booked.netbooked.net booked.net  

Asif Mərzili: «Ukraynada çalışan vətənpərvər həmyerlimiz, keçmiş nazir müavini Burzu Əliyev Aleksey Danilovun rəhbəri olduğu şuranın katibliyinə rəsmi müraciət edərək aydınlıq tələb etdi və…»

 Xəbər verdiyimiz kimi, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın “1+1” verilişində Azərbaycan əleyhinə gözlənilməz açıqlama verib. Sitat: "...Mən dəqiq bilirəm ki, Böyük Britaniya bunu etməyəcək, onlar bütün hallarda ABŞ-a xəyanət etməyəcəklər. Mən çox istərdim ki, demokratiyaya gedən yolda hansısa təbii qaz faktoru önə çəkilməsin. Ruslar öz məqsədlərinə çatmaq üçün hər şeyi edə bilərlər. Necə ki onlar ermənilərə xəyanət etdilər və Azərbaycana imkan verdilər ki, öz torpaqları zənn etdikləri ərazilərə girsinlər”.

Tezadlar.az dünənki buraxılışında Ukraynanın «Qordon» (Gordonua.com) saytının həmin yazısından sitat kimi də təqdim etmişdir. Eləcə də baş redaktor, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili Ukrayna Prezidentinin Administrasiyasına, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibliyinə, şəxsən Danilovun özünə, həmçinin Ukraynanın Azərbaycandakı Səfirliyinə rəsmi məktubla müraciət edərək aydınlıq gətirilməsini xahiş etmişdir. Araşdırma və yazışmalarımız isə davam edir.

(Şəkildə: A.Danilov)

Bu dəqiqələrdə isə daha bir xoş xəbər aldıq. «Təzadlar»ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili bunları dedi:

- Bu gün məlum qalmaqallı məsələ ilə bağlı Ukraynada çalışan vətənpərvər həmyerlimiz, keçmiş nazir müavini Burzu Əliyevlə telefon əlaqəsi saxlayıb Danilovun mediadakı çıxışı ilə bağlı mövqeyini soruşdum. O, bildirdi ki, bu məsələ ilə bağlı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun katibliyinə zəng edib. B.Əliyev deyir: «…Mən dünən dərhal katibliyə zəng vuraraq məsələyə aydınlıq gətirilməsini tələb etdim və soruşdum ki, Ukraynaya olmazın humanitar dəstəyi verən Azərbaycanla bağlı elə bir rəsmi şəxs bu nə mövqedir deyib? Katibliyin rəsmi əməkdaşı mənə üzrxahlıqla bildirdi ki, Danilov Azərbaycanla bağlı ifadələrini qətiyyən o mənada deməyib, sözünü Rusiya ilə bağlayıb və s. Dedim, elədirsə, onda təcili surətdə təkzib verilib məsələyə aydınlıq gətirilsin… Bildirdilər ki, bu məsələ ilə bağlı arayış hazırlanır və mediaya ayçıqlama verilib Danilovun mövqeyini  çatdıracaqlar…». Beləliklə, biz də Danilovun yanlış olduğu deyilən çıxışının mətninə rəsmi aydınlıq gətirilməsini gözləyirik. Mən özüm də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibliyinə dünən rəsmi məktub göndərmişəm, cavablarını gözləyirəm…».

Yaşasın Azərbaycan!

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN