Türkiyənin “Baykar” şirkəti daha bir ilkə imza atıb...

Belə ki, şirkət “Bayraktar” havada dövr edə bilən pilotsuz uçan aparatının sınaqlarını həyata keçirib. Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, şirkət bu barədə rəsmi açıqlama yayıb. PUA 8000 fut yüksəkliyə qalxa bilir və bu il istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir. Taktiki pilotsuz uçuş aparatı həm də izləmə və kəşfiyyat toplama işlərini görə bilir. Sosial mediada məlumatlar var ki, Ukrayna bu PUA-ların alınmasında ciddi maraq göstərir. Artıq aidiyyəti qurumlarla danışıqlar da olduğu söylənilir.

Şakir Qurbanov