ÜST koronavirusun yeni variantına ad verib...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını verib.

Bu barədə təşkilatın saytında bildirilib. 

Qeyd edək ki, koronavirusun 24 mutant ştammı olduğu söylənilirdi: “Lambda”, “Gamma”, “Delta”, “Alpha”, “Epislon”, “Zeta”, “İta”, “Teta”, "My", “İota”... Cənubi Afrikada yayılmış yeni varianta da ÜST ad qoyub - "Omikron".   Saytda bildirilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Artıq ABŞ noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş “Omikron” ştammı ilə bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdıracaq.

Bu,  Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edilir.

Həmçinin ABŞ-ın “Moderna” şirkəti də koronavirusun bu yaxınlarda mutasiya edən “Omikron” ştammına qarşı peyvənd üzərində işləyir.

Hazırda koronavirusun bütün variantları ilə mübarizədə yeganə yolun peyvəndlənmə olduğu söylənilir.

JASMİN