ABŞ GÜRCÜSTANA SƏRT SANKSİYALARA BAŞLAYIR

ABŞ GÜRCÜSTANA SƏRT SANKSİYALARA BAŞLAYIR

Ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ-ın gürcü xalqına dəstəyi ilə bağlı bəyanatla çıxış edib.

MÜXALİFƏT CƏNUBİ KOREYA PREZİDENTİNƏ QARŞI İMPİÇMENTƏ  BAŞLAYIB: MÜDAFİƏ NAZİRİ İSTEFA VERDİ

MÜXALİFƏT CƏNUBİ KOREYA PREZİDENTİNƏ QARŞI İMPİÇMENTƏ BAŞLAYIB: MÜDAFİƏ NAZİRİ İSTEFA VERDİ

Cənubi Koreyada müxalifəti prezidentə qarşı impiçment proseduruna start verdi.

Армянский политолог несет пургу

Армянский политолог несет пургу

 Дезинформируя свою общественность, армянский политолог заявляет, что Баку изначально дал свое согласие на размещение миссии НАТО на армяно-азербайджа...

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-XI HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-XI HİSSƏ

Şöhrət qazanmış müdriklər haqqında                Siz ey şöhrət qazanmış müdriklər, sizin hamınız həqiqətə yox, xalqa və xalq xurafatına xidmət etdin...

GÜRCÜSTANDA MAYDAN TƏŞKİL ETMƏK CƏHDLƏRİ VƏ ÇİNİN GİZLİ PLANI - ANALİZ

GÜRCÜSTANDA MAYDAN TƏŞKİL ETMƏK CƏHDLƏRİ VƏ ÇİNİN GİZLİ PLANI - ANALİZ

Xarici medianın bu barədə nə yazdığını araşdıraraq, ən maraqlı materialları təqdim edirik.

"AZƏRAVTOYOL" AĞDAM-ƏSGƏRAN-XOCALI-XANKƏNDİ YOLUNUN TİKİNTİSİNİ SÜRƏTLƏ DAVAM ETDİRİR - (VİDEO)

"AZƏRAVTOYOL" AĞDAM-ƏSGƏRAN-XOCALI-XANKƏNDİ YOLUNUN TİKİNTİSİNİ SÜRƏTLƏ DAVAM ETDİRİR - (VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulmasını davam etdirir.

CEYHUN BAYRAMOV İƏT XİN ŞURASININ İCLASINDA ÇIXIŞ EDİB

CEYHUN BAYRAMOV İƏT XİN ŞURASININ İCLASINDA ÇIXIŞ EDİB

Dekabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində İq...

CEYHUN BAYRAMOV İRANA İŞGÜZAR SƏFƏRƏ GEDİB

CEYHUN BAYRAMOV İRANA İŞGÜZAR SƏFƏRƏ GEDİB

Bu gün - dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası...

ATOM BOMBASININ YARADICISININ NƏVƏSİ: DÜNYANI NÜVƏ SİLAHINDAN TƏMİZLƏMƏK ÜÇÜN HEÇ BİR PERSPEKTİV YOXDUR

ATOM BOMBASININ YARADICISININ NƏVƏSİ: DÜNYANI NÜVƏ SİLAHINDAN TƏMİZLƏMƏK ÜÇÜN HEÇ BİR PERSPEKTİV YOX...

Çarlz Oppenheymer dünyanın heç vaxt nüvə silahından qurtulmayacağını qeyd edərək, onun təbliğ etdiyi tərksilah prosesinin getdikcə çətin göründüyünü d...

MEDİA

04-Dek-2024 By Asif Memmedov

Армянс…

 Дезинформируя свою общественность, армянский поли

Detay

Dursun Qasımova: “Ağladım ki, bəlkə Natiqi fikrindən yayındıra bildim. O da mənim ağlamağıma dözmədi. Razılaşdı. Amma cəmi bir həftə dözdü. Bir həftədən sonra dayanmayıb getdi müharibəyə”

Elşad Heydərov: ”2-ci Qarabağ müharibəsində Tərtər, Ağdərə istiqamətində gedən  döyüşlərdə iştirak etmişəm və dayım kimi  Qəhrəman olmasam da, onun yolunu getməyə cəhd etmişəm” 

Natıq Qasımov! Bu ad xeyli müddətdir sosial şəbəkələrdə, saytlarda, qəzetlərdə, internet və dövlət televiziyalarında, xalq arasında tez-tez səslənir.  Belə də olmalıdır. Qəhrəmanın adı dillərdə dastan kimi söylənməlidir. Bəli, düz 32 ildən sonra, Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Azərbaycan cəmiyyətində elə bir insan tapılmazdı ki, buna sevinməsin. Gədəbəy torpağında doğulub, boya-başa çatsa da, bütün dünya aəzərbaycanlılarının qürur mənbəyinə çevrilmişdi Natiq. Amma İtaliyalı fotoqraf həmin anda orada olmasaydı, əlində üç rəngli bayrağımızı bərk-bərk tutaraq, iki erməni quldurunun əhatəsində qürurla addımlayan şəkillərini çəkməsəydi, bəlkə də Natiq Qasımov kimi qəhrəmandan xəbərimiz olmayacaqdı. Onun qəhrəmanlığı haqqında sonradan Rusiyanın məşhur “Oqanyok” jurnalının yazması isə, Natiqi artıq bütün dünyaya tanıtdı. Məlum oldu ki, ermənilərin özününkiləşdirib kilsəyə çevirdikləri məşhur Alban Kilsəsində  dığalar çoxlu silah-sursat saxlayırlarmış. Natiq də bir qrup döyüşçü ilə, çox əlverişli mövqedə olan həmin kilsəni ələ küçirərək, orada mövqe tutublar. Sonradan güc nisbətinin bizim xeyrimizə olmadığını görən əsgərlərdən kimisi kəşfiyyata, kimisi də yeni qüvvə çağırmağa getdiyindən Natiq kilsədə tək qalır. 6 gün sərasər, ac-susuz döyüşərək, 100-ə qədər ermənini cəhənnəmə göndərir. Natiqin əlindən zəncir çeynəyən Xocalı qatili olan, quldurbaşı Vitali Balasanyan, Xocalıdan əsir götürdükləri məktəb direktoru Cəfər Cəfərovu Natiqin yanına göndərir və deyir: “ Ona de ki, təslim olsun.Yoxsa səninlə bir yerdə burada olan 23 nəfər Xocalı sakinlərini güllələyəcəyəm”. C.Cəfərov Natiqin yanına gəlib Balasanyanın tələbini ona çatdırır və deyir: Qərar sənindir. Necə istəsən elə də qərar qəbul edə bilərsən. 6 gün ac-susuz olduğundan Natiq Cəfər müəəllimdən su və çörəyinin olum-olmadığını soruşur. Su olmasa da, cibində olan çörək qurusunu Natiqə verir, amma eşitdiyi tələbdən sarsıldığı üçün o çörəyi də yeyə bilmir və belə deyir:”Mən razı ola bilmərəm ki, mənə görə 23 Xocalı sakini qətlə yetirilsin” və beləcə təsim olur. Bu səhnə mənə kənd sakinlərini xilas etmək üçün Alman faşistlərinə təslim olan “Uzaq sahillərdə” filmindən qəhrəman Mehdi Hüseynzadəni xatırlatdı. Elə ermənilər Alman faşistlərindən də betər olublar. Natiq təslim olandan sonra ermənilər biliblər ki, 6 gün ərzində onların 100- ə qədər faşistini gəbərdən böyük bir dəstə yox, tək Natiq imiş...

e

-  Dursun ana, mən “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədliyəm. Eşitdik xəstəsiniz, ona görə də Bakıdan Gəncəyə həm sizə baş çəkməyə, həm də, gec də olsa, haqqı tanınaraq, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən bu günlərdə haqq etdiyi Milli Qəhrəman adını alan Natiq Qasımovun anası kimi sizinlə bir söhbət edək. Deyirəm, taleyimizə, Allahımıza min şükür ki, bu günü görmək sizə qismət oldu, oğlunuzun, yəni Dövlətimizin, Vətənimizin yolunda etdiyi fədakarlıq, göstərdiyi igidlik öz haqqını gec də olsa aldı. Və bu gün Natiq Qasımov Milli Qəhrəmanların sırasındadır. İstəyirik ki, Natiqin  uşaqlıq illərinə bir az səyahət edək, necə uşaq olub, necə şagird olub, incidibmi sizi? Davranışları necəydi, dostlarıyla davakar olubmu? Bu barədə bir az danışardınız ki,   “Təzadlar”ın oxucularına da geniş məlumat verək. Qəhrəmanımızın həyatında baş verən hər şey bizə maraqlıdır. Buyurun, Dursun ana, eşidirəm sizi...

- Çox sağ olun ki, gəlib bizi dinləyirsiniz. Qadı Natuiqə, Vallah balacalıqdan o 7 qardaş, 7 dost idilər. Yeddisi nağd idi, qalanlarla da çox  yaxşı münasibətdə olub. Hamı ilə şirin olub, xətirli olub, yaxşı uşaq olub. Balacalıqdan ona dostları arasında qəhrəman adı verilmişdi. Vallah  ona elə bil bu ad ona yaraşırdı. Olduqca cəld, qoçaq oğlan idi. Məktəbdən oxuyan zaman, dərsdən sonra gedib kino-mexanik işləyirdi. O vaxtlar da işıqlar tez-tez sönürdü, o zaman lent qırılırdı. Natiq o lenti elə cəld düzəldirdi ki,  orada heç uşaqların bağırtısı, cığırtısı da olmurdu. Qoymurdu kino yarımçıq qalsın, tez o lenti düzəldirdi ki, tamaşaçılar kinoya rahat baxa bilsinlər. Harada işlədisə, özbaşına gedib işlədi. Özü də yaxşı idmançı idı. İdmanın bir çox növü üzrə “qramot”ları (Fəxri fərmanlar-E.M.) alıb gəlirdi. Bax, bu günlərdə bir “qramot”unu da tapmışıq evdən. O “qramotu” 6-cı sinifdə oxuyanda  almışdı. Əsgərlikdən də yaxşı ad alıb gəlmişdi. Harda iştirak edirdisə, birinci olurdu. Özü də heç kimə demirdi məni aparın. Özü elə cəld idi, idmanın hər növündən başı çıxırdı. Divara nətər yumruq vururdusa, elə bil İlham Əliyevin dəmir yumruğu idi. And olsun Allaha, baxa bilmirdim, gözümü yumurdum, deyirdim indi əli orda qaldı. Amma gözümü açanda görürdüm bir də qayıdıb vururdu. Gürcüstana yarışa getmişdi,  oradan da “qramot” gətirdi. Hər yana özü gedib, özü gəlirdi. Dərslərini də də yaxşı  oxuyurdu, amma tez çıxdı məktəbdən. Sonra elektrik kimi fəaliyyət göstərirdi. Nə bilim, heç yanda səbri çatmırdı. Deyirdilər ona ki, bir dəqiqə burda dur, sənə pul verəcəyik. Dünyasında pula tamah salmazdı və ona görə də almırdı. Balaca vaxtlarından bütün uşaqlardan seçilirdi.     

2

- Ana, indi bir az da Natiqin   müharibəyə necə getməyindən danışaq. 1988-ci ildə bu hadisələr başladı, ermənilər vaxtı ilə sığınacaq kimi verdiyimiz torpaqlara göz dikdilər. Bir çox igid oğullarımız kimi Natiq də döyüşlərin ön sırasında idi...

- Hə elədi, əsgərliyə getdi, gəldi. Gələn kimi də, heç xəbərimiz olmadan  çıxıb getmişdi döyüşə. Heç vaxt xəbərimiz də olmadı. Bir dəfə gizlin gedib gəlmişdi, başım qarışıq idi o vaxtlar, hüzürümüz var idi. Sonra növbəti dəfə gedəndə yalvardım ki, ay Natiq, getmə,  çağıranda gedərsən. Dedim ki, o vaxtlar atam 1941-45-ci illərdə müharibəyə gedib qayıtmayıb, yetim böyüdük, atamı görməmişəm. Ağladım ki, bəlkə Natiqi fikrindən yayındıra bildim. O da mənim ağlamağıma dözmədi. Qayıtdı ki, onda  atama de, gedib qərargahdan sənədlərimi götürsün, özüm vermişəm, utanıram gedib almağa. Sən deyən kimi, nə vaxt çağırsalar, onda gedərəm. Razılaşdı. Cəmi bir həftə dözdü. Bir həftədən sonra dayanmayıb getdi müharibəyə. Bir adama da deməyib ki, mən müharibəyə gedirəm. Sonradan bildik ki, gedib qoşulub döyüşçülərə. Ardınca atası getdi. Amma gec getdi, mən ağladım, ondan sonra getdi. Atası hirslənmişdi ki, o bizim sözümüzü eşitməyib gedib, qoy getsin. Bir də xəbər gəldi ki, bəs beş gündü Natiqi əsir tutublar. Atası dəfələrlə getdi, amma bir xəbər öyrənə bilmədi. Rusiyadakı bir jurnalda şəkili çıxandan sonra bildik ki, Natiqi Balasanyan tutub. Tək başına 100-ə yaxın erməni öldürüb. Xocalının  yaşlı bir direktorunu göndəriblər Natiqə çatdırsın ki, təslim olmasa, 23 nəfər Xocalı sakinini güllələyəcəyik. O direktor də Natiqə deyib ki, sən təslim olmasan bizi qıracaqlar. Natiq də ondan əvvəlcə çörək istəyib.O da cibində olan quru çörəyi ona verib. Deyilənə görə  heç yeyə də bilməyib, eləcə su istəyib, onun da suyu olmayıb. Natiq Xocalı sakinlərinin həyatını xilas etmək üçün təslim olub. Qışın günündə, bir idman köynəyi əynində, heç ayaqqabısı da olmayıb ayağında, bayraq da əlində, heç kimə təhvil vermədən gedib təslin olub. Əlindəki bayrağı da yolüstü Xramort məktəbinin üstündən götürüb...

1

- Doğrudan da  Natiqin erməni quldurlarının arasında, həmin bayraq da əlində qürurla addımlaması böyük bir qəhrəmanlıq nümunəsidir. Ana can, siz heç eşitmişdinizmi ki, Natiq təkbaşına nə qədər erməni öldürüb və əsir düşüb?

- Biz bir dəfə arxasınca getmişdik, bizə söz vermişdilər ki, gətirəcəyik, heyvan alın, qurban kəsin. Bir həftə bizi aldatdılar. Getdik, biz gedən günü də müharibə lap qızışdı. Biz məcbur olub geri qayıtdıq. Göydən güllə yağış kimi yağırdı. Elə bu məqamda bir əsgər, biləndə ki, biz Natiqin valideynləriyik, onda dedi ki, gözümün şahidiyəm,  Natiq Qasımov təkcə yumruqla 5 erməni öldürdü. İstədim Natiq haqqında daha çox məlumat öyrənim, alınmadı. Çünki atışma getdikcə qızışırdı deyə qaça-qaça getdi döyüşməyə. Ha çağırdım gəlmədi, döyüşçülərə qoşulub gözdən itdi. Beləcə ordan-burdan Natiqin qoçaqlığını eşidirdik...

- Anam,  indi bilirsiniz  nə maraqlıdır? Siz, atası, qardaşı, bacıları Natıqin belə qəhrəmanlığı haqqında bu qədər eşitmişdiniz. O zaman içinizdən belə bir hiss keçirdimi mənim oğlumu niyə qiymətləndirmirlər, niyə yadlarına salmırlar?

- Deyirdik İlham Əliyev torpaqlarımızı azad etdi və şəhidlərimizin qısasını aldı. Fikirləşirdik və ümidimiz var idi ki, hər halda Natiqi də tapar qiymət verər.

- Anam, indiki dövrü yox, mən  İlham Əliyevə qədər olan, yəni ad verilənə qədər olan dövrü deyirəm.

- Elə Heydər Əliyevə də inanırdıq ki, yenidən hakimiyyətə gələcək, gəldi və Prezident oldu. O, Naxçıvandan gələndən sonra inanırdım ki, Natiq haqqında hər şey edəcək. İnanırdım, çox inanırdım ki, ad veriləcək. Buna,  içi mən qarışıq, hamı inanırdı. Allah da bilir ki, mən İlham Əliyevə çoxlu-çoxlu təşəkkür etmişəm və hər zaman da edəcəyəm. Allah onun balalarını saxlasın, Allah ona can sağlığı və  uzun ömür versin. Həmişə dəmir yumruğunu ucaltsın, o yumruqla erməniləri yatırtsın. Mən inanıram ki, hələ Göyçəni də alacaq.

1

- Nəhayət, arzunuz, ümidiniz doğruldu və bu yaxında Prezident İlham Əliyev tərəfindən Natiq Qasımova Azərbaycanın Milli Qəhrəman adı verildi. Bunu necə eşitdiniz, necə qəbul elədiniz?

- Allah haqqı, bunu sözlə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, sevincimdən ağladım ki, balamın qəhrəmanlıqları unudulmadı. Evdə idik. Qızım orada oturmuşdu, mən də bu yerdə uzanmışdım. Hər dəfə zəng gələndə elə bilirdim Natiqdən bir xəbər var. Birdən qonşu zəng edib dedi ki, Prezident Natiq Qasımova Milli Qəhrəman adı verib. Onda elə bil tutuldum. Ondan sonra bir də zəng gəldi, köməkçi söylədi ki, Natiqə ad verildi. Hə, bax onda tam inandım. Həmin gün yatmadıq, sevincimizin həddi-hüdudu yox idi. Eşidən hər kəs zəng edib təbrik edirdilər, gözaydınlığı verirdilər. Qalib Prezidentimə, bir də millətimə təşəkkürümü bildirirəm. Allah İlham Əliyevi Azərbaycanımızın üstündən əksik eləməsin.

- Ana, indiyə qədər şəhid anası idiniz, indi isə Qəhrəman anasısınız. Qəhrəman anası kimi xalqa sözünüz nədir? İndi Natiqi məktəblərdə də öyrənməyə  başlayacaqlar…

- Gecə-gündüz deyirəm ki, elim-günüm şən olsun. Allah var eləsin. Xalqımız bir də müharibə görməsin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzu edirəm. Allahdan bunu həmişə çox arzu edirəm. İlham Əliyevə sözümün əvvəlində də, axırında da təşəkkürümü bildirirəm.

Qəhrəman ananın bu təşəkkürünü də, hörmətli Prezidentimiz İlham Əliyevə “Təzadlar” qəzeti və saytı vasitəsilə,  çatdırmaq mənəvi borcumuzdur ki, onu da edirik.

***

Kəmalə Heydərova: “Təzə vaxtlar Natiq yeyən yeməkləri uzun müddət bişirmədik, Natiq xoşlayan şeylərə baxmadıq, toylara getmədik”

Dursun ana ilə söhbətdən sonra qəhrəmanımızın bacısı Kəmalə Heydərova ilə həmsöhbət oldum. Onu da deyim ki, Natiq iki qardaş, iki bacı olublar. Qardaşı Nofəl Qasımov ailəsi ilə Mingəçevirdə yaşayır deyə, onunla söhbət edə bilmədim. Amma bacıları Kəmalə xanım anası ilə bir yerdə, Nahidə xanım isə, elə Gəncədə, anasından bir neçə ev aralıda yaşayır.Təbii ki, Nahidə xanımla olan söhbəti də sizlərə təqdim edəcəyəm. İndi isə gəlin Kəmalə xanımı dinləyək.

e

- Kəmalə xanım, şəhid bacısı kimi, bilirəm ki, qardaş itkisi ağırdır. Övlad itkisinin nə olduğunu ana bilər,  amma qardaş itkisinin necə ağır itki olduğunu da bacı hiss edər. Natiqin  müharibəyə getməyi yadınızdadırmı? Onun   şücaətləri barədə eşidirdinizmi?

- Qarabağ müharibəsi başlayanda Natiq əsgərlikdən yeni gəlmişdi. Demək olar ki, 10-15 gün olardı. Elə deyirdi mən də döyüşə gedəcəm. Xocalı hadisəsindən sonra ümumiyyətlə, evdə dayana bilmirdi. Xocalı faciəsinə qədər döyüş zonasına bir dəfə gedib gəlmişdi. Biz deyirdik ki, əsgərlikdən təzə gəlmısən, heç olmasa,  bir az qal üzünü əməlli-baçlı görək. Nə vaxt komissarlıqdan, qanunla çağırsalar, onda  gedərsən. Amma Xocalı hadisəsindən sonra evdə qətiyyən qərar tuta bilmirdi. Bir də eşitdik ki, bəs gedib. Heç xəbərimiz də olmayıb.

- Sonra da yəqin axtarışlar başladı, itkin düşmək vəs. Bəs sonra necə xəbər aldınız ki, əsir düşüb?

- Atam çox getdi-gəldi Ağdam yolunu, elə bir gün yox idi ki, getməsinlər. Sonradan orada komandiri demişdi ki, Natiq tutulub. Aradan bir az keçmiş aprel ayının 14-ü, ya da 15-i idi Rusiyanın“Oqanyok” jurnalında dərc olunmuş yazıdan və şəkillərdən bildik ki, əsir tutyublar. Əlində bayraq ermənilər götürüb apardığı yerdə  xarici, jurnalistlər çəkmişdi onu.

- Mən istəyirəm ki,  Natiqsiz günləri hansı hisslərlə yaşadınız? Bacı kimi, hansı xəbəri gözləyirdiniz, ümidiniz var idimi O, sağ olar?

- Ümid çox idi. Təzə vaxtlar Natiq yeyən yeməkləri uzun müddət bişirmədik, Natiq xoşlayan şeylərə baxmadıq, toylara getmədik. Onu dillə demək olmaz ki… İllərlə bir yerə məclislərə getmədik. Uzun müddətdən sonra yenə xalqa qaynayıb qarışdıq.  Həyat davam edir axı. Uşaqlar böyüdü, onun çox həsrətini çəkdik. Çox yaxşı uşaq, həm də çox dəcəl idi, dediyini etməsə, sakitləşməzdi.   O, 2 il Rusiyanın Krasnoyarsk şəhərində əsgərlikdə oldu. Hər məktubunda yazırdı ki, deyirlər Qarabağda atışmalar olur,orada necədir vəziyyət? Çox maraqlanırdı. Adicə uşaq idi, çağırırdı gəl evə, nəsə veriliş var, deyirdi müharibədəndirmi? Çox bağlı idi belə şeylərə. Vətənə, torpağa həddindən artıq  bağlı insan olub.

- Kəmalə xanım, 44 günlük döyüşdə bilirsiniz ki, döyüş başlayan elə ilk günlərdə, yavaş-yavaş torpaqlarımız azad olunurdu. Bax, həmin anda yenə düşünürdünüzmü, nəsə belə bir hiss keçirdinizmi ki, bəlkə Natiqdən də bir xəbər çıxdı?

- İnanırsınızmı, hər kənd, hər rayon alınanda  deyirdik ki, bəlkə Natiq sağdı, bizim əsgərlər onu tapar. Bir tərəfdən də inanmırdım ki, Natiq emənilərin əlində sağ qalar, amma yenə də ümid var idi. Hər Prezidentimiz çıxıb televizorda azad olunan bölgələrimiz barədə xəbər verəndə, deyirdik ki, bəlkə Natiqdən də bir xəbər çıxar. Amma çıxmadı.

- Deməli, 44 günlük müharibə dövründə sizdə inam artmışdı ki, Natiq haqqında bir xəbər ola bilər. Amma Natiq haqqında elə bir xəbər oldu ki, necə deyərlər, 32 ildən sonra  olsa da, öz haqqını aldı və Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Bu şad xəbəri eşidəndən sonra bir bacı olaraq hansı hissləri keçirdiniz? Necə qəbul elədiniz və hansı şəraitdə eşitdiniz bunu?

- O hissi vallah , dillə deyə milmərəm. Bir onu bilirəm ki,  oturmuşduq evdə, bir də gördüm zəng gəldi. Sağ olsun qonşu dedi ki, “bəs xəbərin varmı Natiqə Milli Qəhrəman adı verilib” deyəndə telefon qulağımda şoka düşdüm. Bu barədə gələn  televiziya işçilərinə də demişəm, inanın, telefon qulağımda  heykəl kimi donub qaldım. Evdəkilərin hamısı elə bildi pis xəbər eşitmişəm, hamısı deyir nə olub, nə olub? Dedim açın telefona baxın, deyəsən, Natiqə Qəhrəman adı verilib. . Bəzən olur, bir də görürsən yanlış məlumatlar verirlər. Açdıq baxdıq  və gördük ki, Prezidetimiz Natiqə Milli Qəhrəman adı verib. Sonra Prezidentimizin səhifəsini izləyəndə də gördük ki, doğrudan da düz xəbərdir. Mən bilirdim ki, nə vaxtsa, ona Prezident ad verəcək. Yüz faiz əmin idim. Bilirik ki, Prezidentimiz heç kimin  əməyini, vətən, xalq yolunda olan xidmətini unutmur. Amma bircə arzum var idi ki, bu adı, heç olmasa, anam da bunu eşitsin, bilsin və qəhrəman anası kimi bu hissi yaşasın. Şükür Allaha, anam bu günü gördü…

- Kəmalə xanım, bilirsiniz ki,  44 günlük müharibədən sonra 30 il erməni işğalında olan torpaqlarımız azad olundu. Hətta 23 saatlıq anti-terror əməliyyatı nəticəsində Xankəndi belə, ermənilərdən tamam boşaldı. Həmin vaxt Xocalıda və Qarabağın digər yerlərində soyqırımlar törətmiş erməni cəlladlarının bir çoxu, qaçmaq istəyərkən artıq ələ keçiblər. İndi hamı onların adlarını bilir. Amma belə vacib qatillərdən hələ bir neçəçi qalıb. Məsələn, Köçəryan, Sərkisyan və onların içərisində, vacib informasiyalı olan Vitali Balasanyan qalır. Buna da ümidiniz varmı ki, bu Balasanyan  da gec-tez tutulacaq və nəhayət, Natiqin yeri haqqında dəqiq məlumat verəcək?

- Var, əlbəttə ki, ümidimiz həmişə olub. O cəlladları tutan, Xankəndini alan bizim Prezidentimiz, inanırıq ki, Balasanyanın və digər qatillərin də həbsinə nail olacaq. Sadəcə bir az geci-tezi var. Bəli ümidimiz böyükdür. Bəs nə,  elə şey olarmı? Bilirəm, o qatı cinayətkarların demək olar ki,  10-15 nəfəri tutulub. Mən bildiklərimi deyirəm. Hə, əlbəttə, Balasanyan da tutulacaq. Biz səbrimizi basırıq, bilirik ki, o, Prezidentimizin əlindən qaça bilməyəcək.

- Biz də istəyirik ki, o qatil Balasanyan tezliklə həbs olunsun. Çünki  o cəllad Natiqin basdırıldığı yeri mütləq bilir.

- Bəli,  o tutulacaq. İstəyirəm bunu qeyd edəsiniz,  Prezidentimizdən  xahiş edirəm, o qatil Balasanyan tutulandan sonra, bizim onunla görüşməyimizə şərait yaratsın. Bir tək arzum budur.

- Kəmalə xanım bunu elə ürəklə dediniz, mənim də ürəyimdən bu keçdi ki, Allah eləsin arzunuza çatasınız, Balasanyan da tezliklə tutulsun. Onunla üz-üzə gəlsəniz nə deyəcəksiz?

- Həmin anda bilirəm nə deyəcəyəm. Biz onlar kimi cinayətkar, cəllad deyilik. Yəni vəhşi deyilik. Amma yenə də həmin an bilmirəm, hər dəfə elə düşünürəm ki, ona adam nə cəza verər?. Mən onun ölümünü arzulamıram ki, o, ölsün. Ancaq onu Prezidentimiz həbs etdirsin, ondan sonra əzab çəkə-çəkə ölsün. O, Xocalının dinc sakinlərinə necə faciələr yaşadıb, körpələrə, cavan-cavan uşaqlara, qadınlara, qocalara, necə ağır işgəncələr veribsə, Allahdan da ona elə cəzalar  verilməsini arzu edirəm. Deyir insan öz etdiklərini yaşamadan ölmür. İnanıram ki, bu qatil də o cəzaları görəcək. Öz elədiklərinin cəzasını çəkəcək. Bizim Allahımız var, bizim Prezidentimiz var. Mən Balasanyana bunu deyərdim: “ Natiqlə üzbəüz döyüşməyə kişiliyin çatmadı? Üzbəüz döyüşdə Natiq şəhid olsaydı məni o qədər də yandırmazdı. Amma nakişilik edərək, niyə onu alçaqcasına Xocalı sakinlərini öldürməklə şantaj edib  tutmusan? Heç olmasa, bizə təsəlli üçün yerini deyərdin ki, onu harada basdırmısınız?”

- Allah sizi arzunuza çatdırsın. Bilirik ki, Milli Qəhrəman adını haqq edən çoxlu qəhrəmanlarımız var. Hamısı bizim fəxrimizdir… Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara da Allah uzun ömür versin. Amma 32 ildən sonra Natiqə ad veriləndə inanın ki, bütün Azərbaycan sevindi. İndi Natiqsevərlərə nə demək istərdiniz?

- O sevincləri sosial şəbəkələrdəki rəylərdən, bizə edilən şoxsaylı zənglərdən mən də görürəm. Xalqıma təşəkkür edirəm, onlar təşəkkür üçün rəy yazanda, bildirirəm ki, mən Natiqin bacısıyam. Hamıya təşəkkür edirəm, çox sağ olsun, var olsun, elimiz. Ailəmiz adından deyirəm sağ olsunlar, Natiqə dəyər verib, qiymətləndirdilər. Demək olar ki, elə hamı yazır ki, Natiq tək sizin qardaşınız deyil, bizim də qardaşımızdır. Bax xalqımın bu sevgisini görəndə, düşünürsən ki,   yaşamağa dəyər.

- Allah, yenə deyirəm, arzunuza çatdırsın sizi. O dinc Xocalı sakinlərinin, o cümlədən  Natiqin də qatili, o vicdansız, alçaq Balasanyan tutulsun ki, bir çox məsələlərə də aydınlıq gəlsin. Sizə, ailənizə, anamız Dursun xanıma can sağlığı arzulayırıq. Bəli, Nitiq doğrudan da hamımızın qardaşıdır. Birinci Qarabağ müharibəsində mən Natiqlə ayrı-ayrı səngərdə döyüşmüşük. Amma bütün döyüşçüləri mən özümün səngər yoldaşım hesab edirəm. Çünki hamımız vətən adlı səngərdə döyüşmüşük. Mən həm də 44 günlük Vətən müharibəsində iştirak edən döyüşçünün atasıyam. Natıq də gənc yaşında şəhid olduğu üçün, bu gün o hamımızın  balasıdır. Allah ona qəni-qəni rəhmət eləsin, sizə də Allah uzun ömür, cansağlığı versin.

- Sağ olun, var olun!

***

Nahidə Məmmədova: “Natiq bizim üçümüzdən də çox balaca idi və ona görə də hamımız onun canına and içirdik”

İndi isə Natiqin digər bacısı Nahidə Məmmədovanın fikirlərini öyrənmək istəyirəm.

1

- Nahidə xanım, bayaqdan ananızla, bacınız Kəmalə xanımla söhbətlərimiz oldu, Natiq barədə danışdıq. Olub, keçənləri xatırladıq. Sizin də bu  son hadisələrlə bağlı yaşadığınız hisslər mənə maraqlıdır. Yəni Prezidentimiz tərəfindən Natiqə Milli Qəhrəman adı verildi. Şəhid bacısı statusundan çıxıb, oldunuz qəhrəman bacısı. Bu necə hissdir?

- Çox yaxşı, sözlə ifadə olunası mümkün olmayan hissdir. Bütün ailəmizlə bir yerdə çox sevindik. Allah Prezidentimizin canını sağ eləsin. Evdə idim,  birdən oğlum zəng vurdu və dedi ki, dayıya Milli Qəhrəman adı veriblər, eşidibsən? Dedim yox, xəbərim yoxdur. Dedi, hə, düz xəbərdir. Dedim birdən yalan xəbər olar, bəzi vaxtlar yalan xəbər verirlər. Dedi yox, düz xəbərdir, Prezident öz səhifəsində paylaşıb. Sevincimin həddi-hüdudu olmadı ki, gec də olsa, qardaşım öz haqqını aldı.

- Yəni ki, 32 ildən sonra olsa da, Natiqin haqqı özünə verildi. Əziyyəti yerdə qalmadı. Nahidə xanım, uşaq vaxtı Natiqlə bir yerdə oynamısınız, bir yerdə böyümüsünüz . Mənə maraqlıdır, məsələn, uşaqlıqda bəzən görürsən bacı-qardaş da  dalaşırlar.Olubmu sizin aranızda belə davalar?

- Biz heç vaxt bir-birimizlə, doğrudan da dalaşmamışıq. Natiq bizim üçümüzdən də çox balaca idi və ona görə də hamımız onun canına and içirdik. Sonradan olmuşdu deyə, sonbeşik kimi, hamımız onu əzizləyirdik, böyüyənə kimi qucağımızda gəzdirmişik. Məhəlləmizdə uşaqların demək olar hamısı onunla yaşıd idilər.  Amma, dediyim kimi, bizim ən balacamız idi. Birdən gəlirdi deyirdi ki, uşaqlar mənimlə dalaşır, bacı-qardaşları onlara  kömək edir, amma siz böyük olsanız da  yanımda olmursunuz.

- Çox gözəl xatirələrdir. Bacınız  Kəmalə xanım mənimlə söhbətində öz arzusunu, istəyini bildirdi. Yəni ki, bir çox  Xocalı qatilləri tutuldu, amma əksəriyyəti hələ də sərbəst gəzib dolaşır. Onlardan biri də cəllad Vitali Balasanyandır. Tutulandan sonra ona siz nə deyərdiniz?

- Mən ona elə bir cəza arzulayardım ki, elə bil cəza bəlkə yer üzündə yoxdur. Nə qədər Xocalı sakinlərinin qanını tökdüyü üçün alacağı cəza isə, tamam başqa olmalıdır. Elə bir cəza növü fikirləşə bilmirəm ki, ona verilsin,  adamın da ürəyi soyusun. Amma Balasnyan və başqa erməni faşistləri Xocalıdan və Qarabağın digər yerlərindən olan dinc sakinlər üçün, elə ağıla gəlməz cəzalar, işgəncələr veriblər ki, eşidəndə adamın damarda qanı donur ki, insan da insana belə işgəncə, belə zülm verər? Sonra da fikirləşirsən ki, erməni insan deyil axı, vəhşidir.

- Yəni belə çıxır ki, dediyiniz cəza insan üçündür, amma Balasanyan və digər erməni cəlladları insan deyil. Ona görə də Allah onun da bəlasını versin. Əlbəttə insan adlanan kəs belə vəhşiliklərə yol verməz. Deməli, doğrudan dab u qatil ermənilər insan deyil. İnanırıq ki, Prezidentimiz bir çox qatillərin tutulmasını təşkil etdiyi kimi, Balasanyan və əli xalqımızın qanına batmış digər qatilləri də tezliklə dəmir barmaqlıqlar arasında görəcəyik...

- İnşallah, onların içində Balasanyanı mütləq görmək istəyirəm. Çünki  o  Natiqi necə öldürdüyünü və harada basdırıldığını bilir. Onunla üz-üzə gəlsəydim tüpürərdim sifətinə…

- Allahdan  tezliklə arzunuza çatamağınızı diləyirəm. Nahidə xanım, mənimlə həmsöhbət olduğunza görə sizə təşəkkür edirəm. Allah sizləri qorusun, sağ olun, var olun.  

- Siz də çox sağ olun ki, Bakıdan Gəncəyə qədər, uzaq bir yol gəlib Natiqin doğmalarını yad edirsiniz.

- Çox sağ olun, bu, hər birimizin müqəddəs borcudur.

***

“Təzadlar”ın dəyərli oxucuları, sevindirici hal o idi ki, Natiq Qasımov kimi qəhrəmanın yurdunda onun davamçısı da var. Belə ki, Natiqin bacısı Kəmalə Heydərovanın  oğlu Elşad Heydərov, 44 günlük 2-ci Qarabağ müharibəsinin könüllü olaraq iştirakçısıdır. Nahaq yerə deməyiblər ki, oğul dayısına oxşayar. Ona görə də təbii ki, Elşad bəyi də dinləmək çox xoş oldu.

1

- Elşad bəy, biz bu gün Gəncədə sizin evinizdəyik. Yəni  Natiq Qasımovun evindəyik. Natiq xalqımızın elə bir oğludur ki, bəlkə də ikinci elə bir Qəhrəman yoxdur ki, ona ad veriləndə bütün Azərbaycan sevinməsin. Bütün xalq sevindi. İndi sən də belə Qəhrəmanın bacısı, Kəmalə xanımın oğlusan. Yəni sən dayın  Natiqin  bir növ yolunu gedəsi oldun. Sən də bu döyüşü gördün, 44 günlük döyüşün iştirakçısısan.  Bildiyimiz kimi,dünyaya gözünü açıb, özünü dərk edəndən dayın haqqında eşitmisən. Nə eşidirdin dayın haqqında, nələr bilirdin?

- Dayım döyüşdə olanda mən balacaydım, yadıma gəlmir. Özümü dərk edəndən sonra hamının dayımın igidliyindən, qəhrəmanlığından danışdığını eşitmişəm. Sənədli filmlərinə baxmışam, şəkillərdə  də görmüşəm. Dayımın adının dillərdə dastan olduğunu bilmişəm. Böyüyəndən sonra həmişə fikirləşmişəm ki, dayım kimi qəhrəman olmasam da, imkan olan kimi, onun qisasını almaq istərdim. Həmişə fəxr etmişəm dayımla. 2020-cilin sentyabrın 27- də Ali Baş Komandan tərəfindən əks hücum haqqında əmr veriləndə sevindim ki, qisas almaq zamanı gəldi. Elə həmin gün də hərbi komissarlığa gedib, könüllü olaraq səfərbərlik üçün yazıldım. Sonra hərbi komissarlıqdan çağırdılar və mən də döyüşə yollandım. Tərtər-Ağdərə istiqamətində gedən  döyüşlərdə iştirak etmişəm və dayım kimi  qəhrəman olmasam da, onun yolunu getməyə cəhd eləmişəm. 

- Dayının yolunu getmisən, müharibəni sən də görmüsən, onda hiss elədinmi ki, dayın nələr çəkib?

- Bəli, az da olsa, hiss elədim. Amma dayımın gördükləri əziyyətlər lap çox olub.  Bəlkə dayım kimi düşmənə layiqincə müsibət yaşadan, qan udduranlar elə də çox deyil. Təkbaşına 6 gün ac-susuz döyüşərək, 100-ə qədər erməni öldürüb. Bu, əsl qəhrəmanlıqdır.

- Elşad bəy,  igid oğul dayısına oxşayar deyiblər. Əgər könüllü olaraq,  səfərbərliklə, döyüşə getmək üçün yazılmısansa, sən də bir qəhrəmansan.

1

- Yox, mən elə bir qəhrəmanlıq eləməmişəm. Həmin vaxt  könüllü olaraq, minlərlə oğullar döyüşmək üçün Hərbi Komissarlığa üz tutmuşdular. Onlardan biri də mən idim. Onda 35 yaşım var idi və iki oğul atasıyam. Amma düşməndən qisas almaq hissi daha güclü idi. Ona görə də könüllü olaraq, döyüşə yollandım. Elə bir qəhrəmanlığım olmayıb. Əsl qəhrəman dayım olub ki, onu da bu günlərdə Ali Baş Komandan Prezident İlham Əliyev rəsmiləşdirdi. Ailəmiz adından qalib Prezidentimizə sonsuz təşəkkürümüz var. Allah onu qorusun və başımızın üstündən heç vaxt əskik olmasın.

- Elşad bəy, bir döyüşçü kimi Allah  səni və Natiqin yurdunda böyüyən sənin o iki oğulunu, yəni gələcəyin əsgərlərini qorusun. Bəli, dayına- Natiq Qasımova Qəhrəman adı verildi və nəhayət, haqq-ədalət 32ildən sonra öz yerini tapdı. Maraqlıdır, bunu eşidəndə bəs sən hansı hisslər keçrdin?

- Düzdü, onsuz da bizim üçün dayım həmişə Qəhrəman idi. Gözləyirdik ki, nə vaxtsa, bu ad rəsmiləşəcək. Şükür Allahın böyüklüyünə, çox sevindik. Təbii ki, bizim üçün fəxr idi, biz də fəxr elədik və böyük qürur hissi keçirdik. Allaha şükür ki, layiq olan ad verildi. Onsuz da Milli Qəhrəman adına layiq idi. O da verilməliydi və verildi də. Sağ olsun Ali Baş Komandan, qalib Prezident İlham Əliyevi,  Allah razı olsun ondan, dayıma Milli Qəhrəman adı verdi. Allah Prezidentimizə can sağlığı və uzun ömür versin.

- Elşad çox sağ ol, təşəkkür edirəm, Natiq Qasımovun ruhu şad olsun ki, yurdunda belə onun yolunu davam etdirən oğullar var, bacısı oğlu və nəvələri var. Onlar da böyüyüb hamısı əsgər kimi vətəni qoruyacaqlar. Alah onlar və gələcək nəsilə bir də müharibə göstərməsin! Çox sağ ol, var ol.

- Siz də çox sağ olun, əziyyət çəkmisiniz

- Təşəkkür edirəm, borcumuzdur.

Milli Qəhrəman Natiq Qasımovun ailəsi ilə həmsöhbət oldu:

Elçin Məmmədli,

1-ci Qarabağ müharibəsi veteranı

Bakı-Gəncə-Bakı

P.S. Natiq Qasımovun ailəsinin yerini nişan verən, ünvanlarının və telefon nömrələrinin  tapılmasına yardımçı olan, Milli Qəhrəman Fred Asifin (Asif Məhərrəmov) 1-ci Qarabağ müharibəsində döyüşən beş qardaşından biri, Qarabağ qazisi Ədalət bəyə dərin təşəkkürümü bildirirəm.

 

 

Pin It

CƏMİYYƏT

03-Dek-2024 By Yasemen Memmedov

"AZƏRAVTOYOL" AĞDAM-ƏSGƏRAN-XOCALI-XANKƏNDİ YOLUNUN TİKİNTİSİNİ SÜRƏTLƏ…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağda

03-Dek-2024 By Elbar Şirinov

ATOM BOMBASININ YARADICISININ NƏVƏSİ: DÜNYANI…

Çarlz Oppenheymer dünyanın heç vaxt nüvə silahında

02-Dek-2024 By Asif Memmedov

Можно ли перевоспитать армян с…

Средневековый армянский Дадиванк, расположенный в

SİYASƏT

05-Dek-2024 By Asif Memmedov

ABŞ GÜRCÜSTANA SƏRT SANKSİYALARA BAŞLAYIR

Ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ-ı

03-Dek-2024 By Elbar Şirinov

CEYHUN BAYRAMOV İƏT XİN ŞURASININ…

Dekabrın 3-də Azərbaycan Respublikasının xarici iş

03-Dek-2024 By Elbar Şirinov

CEYHUN BAYRAMOV İRANA İŞGÜZAR SƏFƏRƏ…

Bu gün - dekabrın 3-də Azərbaycanın xarici işlər n

02-Dek-2024 By Elbar Şirinov

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ…

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb

01-Dek-2024 By Elbar Şirinov

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR…

Prezident İslam dünyasına müraciət etdi

MƏDƏNİYYƏT

05-Dek-2024 By Elbar Şirinov

ŞUŞADA "G-HUB" SAMMİTİNDƏ İSLAM ÖLKƏLƏRİNDƏ…

Dekabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının 2024-c

04-Dek-2024 By Asif Memmedov

SÖZ VURĞUNU- FAİQ BALABƏYLİ!

Söz vurğunu   Bu qala bizim qala, Həmişə bizim

04-Dek-2024 By Yasemen Memmedov

TƏNDİR ÇÖRƏYİMİZ DƏ UNESCO-NUN SİYAHISINA…

Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyah

04-Dek-2024 By Yasemen Memmedov

MƏDƏNİYYƏT XİDMƏTLƏRİNDƏ DƏ NAĞDSIZ ÖDƏNİŞLƏRƏ…

Mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olun

04-Dek-2024 By Elbar Şirinov

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ŞUŞA ŞƏHƏRİNDƏ…

2-3 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin tə

04-Dek-2024 By Elbar Şirinov

"AZƏRBAYCAN ATABƏYLƏRİ" TARİXİ BƏDİİ-SƏNƏDLİ FİLMİNİN…

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, A

KRİMİNAL

05-Dek-2024 By Asif Memmedov

"ABZAS MEDİA" ƏMƏKDAŞLARI MƏHKƏMƏ QARŞISINDA

Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsin

05-Dek-2024 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 26…

Dekabrın 4-də ölkə ərazisində qeydə alınan 34, əvv

04-Dek-2024 By Elbar Şirinov

SEVGİLİSİNƏ 70-DƏN ÇOX BIÇAQ XƏSARƏTİ…

İtaliyada gənc tələbənin faciəli şəkildə öldürülmə

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

05-Dek-2024 By Elbar Şirinov

USQ-NİN GÜRCÜSTANDAN OLAN MUZDLU ƏSGƏRİ…

DXR məhkəməsi Gürcüstan vətəndaşı Georgi Axalayı m

05-Dek-2024 By Elbar Şirinov

NATO NÜMAYƏNDƏ HEYƏTİ TƏHSİL MÜƏSSİSƏLƏRİ…

"15-ci NATO günləri" tədbiri çərçivəsində ölkəmizə

05-Dek-2024 By Elbar Şirinov

BAKI MƏKTƏBLƏRİNİN POLİS AKADEMİYASINDAKI…

Dekabrın 4-də Bakı şəhəri Nizami rayonu 229 nömrəl

05-Dek-2024 By Elbar Şirinov

ŞƏHİDLƏR AZADLIĞIN UCA HEYKƏL DAŞIDIR

  Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda c

05-Dek-2024 By Elbar Şirinov

SURİYA MN: HƏMADAKI TERRORÇULAR CANLI…

Suriyanın qərbində yerləşən Həma əyalətində Suriya

05-Dek-2024 By Elbar Şirinov

BAHAR MURADOVA AZƏRBAYCAN UŞAQLARININ VI…

Bu günümüzün və gələcəyimizin ən vacib mövzuları ə

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

03-Dek-2024 By Elbar Şirinov

QOYUN ƏTİ QUZU ƏTİ İLƏ MÜQAYİSƏDƏ…

Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox i

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

05-Dek-2024 By Yasemen Memmedov

İPOTEK…

"Güzəştli kreditlər maksimum məbləğ 100 min mana

TƏHSİL

04-Dek-2024 By Yasemen Memmedov

MƏKTƏB…

Məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafat