booked.netbooked.net booked.net  

«Təzadlar» 1990-cı ildən bəri «Əməkdar jurnalist» fəxri adını almış əmək darların, yəni əməyinin ustadı olanların məhsuldarlığını araşdırdı…

(Əvvəli ötən yazıda)

…Azərbaycanda çoxsaylı "Əməkdar jurnalist" Fəxri adı almış şəxslər var... Bu fəxri adın təsis edilməsi jurnalistika sahəsində məşğul olan, çalışan, bu sahəni özünə sənət seçən insanların məhsuldar əməyinin qiymətləndirilməsinə hesablanıb. Aşağıda həmin siyahının ardını təqdim edirik:

2011

Alışanov İlham Hüseyn oğlu- Aztv
Bayramova Zümrüd Aləddin qızı (“Səs” qəzeti)

Ələddinov Rafiq Səməndər oğlu (Aztv)
Gülməmmədov Tofiq Attıxan oğlu (İdman)

İsmayılov Eldar Ələsgər oğlu (Az. Tibb Un.)

Həmzəyev Mahir Canmirzə oğlu (diaspor)

Xəlilova Qərənfil Əli qızı- Aztv
Qədirov Elman Hidayət oğlu- Aztv
Maşayev Tahir İslam oğlu- Aztv

Məhərrəmov Valeh Cəbrayıl oğlu (“Səs” qəzeti)

Məmmədova Təranə Oqtay qızı (“Əsgər” qəzeti)

Müzəffərli Azad Müzəffər oğlu -Aztv
Sadıqov Faiq Nurəhməd oğlu- Aztv

Təranə Oqtay qızı Məmmədova

Xudiyev Hikmət Cəmil oğlu

2012

Dünyamalıyev Elsevər Zeynal oğlu

İsmayılov Eldar Xankişi oğlu
Nəzərov Bəhruz Əlövsət oğlu

Məmmədov Bəxtiyar Miryusif oğlu

2013

Məmmədov Avtandil İsrafil oğlu Sumqayıt Döv. unv

Bayramov Nardar Məmməd oğlu (Yeni Az”)
İsmayılov Nadir Nəbi oğlu. Yeni Az”)
Xəlilova Flora Fətula qızı — 04.03.2013[11]

2014

Axundov Natiq Sabir oğlu-gömrük
2015
Həsənova Aygün Vəzir qızı — 26.02.2015[13]
Sadıxlı Nərgiz Murtuz qızı — 26.02.2015[13]
Allahverdiyev Zərbalı Mirzə oğlu — 9.04.2016[14]
Abbasov Rauf Arif oğlu — 15.07.2015[15]
Abdullayev Mübariz Əhməd oğlu — 15.07.2015[15]
Abdullayeva Ülviyyə Bazim qızı — 15.07.2015[15]
Abdulov İlham Rasim oğlu — 15.07.2015[15]
Babayev Elman Şahbaba oğlu — 15.07.2015[15]
Babayev Fuad İlyas oğlu — 15.07.2015[15]
Cavadov Nərman Əhməd oğlu — 15.07.2015[15]

Dadaşov Aqil İsax oğlu (AHKK)
Əsgərov Mübariz Ağali oğlu — 15.07.2015[15]
Əsgərzadə Qafar Ələsgər oğlu — 15.07.2015[15]
Hacalıyev Elnur Bəybala oğlu — 15.07.2015[15]
Həsrət Azər Hacıqulu oğlu — 15.07.2015[15]
Hüseynova Qahirə Müslüm qızı — 15.07.2015[15]
Hüseynzadə Bayram Əvəz oğlu — 15.07.2015[15]
Xəlilov Azər Nəriman oğlu — 15.07.2015[15]
İbrahimova İradə Məmməd qızı — 15.07.2015[15]
İsmayılov İmamverdi İbiş oğlu — 15.07.2015[15]
İsmayılova Ləman Aləşrəf qızı — 15.07.2015[15]
Mehdiyev Mehman Mehdi oğlu — 15.07.2015[15]
Mehrəliyev Elimxan Abdulbağı oğlu — 15.07.2015[15]
Məhərrəmov Akif Əli oğlu — 15.07.2015[15]
Məhərrəmova Təranə Sərdar qızı — 15.07.2015[15]
Məmmədov Elşən Sultanəli oğlu

Məmmədov Səhrəd Hüseyn oğlu — 15.07.2015[15]
Məmmədova Xuraman İsmayıl qızı — 15.07.2015[15]
Mikayılova Sevil Əlirazı qızı — 15.07.2015[15]
Mustafayev Sabir Yadulla oğlu — 15.07.2015[15]
Mustafayev Samir Elman oğlu — 15.07.2015[15]
Nəbiyeva Bəturə Qiyas qızı — 15.07.2015[15]
Ocaqova Cəmilə Rasim qızı — 15.07.2015[15]
Orucov Yunis Qurbanəli oğlu — 15.07.2015[15]
Qasımov Hamlet Zeynal oğlu — 15.07.2015[15]
Qasımov Qəhrəman Əmirağa oğlu — 15.07.2015[15]
Qasımova Tünzalə Yusif qızı — 15.07.2015[15]
Quliyev Ələmdar Allahverdi oğlu — 15.07.2015[15]
Quliyeva Aynur Camal qızı — 15.07.2015[15]
Quliyeva Qərənfil Dünyamin qızı — 15.07.2015[15]
Quluyev İlham Abasqulu oğlu — 15.07.2015[15]
Rüstəmov Qabil Abbas oğlu — 15.07.2015[15]
Rzayev Yusif Məmməd oğlu — 15.07.2015[15]
Sadıqova Flora Yusif qızı — 15.07.2015[15]
Salahlı Səyyad Adil oğlu — 15.07.2015[15]
Salamov Akif Salam oğlu — 15.07.2015[15]
Səidov Abdulməcid İbrahim oğlu — 15.07.2015[15]
Şərifov Vaqif Gülmirzə oğlu — 15.07.2015[15]
Vəliyev Elçin Yavər oğlu — 15.07.2015[15]

2016
Həsənova Şəlalə Arif qızı

Naciyeva Flora Sultan qızı.

Ağamirova Mətanət Mirsadiq qızı

Ağayev Rafiq İmanqulu oğlu

Aslanov Salar Tərlan oğlu

Babayev Ehtibar Adil oğlu

Baxşəliyeva Xoşqədəm Hidayət qızı

Dərziyeva Elnarə Bəxtiyar qızı

Dünyamalıyev Əbülfəz Ağca oğlu

Həsənov Avdı Musa oğlu

Hüseynova Nüşabə Fehruz qızı

Məmmədli Allahverdi Məhərrəm oğlu

Məmmədov Telman Əyyub oğlu

Nəbizadə Nəsimi Yaşar oğlu

Rəşad Barat oğlu Nəsirov — 07.11.2016[16]
2017

Füzuli Cahangir oğlu İsmayılov (miqrasiya)

Quliyev Səlahəddin Məlik oğlu

Paşayev Hüseyn Məmməd oğlu.

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu.

2018

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu.

Əlövsət İbrahim oğlu Ağalarov

2019

Əzimova Mətanət Əlirasim qızı

Hüseynov Murad Məhəmməd oğlu

Xəlilov Vüqar Nəriman oğlu

İsgəndərov Sahil Məmməd oğlu

İsmayılov Rasim Mustafa oğlu

Qafarova Aynurə Vəli qızı

Məhərrəmova Afət Telman qızı

Məmmədli Mahir Rafət oğlu

Məmmədova Gözəl Dağbəyi qızı.

Cavadov Rəşad Qəmərşah oğlu.

2020

Abbasov Azər Arif oğlu

Abbasov Tofiq Möhsün oğlu

Ağayev Şakir Habil oğlu

Ağazadə Aydın Rəhman oğlu

Bağırov Aydın Rövşən oğlu

Cəfərov Zahid İlham oğlu

Eyvazov Elşad Səməndər oğlu

Əliyev Bağır Murtuza oğlu

Əliyev Elşən Əli oğlu

Əliyeva Xatirə İbrahim qızı

Əliyev Vüqar Zifər oğlu

Əsgərov Əhməd Məhəmməd oğlu

Fətullayev Eynulla Emin oğlu

Hacıyev Rəhman Tofiq oğlu

Hadiyeva Yeganə Cəlil qızı

Heydərova Elnarə Valeh qızı

Həmidi Sevinc Vaqif qızı

Həsənov Malik Əliheydər oğlu

Hüseynov Faiq Qismət oğlu

İsmayılbəyli Süleyman Nəbi oğlu

Kərimli Sahil Bəxtiyar oğlu

Kətanov Rabil Məmməd oğlu

Qasımova Tofiqəxanım Fazil qızı

Quliyev Bəhruz Vaqif oğlu

Mehdiyev Allahverdi Məhəmməd oğlu

Məmmədov Vüsal Fəxrəddin oğlu

Məmmədova Mətanət Elmixan qızı

Məmmədova Səadət Həsən qızı

Mirzəbəyli Elçin Əbdülrəhim oğlu

Rəsul-zadə Zaur Lətif oğlu

Rüstəmov İlqar Gülağa oğlu

Seyfullayev Elburus Ramiz oğlu

Seyid Abbas Hüseyn oğlu

Səfərov Hafiz İdris oğlu

Şükürov Anar Rizvan oğlu

Tarıverdiyeva Leyla Cavadovna

Valehov Cəsarət Fikrət oğlu

Vəliyev Akif Abduləzim oğlu.

Qulu MƏHƏRRƏMLİ: «Jurnalistikaya aidiyyəti olmayanların «Əməkdar jurnalist» fəxri adını alması yolverilməz haldır…»

 Nəhayət, media ictimaiyyətini narahat edən bu məsələyə dair Professor Qulu Məhərrəmlinin mövqeyini öyrəndik:

-Qulu müəllim, peşəkar mütəxəssis və söz adamı kimi Azərbaycanın «Əməkdar jurnalisti» fəxri adına layiq görülmüşlərin əməyinin real məhsuldarlığına münasibətiniz necədir?

- Səmimi desəm, özüm də «Əməkdar jurnalist» olsam da belə, hesab edirəm ki, bütün sahələrdə çalışanlara «Əməkdar…» adının verilməsi, bu adın mövcud olması indiki halda artıq bir şeydir. Sovet dövründə bunu əməyin stimullaşdırılması kimi ortaya atmışdılar. Əməyin, zəhmətin qiymətləndirilməsində yeni bir fərqləndirmə kimi qəbul edirdilər. Onu da deyim ki, müstəqillik dövrünədək o fəxri adların verilməsində müəyyən bir fərqlilik gözlənilirdi. Amma konkret jurnalistika sahəsində verilən fəxri adlara gəlincə, xüsusən də 2000-ci ildən sonra verilən Fəxri adlarda bir eybəcərlilik yarandı. Şübhəsiz, o adı alanlar sırasında layiq olanlar da var. Yaxşı qələmi olan, ictimai əxlaqı olub millətə, xalqa, sözə xidmət edən vicdanlı jurnalistlərimiz az deyil. Amma layiq olmadan bu fəxri adı alanlar da az deyil… Təəssüflər olsun, o fəxri adların verilməsində, mənzillərin paylanılmasında da çox böyük subyektivlik önə keçdi. Başladılar bu adları bir az elə adamlara verdilər ki, jurnalistikaya, jurnalistikanın inkişafına heç bir aidiyyəti yoxdur. Amma bu adları verirlər. Halbuki belə halda bu ad onu alanlara yox, verən məmurlara lazım idi. Özü də hər kəs bilir ki, Sərəncam verən dövlət başçısıdır, amma bu imzadan süi-istifadə edənlər var və onu ortaya gətirən məmurlar bu stimullaşdırmanı da gözdən saldılar. Ona görə də «Əməkdar jurnalist» fəxri adı alanların siyahısına baxıram, jurnalistikada tanınmayanlar, sözü, imzası olmayan o qədərdir ki! Bu cür hallar bütövlükdə jurnalistikaya hörmətsizlikdir və o fəxri adları gözdən salmadır. Heç olmasa, bundan sonra bu adları verəndə obyektivliyi gözləmək, ədalətliyi qorumaq lazımdır. Bu adların Sərəncamının təqdimatında görün nə yazılır: «…uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilir». Yəni, adamlar var ki, jurnalistikada deyil, kommunikasiyanın tamamilə başqa sahəsində çalışır. Biri şomendir, biri təbliğatçıdır, biri mədəniyyət, idman və s. sahələrində çalışır. Amma ucdantutma «Əməkdar jurnalist» fəxri adı vermək o adı hörmətsiz etməkdir. Ona görə də narazılar çoxdur. Ev məsələsində ciddi yarımçılıqlar var, burda da eyni mənzərə yaranır. Bizdə o qədər məhsuldar işi olan jurnalistlər var ki, onların Fəxri adı yoxdur. Yaxşı, bəs jurnalistikada fəaliyyəti olmayana hansı haqla bu adı verirlər? Bir tərəfdən də, yaxşı, sənin haqqın deyil, amma verirlər, bəs sən niyə alırsan??? Dünyasını dəyişmiş həmkarlarımız var, məsələn, Möhbəddin Səməd, uzun illər qəzetdə çalışmışdı. Gəldi bir müddət bizimlə tele- radioda çalışdı. Mən ərkim çatan yüksək rütbəli məmura onunla bağlı xahiş etmişdim ki, ona da fəxri ad verilsin. Hallbuki onun xidmətləri yetərincə idi. Amma unuduldu… Həmçinin onun kimi başqaları da var ki, unuduldu, yaddan çıxarıldı. Bilmirəm, proses bundan sonra hansı istiqamətdə gedəcək, amma fəxri ad alanların arasında layiqlilər də var. Şəxsən tanıyıram… Tanımadıqlarımız da var ki, onlar ayrı-ayrı məmurlara xidmət ediblər, jurnalistikamıza və sözə, mətbuata yox. Dəqiq kriteriya olmalıdır. Artistlər arasında gedən mübarizəyə baxın, hamı fəxri ad, Prezident təqaüdü istəyir. Çünki yetirənə, layiq olmayan verməkdədirlər… Bu özü bir kütləvi xəstəlik yaradır ki, xidməti olmayan, layiq olmayanlar necə yüksək fəxri ad ala bilir. Elm sahəsində də elədir… Görün nə qədər professorlar, akademiklər var, amma  elmi adları, elmi vəzifələri olmayanlar da var ki, onlardan daha hörmət və elm sahibidir. Çalışmaq lazımdır ki, fəxri adlar veriləndə obyektivlik, ədalətlilik mütləq nəzərə alınsın. Belə olarsa, narazılıq da olmaz, fəxri adlara hörmət də gətirilər…

***

Sonda: mənə çoxsaylı xəlvəti mesajlar yazanlar var, çoxsaylı adlar sıralanır ki, bu adamlar «Əməkdar jurnalist»lərdir, amma jurnalistikaya qəti aidiyyətləri yoxdur. Araşdırdım, fakt tamamilə təsdiqini tapdı… Özümün də tanıdıqlarım öz yerində, tanımadıqlarımın adlarını Google axtarış sistemindən istifadə edərək imzalarını aradım, inanın ki, dəhşətli mənzərə yaranıb. Adına bircə xəbər belə çıxmayana «Əməkdar jurnalist» fəxri adı verilib. Olmaz! Vallah, olmaz!

***

…Bəziləri də mənə yazır ki, lazım deyil, həmkarlarımızdır, onların fəaliyyətini qurdalamayın… Deyirəm, biz obyektiv olmasaq, haqqı olanların haqqına girmiş, sözə xəyanət etmiş olacağıq. Gəlin bu «xəstəlik»lə bağlı birgə mübarizəyə qoşulaq. Yol verməyək ki, haqqımızza və haqqınıza girsinlər!

Asif MƏRZİLİ

P.S. Mövzu davamlıdır, amma çox mürəkkəbdir. Fəxri ad almış ayrı-ayrı jurnalistlərin əmək məhsuldarlığı, yəni aldıqları Fəxri adlara nə dərəcədə layiq olub-olmadıqları barədə ayrıca bəhs ediləcək…

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN