booked.netbooked.net booked.net  

İsveç Krallığında keçirilən builki seçkilərdə iştirak edən Azərbaycan icmasının 6 nümayəndəsi ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məclislərinin mandatını qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, seçkilərin nəticələrinə görə, Alin Fazelian ölkə parlamentinin, İradə Əliyeva Söderberg Jönşöping bölgəsi üzrə regional məclisin, Xalidə Mərafət Huddinge bələdiyyə məclisinin, Aida Kərimli Vestra-Götaland region məclisinin, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin, Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçiliblər.

Qeyd edək ki, İradə Əliyeva Söderberq Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, fəal diaspor üzvü Turan Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Əminə Sadıqbəyli Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Rahim Sadıqbəylinin qızıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi seçkilərdə qalib gələn soydaşlarımızı təbrik edir, ictimai-siyasi karyeralarında davamlı uğurlar qazanmağı arzulayır.

Daha bir azərbaycanlı xanım İsveçdə deputat seçildi

İradə Əliyeva

Qısa arayış:

İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib.
Bu barədə diaspor üzrə araşdırmaçı- jurnalist Elnur Eltürk məlumat verib. 

  İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçın ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyimi verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Məlumat üçün bildirək ki, Jönköpinq şəhərinin 145000 əhalisi var. Jönköpinq region, yəni əyalət 13 bələdiyyəni əhatə edir və 350000 əhalisi var. Jönköpinq region(əyalət) parlamentində 81 nəfər deputat var və İradə Əliyeva onlardan biridir. O, bu ilki seçkilərdə yenidən namizədliyini verib və Jönköpinq region( əyalət) parlamentinə deputat seçilib.

Hazırda seçkilərdən sonra müxtəlif komissiya və idarə heyətlərinə üzvlərin seçilməsi prosesi davam edir və təxminən noyabr ayının axırlarında hansı komissiya və idarə heyətlərinə daxil olduğu bilənəcək.

İradə Əliyevanın 2012-ci ildən özünə məxsis sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi (konsult) şirkəti var.2013- cü ildə qadın cəmiyyəti yaradıb. Bu cəmiyyətdə müxtəlif millətlərdən olan qadınlar təmsil olunur. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır.

Xatırladaq ki, o,əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var. Qızının 20, oğlunun 13 yaşı var. Qızı da siyasətlə maraqlanır və bu ilki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun muhəndis- igtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.
 
Təqdim etdi: Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN