booked.netbooked.net booked.net  

Bu barədə əslində çoxdan yazmaq istəyirdim, amma necə yazacağımı, hardan başlayıb, harda bitirəcəyimi təxmin edə bilmirdim.

Gördüyüm mənzərədən dəhşətə gəlmişdim. Baş verən hadisəyə, o izdihamda olan insanlarla bir şəhərdə yaşadığıma görə xəcalət çəkdim, utandım. Hələ də gödüklərimi beynim həzm edə bilmir.

Gənc nəslin nümayəndəsi olaraq məni MƏĞLUB ÖLKƏNİN MƏĞLUB VƏTƏNDAŞI damğasından azad edərək QALİB ÖLKƏNİN QALİB VƏTƏNDAŞI edən bir dövlətdə yaşayıram. Yaşadığım respublikanın hər bölgəsində ŞƏHİDLƏR XİYABANI sıralanır. Şəhidlərim 18-19 yaşlarında, hələ ana laylası qulağından getməyən, SON ZƏNG köynəyinin yazıları pozulmayan gənclərdi. O gəncliyin mənə verdiyi qüruru yaşayan vətəndaşam. Ümumi danışmıram və danışmaq da istəmirəm. Bu yazımda şəxsən öz adımdan demək istədiklərimi yazacam.

***

Yəqin ki, neçə gün əvvəl “Park Bulvar”da baş verən o rüsvayçı hadisəni xatırlayırsınız. Minlərlə gəncin bloger Hüseyn Həsənovun fan görüşündə özlərini və gəncliyimizi biabır edən hərəkətlərini gördünüz. Ən pisi də o idi ki, o gənclərin arasında xanımlar da var idi. Sıradan bir blogerin görüşündə yaşanan o izdihamı anlamaq mənə çox çətin gəlir. Axı, kimdi bu bloger? Niyə onu yaxından görmək üçün bu qədər canfəşanlıq edirdi gənclər, nə idi maraq? Verilən İPHONE telefonumu?! Bu qədərmi cılızlaşdı, adiləşdi bu gənclik?! Yoxsa, unuduldu dünənki qələbəmizin səbəbkarı 18 yaşlı Şəhidlərimiz, Qazilərimiz?! Nyə bizim gəncliyimiz bu gün Şəhid məclislərinə, Qazilərin görüşünə getmirlər?! Niyə bu gün gəncliyin fanatı Qazilər yox, blogerlər olmalıdır?! Adam belə şeyləri görəndə sabaha inamı, ümidi itir. Sabah bu məmləkətin gələcəyi kimlərə əmanətdir?! Blogerdən ötrü özünü ayaqlar altına atan gənclərəmi?!

AZƏRBAYCANA UĞRUNDA CAN VERƏN OĞULLAR LAZIMDI... BLOGERDƏN ÖTRÜ DÖYÜLƏNLƏR YOX...

Mən mütəmadı olaraq Şəhid məclislərində oluram, jurnalist kimi çıxış edirəm. Məclisdən əvvəl Şəhidlər Xiyabanını ziyarət edirik. Ordan sonra isə məclisə gəlirik. Mən hələ heç bir məclisdə bu cür izdiham görməmişəm. Halbuki o Şəhidlər bizim üçün canlarından keçiblər. Niyə elə izdihamlar Qazilərlə görüşdə yaşanmasın, niyə kitab təqdimatlarında, ziyalılarla görüşdə gənclər belə cənfəşanlıq göstərməsinlər? Əslində bu hadisədə görünən və görünməyən çox məqamlar var. Amma əsas məqam elə gəncliyimizin bu həddə, bu səviyyədə olmasıdır. Vəziyyət o həddə çatıb ki, hətta fan görüşünə gələnlər döyülüblər. “Park Bulvar”ın mühafizəçisi Arif İbrahimov izdiham iştirakçılarını kəmərlə döyüb. Hazırda ona qarşı cəza tədbiri görülüb. Mühafizəçi iştirakçıları vurmadığını, kəmərlə səhnəyə vurub kütləni sakitləşdirmək istədiyini bildirib. Mən işgəncənin əleyhinəyəm. Amma burda mühafizəçiyə haqq qazandırıram. Vurubsa, əllərinə sağlıq. Vurmayıbsa, gərək vuraydı. Lap orda o hoqqanı çıxaran gənclər gərək həbs olunaydılar.

Axı, nəyə lazım idi o biabırçı hərəkətlər?! Hüseyn kimdir ki, ona görə belə əldən-ayaqdan gedirdiniz?! Sözüm orda “Quseyn!” deyib qışqıran gənc oğlanadır... Qardaş, o Quseyn kimdir axı, səndən yaxşı oğlandır? Hansı xidmətinə, hansı yaxşı əməlinə, hansı qəhrəmanlığına görə özünü öldürürdün?! Sən bu məmləkətə gələn Şəhid yoluna çıxmısanmı?! Sən Şəhid məclislərində olmusanmı?! İkinci Fəxri Xiyabanı, Şəhidlər Xiyabanlarını ziyarət etmisənmi?! Etməmisən yəqin ki... Etsəydin, sən yaşda tay-tuşlarının təvəllüdünü görüb bir az özünə çəki-düzən verərdin... Sən heç oturub bir Qaziylə 2 kəlmə söz kəsdinmi?! Sən Qazilərlə görüşdünmü, onların müharibə söhbətlərini dinlədinmi? Bax, onlarla görüşmək daha şərəfli olardı, məncə... Onların yaxasında o qədər medalları var, get danış, söhbət elə, kişilərlə əl sıx, kişilərlə otur-dur. Onlar canlı tarixdilər. Sənin universitetə qəbul olunmaq üçün oxuduğun, öyrəndiyin tarix qədər şərəflidir o oğullar... Gələn dəfə get, Qazilərlə, o canlı tarixlərlə görüş...

Gözəl xanım, o izdihamda səni də görüb çox pis oldum, xəcalətimdən utanıb öldüm... Mənə çox maraqlı idi sənin də orda olub o izdihamda əzilməyin, xəsarət almaq ehtimalın da çox idi. Axı, hansı maraq idi səni ora gətirən? O blogerin sənin və xalqımızın həyatında hansı vacib rolu, mənası varmış ki, o boyda əziyyətə qatlanırdın? Bilirsən, Azərbaycan xanımları müqəddəsdirlər. Məhz bu müqəddəsliyə görə neçə min can qurban olub Şəhidlik zirvəsinə ucaldılar... Bilirsənmi, sənin kimi nə qədər bacılar tabutda gələn Şəhid qardaşlarının yoluna ayaqyalın qaçdılar... Şəhid bacılarından üzr istəyirəm dönə-dönə bu müqayisə, bənzətmə üçün. Düz deyirlər ki, Şəhid olmaq şərəfi hər adama qismət olmur. Elə Şəhid bacısı, Şəhid ailəsi olmaq da hər kəsə qismət olmur. Sənin kimilərdən Şəhid bacısı olmaz... Sən, blogerin qarşısına qaçan, özünü bir telefona görə tapdalanmağa layiq bilən, sadəcə, qadın adını daşıyan bir məhfumsan. Heyf ki, səninlə bir şəhərdə yaşayıram...

Başqa bir məsələ isə “Park Bulvar”da o qədər izdihamın yaşanmasına səbəb olanlardı. Qapalı məkanda o qədər maskasız insanın toplaşması da başqa bir mövzudur.  Kim yoxlamışdı onları? Giriş qapısında o qədər insanı eyni anda hansı robot yoxlayıb içəri keçməsinə icazə verib? Bu qədər ciddi bir hadisənin məsuliyyəti isə sonunda bir mühafizəçinin vurduğu kəmər zərbəsi ilə kölgələnir...

DAVA YORĞAN DAVASI İMİŞ... Yoxsa, ağalar dalaşdı, qapaz nökərə qaldı?!

Bu qapaz nökərə yox, Azərbaycan gəncliyinə dəydi... Gördüyümüz ən dəhşətli mənzərə, sadəcə, o oldu ki, biz şərəfli gəncliyi ŞƏHİDLƏR XİYABANINDA dəfn etmişik. Heç olmasa, Qazilrimizdən muğayat olaq. Azərbaycana bloger üçün döyülən yox, Azərbaycan üçün qanından, canından keçən oğular gərəkdir..

SİZİNLƏ FƏXR EDİRİK, QAZİLƏR!!!

Sevinc MURADXANLI

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN