booked.netbooked.net booked.net  

Mətanət İsgəndərlinin oğlu Kərimdən ötən il boşanan Canana bu Novruz bayramında barışıq təklif edib. Canana Apellyasiya Məhkəməsini udsa da, Mətanət İsgəndərlinin müqaviməti ilə üzləşdiyindən üç uşağına həsrət qalıb.

P.S. Deməli, Mətanət İsgəndərli babat müğənni olmasa da, babat qaynana ola bilib. Üç uşağı anasından ayırmaqla isə, Mətanət İsgəndərli göstərib ki, o, həm də babat qəddardır.

***

Mğənni Sevda Ələkbərzadə Novruz bayramında İçərişəhərdə keçirilən konsert zamanı Türkan Vəlizadənin oxuduğu mahnıya əsəbləşərək belə deyib: “İçərişəhərdəki musiqiyə baxın, Novruz bayramında. Bu bayağı da deyil, ondan da aşağıdır. Bununla kim məşğul olur görəsən?”

P.S. Belə yerdə deyiblər e, “kor kora kor deməsə, bağrı çatlayar”.

***

Saytların birinin əməkdaşının istirahət günlərində keçmiş xarici işlər naziri Elmar Məmmədyarova nə işlə məşğul olduğu barədə verdiyi sualına sabiq nazir idmanla məşğul olduğunu bildirərək belə deyib: “Nazir kimi fəaliyyət göstərməsəm də, bəzən zəng edib, hansısa məsələ ilə bağlı fikrimi öyrənirlər, mən də məsləhətlərimi verirəm”.

P.S. Mən təxmin edirəm ki, Rusiya-Ukrayna müharibəsi barədə verilən suala sabiq nazir belə cavab verib: “Pisləyirəm etot voynu. Mir olmalı, atəşkəs barədə nado doqovaritsa. Bu muxaribədə ölürlər saldatlar i mirnıye lyudi. Putin burada istiyər olsun qalib. Qarabağda 44 günlük muxaribə oldu, prezident qalib oldu. Ukrayna aldı silaxlar, xaricdən. Türkiyə bizə dost-qardaş olduğunu dokazal. Znaçit Rusiya-Ukrayna muxaribəsində Rusiya ABŞ və Avropadan aldı sanksiya. Mən Putini znayu xoroşo. O, gedəcək do kontsa. Ukrayna xalqı da, ya znayu nezdaditsya. V itoqe çox adamlar qırılacaq. Ya predlaqayu mir, onlar oturub doqovarit etsələr, bılo bı xoroşo”.

***

QAT sədri Akif Nağı V.Putinin Beynəlxalq Haaqa Məhkəməsinə verilməsindən danışarkən mətbuata belə deyib: “Haaqa Məhkəməsi nəhayət ki, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədən köçəryanları, sərkisyanları məhşər ayağına çəkməlidir”.

P.S. Hörmətli Akif bəy, Haaqa Məhkəməsinə nə vaxt müraciət etdik ki, bu köçəryanları, sərkisyanları cəzalandırın, onlar da bunu etmədi? Ay pir olmuşun nəvəsi, 30 ildir biz köçəryanları, sərkisyanları söymək, lənətləməklə məşğul olmuşuq. Ancaq məhkəməyə vermək nədənsə, elə bil bizimkilərin yadına düşmür...

***

ABŞ prezdenti Co Bayden Polşada səfərdə olarkən V.Putin haqqında belə deyib: “Bu adam hakimiyyətdə qala bilməz”.

P.S. Bəs onda cənab Bayden və müttəffiqləri nə düşünür? Niyə hərəkətə keçib Putini devirmirlər? Niyə Ukraynanın hava məkanını bağlamırlar ki, Putinin qırıcıları dinc sakinləri, uşaqları, qadınları, qocaları qırmasın? Bəlkə Rusiya-Ukrayna müharibəsi ABŞ və Qərb dövlətləri üçün bir tamaşadır? Ona görə də cənab Bayden, sözdən konkret hərəkətə keçmək məqamı artıq gecikir.

***

Xəbər verildiyi kimi, martın 24-də Azərbaycanın Silahlı Qüvvələri Xocalı rayonuna daxil olan Fərrux kəndini erməni işğalçılarından azad edib və həmin kəndə aid olan Daşbaşı strateji yüksəkliyində möhkəmləniblər. Bu hadisəyə Rusiya Müdafiə Nazirliyi kəskin reaksiya verib və Azərbaycanın “Dağlıq Qarabağın silahlı dəstələrinə qarşı” apardığı bu əməliyyatı 10 noyabr 3 tərəfli bəyanatın şərtlərini pozması kimi qiymətləndirib. Azərbaycan Müdafiə Nazirliyi isə bu bəyanata ondan da betər sərt cavab verib.

P.S. Müdafiə Nazirliyimizə, qorxmadan, çəkinmədən Rusiya Müdafiə Nazirliyinə verdiyi bu sərt cavaba görə gurultulu alqışlar. Belə yerdə deyiblər e, zad eləyənin qabağına şey eləməsən, elə bilər zadı, nədi onun adı, “duxu” yoxdur. Bədbəxt uşağı, hal-hazırda əsgərləriniz və texnikalarınız Ukraynada məhv olub gedir. Bunun qayğısına qalmaq əvəzinə, hələ olmayan başlarını Qarabağ tərəfə çevirib, hürməyə də vaxt tapırlar. 10 noyabr bəyanaməsində erməni silahlı qüvvələrinin dərhal tərki silah edilməsi tələbi qoyulmasına baxmayaraq, buna əməl edilməyib. Hələ üstəlik, utanmaz-utanmaz verdikləri bəyanatda “Dağlıq Qarabağın silahlı dəstələrinə qarşı” ifadəsini işlədirlər. Belə qanmaz, başı boş generalların rəhbərlik etdiyi ordunu Ukrayna ordusu haqlı olaraq darmadağın edir.

***

Müğənni sayılan Ədalət Şükürov məlumat verib ki, onun 526 min izləyicisi olan instaqram hesabı oğurlanıb.

P.S. Gərək Ədalət Şükürovun özü oğurlanaydı. Özü də yadplanetlilər  tərəfindən oğurlanaydı və aparıb “kupça”sını efirlərdən gözümüzə soxduğu Ay planetindəki torpağına qovuşduraydılar. Bəlkə bundan sonra səsi, sənəti olmayanların birindən canımız qurtarardı...

***

Şeyx Əbdül Mahmudbəyov “Onun sirri” verilişində gənclərin evlənməsindən danışarkən belə deyib: “Hər zaman gənclərə deyirəm ki, evi olmayanların evlənməsi düzgün deyil”.

P.S. Bunu hamı bilir ki, evlənmək üçün birinci “ev” lazımdır, sonra “lənmək”. Amma hörmətli Əbdül bəy, indi neyləyək? İndiki zamanda ev sahibi olmaq, göydən ulduz qopartmaq qədər problemə çevrilib. Əgər gənclər ev sahibi olmaqlarını gözləsələr, onda bu dünyadan subay köçəçəklər. Bu da, Əbdül bəy, demoqrafik nəticəyə çox ciddi təsir edə bilər. Siz bunu gözləyirsiniz ki, millətimizin sayı getdikcə azalsın? Kirayədə yaşamağın da ayrı ləzzəti var axı...

***

Məlumatlara görə, müğənni Cavanşir Məmmədova ad günündə bir dostu 24 min manat dəyərində, 4 qapılı “NİVA” markalı maşın bağışlayıb.

P.S. Belə də olur dayna... Cavanşir Məmmədovun 24 manatlıq sənəti olmasa da, 24 min manatlıq maşın sürəcəyi dəqiqdir.

***

Azərbaycanlı və ukraynalı artistlər qədim mahnı ilə Ukraynaya dəstəklərini göstəriblər. Belə ki, Nikolay Lisenkonun bəstəsi olan “Ukrayna üçün dua” mahnısını azərbaycanlı müğənni Hidayət Əliyev ifa edib. Mahnını tarda Polina Desyatniçenko, kamançadaToğrul Əsədullayev, kanondaVəfa Şirəliyeva ifa edib.

P.S. “Ukrayna üçün dua” mahnısı qoy elə Ukraynanın bu ağır müharibədə qalib gəlməsi üçün hər birimizin duası olsun... Amma indi Ukraynaya silah, Rusiyaya isə ağıl duası lazımdır... Xüsusən də V.Putinə...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN