Fransada koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin sanitar idarəsi məlumat yayıb.

Gün ərzində yeni yoluxma hallarının sayı 104 611 nəfər təşkil edib. Bir gün əvvəl isə 94,1 min yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, hökumət "omikron" ştamının sürətlə yayılması fonunda ciddi məhdudiyyətlər tətbiq etməyib.