booked.netbooked.net booked.net  

Azad Məsiyev: “Bayden Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasında maraqlıdır, çünki...”

Siyasi ekspert, Strateji Planlaşdırma və  Araşdırmalar İnstitunun rəhbəri Azad Məsiyevin fikirlərini «Təzadlar»ın oxucularına təqdim edirik:

-Azad müəllim, ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik” fikri birmənalı qarşılanmayıb. Qeyd etsək ki, məktubda Dağlıq Qarabağ xalqıqeydi xüsusi diqqət çəkib. Siz bu fikirlərə necə şərh verərdiniz?

- Birləşmiş Ştatların Cənubi Qafqazda fəallaşması təsadüfi deyil. Bildiyiniz kimi, erməni tərəfi sərhəddə atəşkəsin pozulması, erməni təxribatları ABŞ-ın siyasi sifarişi ilə həyata keçirilir. Belə təxribatlar nəticəsində ABŞ-ın bölgədə siyasi baxımdan fəallaşması onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasında maraqlıdır. Ermənilər çalışır ki, Ermənistan-Azərbaycan münaqişəsi beynalxalq müstəviyə çıxsın, bunun da fonunda Xankəndidə yaşıyan etnik ermənilərin status məsələsini gündəmə çıxarsınlar. Prezident Baydenin məktubda qeyd etdiyi “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq edəcəyik” fikiri də təsadüfi deyil. Dünyada prezidentlərin məktubu hərtərəfli təhlil edilir, sonra göndərilir. Xüsusilə münaqişə olan bölgədə tərəflərdən birinə göndərilən məktub, bəyanatlar, çağrışlar xüsusi diqqət tələb edir. Prezident Baydenin məktubunda Dağlıq Qarabağ xalqı” fikrinin xüsusi diqqət çəkməsi təsadüfi deyil. Əvvala onu qeyd edim ki, Xankəndidə yaşayan ermənilər xalq deyil, etnik ermənilərdir. Belə olan təqdirdə BaydenDağlıq Qarabağ xalqıfikrini niyə dövriyyə buraxır? Bildiyiniz kimi, beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etmək haqqı var. Pezident Bayden bu çağrışı ilə ermənilərə siyasi dəstək nümayiş etdirmiş olur. Məqsəd Ermənistan-Azərbaycan münaqişəsini  körükləməkdən başqa bir şey deyil.

- ABŞ prezidenti Co Baydenin belə davranışının münaqişənin sülh yolu ilə həllinə mane olduğu  aşıq şəkildə görünmürmü?

-Bəli, ABŞ rəsmiləri üzdə bir söz deyir, əməldə başqa. Azərbaycan prezidenti açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ deyilən bir problem yoxdur, sadəcə Ermənistan-Azərbaycan münaqişəsi var. Azərbaycan münaqişənin həlli üçün beş maddədən ibarət, hər iki tərəfin maraqlarını özündə əks etdirən sülh təklifini qarşı tərəfə yəni Ermənistana təqdim etmişdir. Baydenin məktubunda ziddiyətli məqamlar var. Fikir verirsinizmi, Ağ ev sahibinin “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik” deməklə qarşı tərəflə, yəni Azərbaycanla işləməyə davam edəcəyinə söz verir. Bayden Dağlıq Qarabağ xalqı” deməklə münaqişəni yenidən geriyə qaytarır. Otuz ilə yaxın bir zamanda ATƏT-in həmsədri kimi problemi sülh yolu ilə həll etmədilər. Əksinə, bu illər ərzində ermənilərin mövqeyini gücləndirməyə çalışdılar. Yenə “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməklə münaqişənin tərəfi kimi Xankəndidə yaşayan erməniləri gündəmə gətirməkdədir. Bu fikir bizim maraqlarımıza, o cümlədən 10 noyabr sənədinin (kapitulasya) mahiyyətinə ziddir, bizim üçünDağlıq Qarabağ xalqımünaqişə tərəf deyil, əslində münaqişə tərəfi Ermənistan dövlətidir. 44 günlük müharibə dövründə Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, müharibə Azərbaycanın ərazisində gedir, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Eyni zamanda atəşkəsin əldə edilməsi üçün Rusiya prezidentinin təşəbbüsü iradəsi ilə 10 noyabr 2020-ci il tarixdə məlum sənəd imzalandı. Bu sənədə görə  üç dövlət öz üzərinə öhdəlik götürür, öhdəliklərin yerinə yetirilməsini dəfələrlə Rusiya tərəfi Ermənistan tərəfindən tələb edir. Bunu niyə xatırladıram: 10 noyabr 2020-ci il tarixdə məlum sənədin bütün müddəaları Azərbaycan tərəfinin maraqlarına cavab verir. İstər 44 günlük müharibə dövründə, istərsə sonrakı dövrlərdə Rusiyanın bitərəf mövqe nümayiş etdirməsi Ermənistanda mənfi qarşılanmışdır. İrəvanda keçirilən etiraz mitinqlərində anti- Rusiya şüarlarının səslənməsi  fonunda ABŞ rəsmilərinin erməni əssübkeşliyi erməniləri həvəsləndirməyə hesablanıb. Amma əbəs yerə...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN