimi tərcümə oluna bilər. Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir,  bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir

Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir. 

ÜST-ün məlumatına görə,  dünyada  47,5 milyon insan demensiya xəstəliyindən əziyyət çəkir və bu rəqəmin 2050-ci ilə qədər artacağı, təqribən 135 milyon olacağı deyilir.

JASMİN