...Saakaşvili yenidən sərt addımlar atmağa başlayıb...

Gürcüstan KİV-lərinin yazdığına görə, Qori hərbi hospitalında müalicə olunan eks prezident Mixeil Saakaşvili, bütün tibbi müalicəri dayandırdığını açıqlayıb. O, bu barədə şəxsi facebook hesabında paylaşım edib. Siyasətçi qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb. Saakaşvilinin sözlərinə görə, onun görüşlərinin məhdudlaşdırılması və televizorunun əlindən alınması barədə qərar qəbul edilib. M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini vurğulayıb. Xatırladaq ki, Mixeil Saakaşvilinin həbsxanada çəkilən kadrlarını qanunsuz olaraq yayımlandığına görə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət, Dövlət Müfəttişlik Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb edilib.

Təbii ki, tibbi müalicələrdən imtina onun həyatı üçün ciddi təhlükə yarada bilər. Penitensiar xidmət rəhbərliyi isə çıxış yolu axtarmaqdadır...

A.Məmmədli