booked.netbooked.net booked.net  

Martın 24-də Azərbaycan igid hərbçiləri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafında yerləşən strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürdü...

Rusiya Müdafiə Nazirliyinin ermənilərin hay-küylü narahatlığına uyğun olaraq Azərbaycana notaya bənzərli cavab verməsinin mahiyyəti indi məlum olur. Sən demə, ermənilərin Fərruxda cinayət əməlləri 30 il idi gizlənirmiş. Belə ki, əsgərlərimiz yeni mövqelərdə mühəndis-istehkam işləri apararkən qazıntı zamanı insan qalıqları aşkar ediblər. Bu qalıqların 1-ci Qarabağ müharibəsində Fərrux yüksəklikləri uğrunda gedən döyüşlər zamanı şəhid olan Azərbaycan döyüşçülərinə aid olduğu dəqiqləşdirilib. Çünki 1-ci Qarabağ müharibəsi zamanı həm Milli Qəhrəman Şirin Mirzəyevin könüllüləri, həm daha sonradan Azərbaycanın nizami ordu hissələri Qarabağın bu strateji əhəmiyyətli yüksəklikləri uğrunda döyüşüb, burada çoxsaylı Azərbaycan hərbçisi şəhid olub.

İndi aşkara çıxarılan qalıqlar göstərir ki, erməni işğalçıları o zaman həm döyüş meydanında həlak olan hərbçilərin, həm qətlə yetirilən mülki şəxslərin meyitlərini necə gəldi basdırıblar. Bu isə Cenevrə konvensiyasının, beynəlxalq qanunlara tamamilə ziddir, ağır cinayət əməlidir.

Azərbaycan Müdafiə Nazirliyinin və DTX-nin əməkdaşlarının bu məzarlıqlarda dəfn edilmişlərin şəxsiyyətinə aydın gətirəcəyi bəllidir. Bununla da Ermənistanın hərbi xuntasının məsuliyyəti beynəlxalq məhkəmələrdə çözülər yəqin.

 

 

Sevinc MURADXANLI

Fərrux kəndi ətrafında aşkarlanan insan qalıqları: onların 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan azərbaycanlı hərbçilərə aid olduqları bildirilir...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN