Koronavirus təkamül etməkdə davam edir: o, ilkin olaraq bilindiyi kimi təkcə ağciyərlərə hücum etmir, həm də digər orqanlara təsir göstərə bilir.

Son tədqiqatlar isə göstərdi ki, COVID-19 sinir, dayaq-hərəkət və ürək-damar sistemlərinə də təsir edə bilər.

TEZADLAR.AZ xəbər verir ki, bunu Rusiya KİV-nə müsahibəsində infeksionist həkim Nikolay Malışev deyib.

“Vaxt keçir və nə qədər çox biliriksə, bir o qədər də görürük ki, xəstəliyin yüngül gedişi olsa belə, sonradan müxtəlif fəsadlar ola bilər. Pandemiya dövründə çoxlu fəsadlar müşahidə olunub. Bura sinir sisteminin, mədə-bağırsaq traktının, dayaq-hərəkət və ürək sistemlərinin zədələnməsi daxildir”,- o diqqətə çatdırıb.

Koronavirusun mümkün fəsadlarından biri də onun sinir sisteminə təsiridir.   COVID-19 olan xəstələrdə baş ağrısı, başgicəllənmə, qoxu və dadbilmə itkisi və digər nevroloji simptomlar ola bilər. Koronavirus dayaq-hərəkət sisteminə də təsir edə bilər: Covidin simptomları əzələ ağrısı və zəiflikdir. Bu, həm virusun əzələlərə birbaşa təsiri, həm də bədənin immun reaksiyası ilə bağlı ola bilər.

Ürək-damar sistemi də bu xəstəliyin təsiri altına düşür. Xüsusilə, tromboz, aritmiya, miokardit və digər ürək ağırlaşmaları riski əhəmiyyətli dərəcədə artır.

 

JASMİN