Gürcüstan dünyada əhalinin hər milyon nəfərə olan koronavirusdan ölüm sayına görə 2-ci, Azərbaycan isə 63-cü  yerdədir.

Gürcüstanda əvvəlki günlə müqayisədə ötən gün koronavirusa yoluxma sayında xeyli azalma müşahidə edilmişdi – cəmi 986 yoluxma. Lakin

bununla belə 71 nəfər də həyatını itirmişdi. Bir gün öncə isə ölkə üzrə virusa yoluxma sayı 1661nəfər idi.

Dünənlə müqayisədə isə bu gün  yoluxma sayı iki dəfədən çox artıb.  Belə ki, son sutka ərzində yoluxanların sayı 2676 nəfərə çatıb.

Xatırladaq ki, 4 milyonadək əhalisi olan Gürcüstanda indiyədək əhalinin 1 341 907 nəfəri, yəni 33, 73%-i peyvənd olunub. Onlardan 1 124 908 nəfəri, yəni 28%-i isə hər iki peyvəndi vurdurub.

Qeyd edək ki, Covid-19 üzrə həftə ərzində aparılmış statistik göstəricilərə görə, Gürcüstan dünyada əhalinin hər milyon nəfərə olan koronavirusdan ölüm sayına görə 2-ci, Azərbaycan isə 63-cü  yerdədir.

Koronavirusla bağlı həmin statistik göstəricilər isə belədir:

Azərbaycanda yoluxma sayı – 306 , ümumi yoluxma sayı 614 936,  yeni  ölüm sayı 11, ümumi ölüm sayı 8 308, sağalanlar 595 658 nəfər.

Gürcüstanda yoluxma sayı  - 986, ümumi yoluxma sayı – 925 354, yeni ölüm sayı 71,  ümumi ölüm sayı 13583, sağalanlar 885 056 nəfər.

Xatırladaq ki, bu statistika 28 dekabradək olan  dövrü əhatə edir.

Qeyd edək ki, 28 dekabra olan son  statstik məlumatlara görə, Gürcüstanda Covid 19 –dan ölüm sayı artıq 13 646 nəfərə çatıb.

 JASMİN