27 il Ağdamın işgal günü kimi qeyd etdiyimiz 23 iyul tarixdə qaldı
Düz 27 il idi ki, Ağdamın işğal olunduğu günü-23 iyulu böyük bir kədərlə,acı xatirlərlə qeyd edirdik. 27 il Ağdamsız yaşamaq, hər bir ağdamlının, hər bir azərbaycanlının ürəkləri parçalayan, qəlbləri sızladan, kədərin,qüssənin pik nöqtəsinə çatmaq , ümidsizliyə qapılmaq idi. Viran qoyulmuş Ağdam torpağı sinələrə çəkilmiş dağ idi, pərən-pərən düşmüş ağdamlıların nisgilli xatirələri idi.