booked.netbooked.net booked.net  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na qoşulub.

Qurumdan Tezadlar.az-a verilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Dövlət Komitəsi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil ediləcək. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda 1395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı daimi işlə təmin edilib.

Dövlət Komitəsi sədrinin müraciətinə bu link vasitəsilə baxa bilərsiniz: https://youtu.be/v8NqHddEqQg

Elbar ŞİRİNOV 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN