Xəbər verilir ki, Almaniyalı super model, aktrisa və teleaparıcı, 48 yaşlı Haydi Klum açıq-saçıq şəkillərini paylaşıb və bu şəklə gələn 50 minə yaxın rəyin əksəriyyəti tənqidlər olub. Məsələn belə: “Bu yaşda olan xanımlar belə davranmağı dayandırmalıdır”, “48 yaşlı xanım alt paltarı geyinmir”, “İyrənc görünür” və s.

P.S. Sən öləsən mən bu almanları heç belə geri qalmış, “çuşka” bilməzdim. Rəhmətliyin uşağı, bizdə 50 yaşlı Aygün Kazımovanı az qala lütlənib çəkdirdiyi şəkillərə görə nəinki qınayırlar, hətta ağızlarının suyunu axıdanlar da var. Hələ bu harasıdır? 64 yaşlı elitstar Cəmilə (Cəmilə Bayramova) çəkdirdiyi açıq-saçıq şəkilləri ilə, “bu yaşda soyunan qadın kimi” az qala “Ginnesin rekordlar kitabı”na düşəcək. Qınamaq nədi? Bizdə belə soyunmuş ağbirçəklərə böyük hörmət, izzət var mən ölüm.

***

Aparıcı Vüsalə Əlizadə sosial media hesabında dərin yarıqlı geyimi ilə şəklini paylaşıb ki, buna da guya çoxsaylı bəyən və tərif gəlib.

P.S. Burada adamı iki sual düşündürür. Birinci, o çoxsaylı bəyən və tərifləri göndərənlər kişilərdir, yoxsa qadınlar? İkincisi, o çoxsaylı bəyən və tərifi Vüsalə xanımın gözəlliyinə, yoxsa gözəl görünən baldırlarına görə göndəriblər? Bu suallara aydınlıq gətirilsəydi Vüsalə xanım da intizardan, narahatçılıqdan qurtarardı ki, nə qədər xərc çəkib donunun ətəyini baldırlarına qədər kəsdirməsi heçə getməyib.

***

Rusiyanın Qazaxıstana qanunsuz soxulması belə bir fikir yaradıb ki, bəs V.Putin SSRİ-ni bərpa etməyə çalışır.

P.S. Dünya birliyi rus ayısının burnundan vurub Qazaxıstandan çıxartdı. Bu o deməkdir ki, SSRİ kimi qəbristanlığa getmiş ölü, bir də geri qayıda bilməz. Əksinə, rusların Qazaxıstana qanunsuz girməsi və girdiyi kimi də çıxması göstərdi ki, Rusiya özü SSRİ-nin aqibətini yaşayacağı yolunda çox önəmli addımlar atdı. Yəni Rusiyanın özü parçalanmağa doğru gedir...

***

Məlumatlara görə, artıq Azərbaycanda 12 nəfərdə yeni virus olan “Omikron” ştammı aşkarlanıb.

P.S. Deməli, o əjdahadan artıq bizdə də var. İndi bu “Omikron”du, Makrondu, nədi, onu necə qarşılayaq ki, bizdən inciyib, qaçmasın? Bəlkə yenə şənbə, bazar günləri nəqliyyatı bağlayaq ki, “Omikron” bəy rahat işləyə bilsin. Bəlkə restoran, kafe, ticarət mərkəzlərini tam qapayaq ki, “Omikron” müəllim yeyib-içib, bazarlıq-zad eliyə bilməsin? Əşi yox e, biz axı qonaqpərvər xalqıq. O biri viruslar kimi, bu cənab “Omikron”u da qoynumuza alıb, yaxşıca bəsləyəcəyik. Bizim qayğımıza o necə cavab verəcək? Yəqin bunun səsi sonra çıxacaq.

***

Azərbaycan Mərkəzi Bankının ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxılmış 50 manatlıq pul nişanı ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Asossasiya”nın keçirdiyi müsabiqədə, bir çox qabaqcıl ölkələrlə yanaşı finalçıların sırasına daxil edilib. Ötən il Britaniyada keçirilən bu tipli müsabiqədə bizim yeni 50 manatlıq banknot “Ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçilmişdi.

P.S. Ölkəmizin xaricdə reklamı baxımından bu, çox gözəl, çox superdi. Amma ölkəmizin daxilində isə, 50 manatlıq əskinasın heç 5 manatlıq da dəyəri yoxdur və bu dəyər hələ itməkdə davam edəcək.

***

Xəbər verilir ki, Qarabağdakı separatçıların rəhbərlərindən biri, erməni terrorçusu, qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, Xocalı qatili Vitali Balasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

P.S. Sağ olsun Əzrayıl müəllimi. Elə biz də bütün beynəlxalq qanunları bir kənara qoyub, Xocalı qatillərini Allaha tapşırmışdıq. Qurban olduğum da bu işi həvalə edib Əzrayıl müəllimə. Əzrayıl müəllimin də, neçə vaxtdır başı virusa qarışmışdı. İndi virus bir az səngiyən kimi, Əzrayıl işə başlayıb. Yəqin tezliklə Əzrayıl müəllim Xocalı qatillərindən olan, Ermənistanın sabiq prezidentləri R.Köçəryan və S.Sərkisyana da salam verəcək.

***

Saytların birinin yazdığına görə, ABŞ keçmiş gözəllik kraliçası, 29 yaşlı Olivia Kulpo açıq-saçıq geyiminə görə təyyarəyə buraxılmayıb və buna görə kraliça normal paltar geyinməyə məcbur olub.

P.S. Bu da bizə həmişə nümunə göstərilən xristian Amerika. Müsəlman olan bizdə isə, ondan da betər açıq-saçıq geyinən, az qala bütün bədən əzalarını çöldə qoyan Pərvin Abıyeva, Afaq Aslan, Röya Ayxan, Aygün Kazımova, Dilarə Kazımova, Səmra Rəhimli və bu kimi lüt ətcəbalaları məclislərin yuxarı başına dəvər edirlər, efirlərin bəzəyinə çevrilirlər və abırlı, həyalı biri kimi hələ millətə əxlaq dərsi də keçirlər. Belələrini el qınağına tuş etmək əvəzinə, bəzi saytlar “Pərvindən cəsarətli pozalar” kimi yazıb, hələ bir reklam da edirlər. Qərbdən niyə belə nümunələri götürmək istəmirik? Belə açıq-saçıq geyinənləri bir neçə məclisdən qovsaq, efirlərə çağırmasaq onda onlar da adam balası kimi geyinəcəklər dəə...

***

Belə məlum olur ki, Fransanın birinci xanımı Bricit Makrona naməlum şəxs zəng edərək deyib: “Bilirəm ki, sənin ərin indi kişi sevgilisinin yanındadır”. Birinci xanım isə, özündən 24 yaş kiçik olan əri, Fransa prezidenti, erməni əsilli Emanuel Makron haqqında eşitdiklərindən sarsılaraq hisslərini belə bölüşüb: “Bunu eşidəndə kədərləndim və sarsıldım, lakin biz davam edəcəyik”.

P.S. Əlbəttə, davam etmək lazımdır. İndi Fransa prezidenti E.Makron özündən 24 yaş böyük olan xanımını qoyub, özü xanım rolunda hansısa kişi ilə görüşürsə, burada heç bir qəbahət yoxdur. Nəzərə alsaq ki, E.Makron vaxtilə Türkiyədən qovulmuş erməni Hrant Makronyanın nəvəsi, Emma Makronyanın oğludur, onda ermənilərin qadın və ya kişi olsun, fərq etməz, belə fahişəliyi təəccüblü deyil. Ona görə də birinci xanım Bricit Makron haqlı olaraq deyir ki, “biz davam edəcəyik”. Necə deyərlər, belə gey “kişi” ilə birinci xanımın ömrü qoy belə xoşbəxtliklərlə dolu olsun.

***

Belə deyilir ki, toy məclislərinin birində meyxanaçılar Rəşad Dağlı, Rüfət Dahi, Balaəli Maştağalı, Ruslan Müşfiqabad və digər meyxanaçılar arasında dava olub.

P.S. Mənalı, məntiqli, məzmunlu sözlər əvəzinə, bir-birinə eşşək, ayı, vartan, nökər, bambılı və s. söyüş, təhqirlər dolu sözlər deyəndə, əlbəttə dava düşəcək dəə... Bu meyxanaçılar bir-biri ilə, sanki söyüş söymək üçün yarışa girirlər. Özləri səviyyəli tamaşaçıların da əl çalıb, fitləməsi onları bir az da qızışdırır və bu meyxanaçılar da söyüşün və təhqirin dozasını bir az da artırırlar. Görəsən, xalqı bu meyxana təfəkküründən xilas edən tapılacaqmı?

***

ATV-nin “Qısa qapanma” verilişində qonaq olarkən, müğənni sayılan, amma müğənnilikdən çoooox uzaq olan Emil Bədəlov belə deyib: “Üç milyon versələr müğənnilikdən gedərəm. Gedib özümə iş quraram”.

P.S. Bu, fakt olaraq göstərir ki, olmayan sənətini pula satır. Özü də həm də bunu deyir ki, olmayan sənətimlə, səsimlə sizlərin başını hələ çox xarab edəcəyəm. Rəhmətliyin oğlu indiyə qədər səni müğənni kimi tanımırlarsa, bircə mahnın da yadda qalmayıbsa, sən elə yox olub getmiş kimisən dəə... Bu millətə yazığın gəlsin. Özün könüllü çıxıb getsən bəlkə də böyük hörmət qazanarsan. Sənin üç qəpiklik olmayan sənətinə, hansı ağılsız üç milyon verər? Kişi müğənnilərə belə pul vermək işinə “AST Telman” kimi tanınan Telman İsmayılov baxırdı. İndi onun özünə baxmağa adam lazımdır. Necə deyərlər, gecikmisən. İndi belə yerdə atalar yaxşı deyib: “ac toyuq yuxuda darı görər”.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.