booked.netbooked.net booked.net  

Rəqqasə Renka (Rəna Ağamuradova) “ATV maqazin”də qonaq olarkən ərə getməyə hazırlaşdığından danışaraq belə deyib: “36 yaşıma qədər belə sevgi yaşamamışam. Bir ayın içərisində bir dəfə belə ayrı qalmamışıq. Mənim həyatımda belə sevgi olmayıb”.

P.S. Həə... deməli, rəqqasə Renka xanım deyir ki, “36 yaşıma qədər belə sevgi yaşamamışam”. Onda maraqlıdır, rəqqasə xanımın yaşadığı sevgilər necə olub ki, beləsini yaşamayıb? Rəqqasə xanım daha sonra deyir ki, “həyatımda belə sevgi olmayıb”. Yenə maraqlıdır, bəs əvvəlki sevgilər nətəhər olub ki, beləsi olmayıb? Renka xanım, sən bu suallardan incimə. Axı sən xalqın sevimli rəqqasəsi olduğun üçün, xalq da bunları bilmək istəyir də...

***

Müğənni adlanan Şəbnəm Qəhrəmanovanın “xəsis” adlandırdığı Vasif Məhərrəmli bir verlişdə ona belə sual ünvanlayıb: “Fikirləşirəm ki, bu xanımı nə vaxt harasa aparıb, pulunu verməmişəm? Eşitdim ki, o xanım heç ailə qurmayıb. Sual yaranır ki, ailə qurmamısan, toy etməmisən, bəs onda uşağının atası kimdir?”

P.S. Eh, ay Vasif bəy, köhnə zamanda qalmısan ey, vallah. Rəhmətliyin oğlu, indi xanımı harasa aparıb pul vermirlər e, bahalı maşın, ev, vəzifə verirlər, deputat edirlər. Deyəsən yatmısan fil qulağında. Bu, bir. İkincisi isə, bu Şəbnəm Qəhrəmanovanın ərə getmədən uşaq dünyaya gətirməsi səni niyə bu qədər maraqlandırır? İcazə ver, şübhələnək. Bir də ki, ərsiz uşaq dünyaya gətiribsə, bu Şəbnəm xanım onda ikinci müqəddəs Məryəm anadır... 

***

Müğənni Manaf Ağayev “Tik-Tok”-da müğənni Yusif Mustafayevin “Ana” muğamını ifa etməsini paylaşıb. Bu kadrlarda Yusif Mustafayevin səsinin güclə çıxması, mikrafonla bir ananın, düz qulağının dibində oxuması göstərilir. İfanın bir yerində Y.Mustafayev ona mat, məəttəl baxan Manaf Ağayevə “Manaf, sən gözlə, bayaqdan mən oxumuram, bir zəng gözləyirdim, artıq zəng elədilər. Bir işim var idi, o da əla düzəlib” deyir və yenidən “oxumağa” başlayır.

P.S. Bu Yusif Mustafayev qocalsa da, yenə sənətkar ola bilmədi. Amma qoca bir nənəyə, qulağının dibinə “mənə süd vermisən, südünə qurban” deməsi, səsinin isə ümumiyyətlə nəinki muğama, hətta adi bayağı mahnıya da uyğun gəlməməsi ət tökən mənzərə idi. Muğamın ortasında isə “zəng gəldi, bir işim var idi, o da əla düzəldi” deməsinin isə adı yoxdur...

***

Azərbaycan Ordusunun Fərrux dağına və Daşbaşı yüksəkliyinə sahib olmasından sonra erməni vandallarının və “Beynəlxalq Qırmızı Xaç” Cəmiyyətinin vəhşiliyi üzə çıxıb. Həmin ərazidən tapılan insan cəsədlərinin qalıqları və əsir düşmüş əsgər Laçın Novruzovun evlərinə yazdığı məktubun tapılması deyilənlərə canlı sübutdur. Hazırda “Beynəlxalq Qırmızı Xaç” Cəmiyyəti daha çox ittiham olunur ki, salamat gördükləri əsirin azad olunması üçün nəinki heç bir iş görməyiblər, hətta onun yazdığı məktubu ünvanına belə çatdırmayıblar.

P.S. Ermənilərin vəhşiliyi və qaniçən olduğu 100 ildir ki, bizə məlumdur. Amma məlum olmayan Beynəlxalq humanitar bir təşkilatın qəddar bir fəaliyyəti idi. Onu da nəzərə alaq ki, bir təşkilatın adında “Qırmızı” və “Xaç” sözləri ola, onda bunlardan nəsə gözləməyə dəyməz. Bu təşkilat adındakı qırmızı kimi adamın üzünə durar ki, heç Laçın Novruzov adında əsir görməyib. Adındakı “Xaç” sözü isə, xaçpərəst erməni ilə həmrəy olduğunu göstərir dəə... Daha durub bizlərin və türklərin ulduz və ayparası ilə həmrəy olası deyil ki?

***

Saytların birində qeyd olunub ki, gitara ustası rəhmətlik Rəmiş (Rafiq Hüseynov) evli ola-ola kənarda saxladığı sevgilisini Gülünün icazəsi ilə evə gətirib və 4 ay sevgilisi, həmçinin həyat yoldaşı ilə birlikdə yaşayıb.

P.S. Allah Rəmişə rəhmət eləsin. Onun Gülünün razılığı ilə sevgilisini evə gətirməsi kişiyana addımdır. Fikirləşib ki, gizli qalınca, hər şey aşkar olsa yaxşıdır. İndi maraqlıdır, bu gün bir çox şou əhli və bəzi məmurlar, iş adamları olan kişilər, arvadları Gülü kimi icazə versələr evə gətirdikləri sevgililərinin sayını biləcəklərmi?

***

Məlum olduğu kimi aprelin 3-də gecə saatlarında Bakının mərkəzində yerləşən barların birində qaz balonu partlayıb və nəticədə üç nəfər dünyasını dəyişib, onlarla adam yaralanıb.

P.S. Allah ölənlərə rəhmət eləsin, yaralılar tezliklə şəfa tapsın. İndi sual olunur: -Gecə saat 3 və ya 4-də o bara gələnlər kimlər olub? Kasıb balalarının o barda xərcləməyə pulu, işləməkdən isə vaxtı yoxdur deyə, onların iştirakı istisnadır. Deməli, o barda olanlar dədələrinin korrupsiya yolu ilə yığdıqları pulları göyə sovuran  mamalarının gül balalarıdır. Yəqin daha bundan sonra mamalarının gül balaları belə partlayışların tez-tez olduğu cəbhə bölgəsində yox, elə öz mamalarının yanında keçirəcək və daha şalvarlarını yaş eləməmək üçün gecələr çölə-bayıra çıxmayacaqlar.

***

Xəbər verilir ki, Ramazan ayı başlayan kimi, xurmanın 1 kilosu 60 manata qalxıb.

P.S. Bu da sənə müsəlman. Xurmanın 1 kilosunun qiymətini 60 manata qaldıranlar bəlkə də müsəlman deyillər. Əşi, nə müsəlman, müsəlman salmısan e? Bakı erməniylə dolu deyilmi? Bu oruc tutanlar da qəribədir e, mən ölüm. Gərək iftarda qarınlarına xurma doldursunlar? İftar açmaq üçün başqa nemətlər yoxdur məgər? Məsələn, qara ikra, beçə balı...

***

Məlumatlara görə ermənilər Qarabağın Rusiyaya birləşdirilməsi üçün Xankəndində imzatoplama kompaniyasına başlayıb.

P.S. Bu daşnak köpək uşağı hələ də başa düşmək istəmir ki, onların Xankəndində yaşaması üçün Azərbaycandan başqa nəinki Ermənistan, hətta Rusiya da zəmanət dura bilməz. Bu, bir. İkincisi isə, bu separatçı daşnaq tör-töküntüləri heç cürə anlamaq istəmirlər ki, Qarabağ XVIII əsrdə olan Qarabağ xanlığı, Rusiya rəhbəri isə çar II Yelizaveta deyil. Ukrayna bataqlığında batmaq təhlükəsi ilə üz-üzə qalmış və Qarabağı, hətta erməniləri belə unutmuş Putindir.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN