booked.netbooked.net booked.net  

Almaniyanın Narkotik və Kəşfiyyat İdarəsinin rəisi Tomas Panteliç dünən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) rəhbəri Salih Kurt ilə görüşüb.

KASSAK-ın  üzvü olan Tomas Pantelic Komissiyanın prezidenti Salih Kurta “Müharibə və kosmik texnologiyalar” haqqında ətraflı məlumat verib. Tomas Pantelic söhbət zamanı bundan əvvəlki zamanlarda CIA, FBI və Türkiyə Polisinə müxtəlif ptoqramlar üzrə təlimlər verdiyini bildirib. Təxminən 4-5 saat davam edən görüşün əsas mövzusu Kassak Komissiyasının sahə araşdırmaları ilə bağlı olub. Prezident Kurt qonağa bildirib ki, Almaniya-Türkiyə dostluğu hər iki ölkə xalqlarının gələcəyi üçün çox vacibdir. Sitat: "Bizim üçün əsas odur ki, almanlarla olan tarixi ənənələri əsas tutaraq bundan sonra daha sağlam və möhkəm əlaqələr quraq”.

Prezident Kurt sözlərini belə davam etdirib: “Unutmamalıyıq ki, uzaq keçmişdə nasist zülmünə məruz qalan yəhudilər türklərin himayəsi altında Almaniyadan qatarlarla daşınıblar. Bu bir unufulmaz tarixdir...  Keçmişdə Alman İmperatorluğunun təzyiqi altında və Osmanlı İmperatorluğunun əli ilə bu bölgəyə yerləşdirilən yəhudilərin beynəlxalq qanunlara uyğun gəlməyən siyasətlərinə son qoymaq Almaniya və Türkiyənin borcudur. "
Prezident Kurt, həmçinin Alman Narkotik və Kəşfiyyat İdarəsinin rəisi Tomas Panteliçə tərcümə dəstəyi verən cənab Ömər Coşkun və Ülger Surianoya dərin təşəkkürünü bildirdi.
Sinra qonaqlarla şam yeməyində iştirak edən Kassak Komissiyasının Media Şurasının sədr müavini Yasemin Kurt görüşdən məmnunluğunu bildirərək "Ölkəmiz üçün beynəlxalq əlaqələrimizə önəm verən prezidentimiz cənab Salih Kurtu hər zaman dəstəkləyirik”'- deyib. 

 Onu da qeyd edık ki, qonaqlar arasında olan Mustafa Şentürk Alman Kəşfiyyat İdarəsinin rəisi Tomas Panteliçə süni zəlzələ və süni intellektlə bağlı bəzi suallar verib. Qənaətbəxş cavablar aldığını deyən Mustafa Şentürk, suallarını tərcümə etdikləri üçün Ömer Çoşqun və Ülger Suriano ilə birlikdə Tomas Panteliçə təşəkkürünü bildirib.  Prezident Kurt baş tutan bu xoşməramlı görüşdən xatirə olaraq Çanaqqala şəhidlərinin rəsmini Almaniya Narkotik və Kəşfiyyat İdarəsinin rəisi Tomas Panteliçə hədiyyə edib.
Bu arada KASSAK Media Şurasının sədri Müslüm Aktürk ilə telekonfrans vasitəsilə görüş baş tutub. KASSAK Media Şurasının sədri Müslüm Aktürk Tomas Panteliçin Türkiyəyə səfərindən məmnunluğunu ifadə edib. 

Sonra qonaqlar xatirə şəkli çəkdiriblər.

A.Məmmədli

4e7ebab4-f68d-4773-a568-30c2c8374e89

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN