booked.netbooked.net booked.net  

Bu gün, 26 mart Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan Tofiq Bəhram oğlu Bəhramovun anım günüdür

1993 – Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan Tofiq Bəhram oğlu Bəhramov vəfat edib.
Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb. 
Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə "Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə "Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.

Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. 
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.

Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası "Qızıl fit”i və "Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.
Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur "Futbol adamı” kitabını Azərbaycan arbitrinə həsr edib.

Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.
Təqdim etdi: Şakir QURBANOV
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN