ÜST rəhbəri koronavirus pandemiyasının hələ bitmədiyini bildirib.

TEZADLAR.AZ COVID-19-un yayılmaması üzrə Regionlararası Komissiyanın Telegram kanalına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən 75-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxış edib. O, çıxışı zamanı  COVID-19 təhlükəsini bir daha xatırladıb və qeyd edib ki, bir çox ölkələrdə pik həddə çatdıqdan sonra bu halların sayının azalmasına baxmayaraq, koronavirus pandemiyası hələ bitməyib.

 O, aşağı gəlirli ölkələrdə 1 milyarda yaxın insanın hələ də covid peyvəndi almadığını, yeni yoluxmalarının olduğunu vurğulayıb və arxayınlaşaraq sayıqlığı itirməməyi tövsiyə edib.

 Xatırladaq ki, indi də dünyada meymun çiçəyinə yoluxma hallarının sayı artmaqda davam edir. Bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklinə yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb. Meymun çiçəyi nadir bir virusdur. Su çiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir.

Hazırda meymun çiçəyi xəstəliyinin qeydə alındığı ölkələrin sayı 15-ə çatıb.Ölənlər yoxdur.

 Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva KİV-Ə bildirib ki, “Meymun çiçəyi” çiçək virusu ilə eyni ailədəndir.

“Ona görə də xəstəliyin gedişatı da çiçək xəstəliyi ilə çox oxşardır. Xəstəlik qızdırma ilə başlayır, baş və əzələ ağrıları ilə davam edir. Qızdırmadan bir neçə, təxminən üç gün sonra səpgilər əmələ gələrək bədənə yayılır. Burada ən qorxulu xəstəliyin pnevmoniya əmələ gətirməsidir. Həmin halda letallıq daha yüksək olur”, - deyə vurğulayıb.

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA