Azərbaycanın dövlətçilik tarixinin təbliği indiki dönəmdə xüsusilə vacibdir, ona görə ki, beynəlxalq ictimaiyyət Ermənistanın feyk məlumatları ilə əsl həqiqətlərin nədən ibarət olmasını başa düşə bilsin...

Bəli, biz zamanında ola bilsin həqiqətin Azərbaycanın tərəfində olduğunu nəzərdə tutub ermənilərin Qarabağa niyə və hansı tarixdə köçürülməsini, eləcə də Ermənistanın özünün Azərbaycan torpaqları üzərində dövlətini qurmasını və s. gündəlik mövzuya çevirməmişik. Amma tarix tarix olaraq qalır və təhrifi sevmir. Lakin ermənilər hələ də durmadan yalan məlumatlarını dünya ictimaiyyətinin beyninə həkk etdirməkdədir. Bu dəfə belə bir feyk məlumata aldanaraq ermənilərin məzlumluğu barədə film çəkmiş Avstraliyadan olan kino-rejjissor barədə söhbət açacağıq.

***

Bu ilin iyulun 28-də Avstraliyanın «Defense Connect» portalının redaktoru Liam German tanınmış kino-rejissor Emile Ghessen arasında canlı efirdə müsahibə aparılmışdır... Liam Germanın sual-cavablarının mətni «Defense Connect» saytında yayımlanmışdır. Müsahibədə kino-rejissor Emile Ghessenin təzə çəkdiyi «45 gün: Millət uğrunda  mübarizə» adlı sənədli filmi ətrafında müzakirələr öz əksini tapıb. Həmin sənədli film Rusiyanın Ukraynada törətdiyi müharibə dağıntılarına, daha çox isə Azərbaycan-Ermənistan qarşıdurmasına…  həsr olunub. Lakin müsahibənin bir çox yerində mübahisəli ərazilərdən söhbət açılarkən Azərbaycan-Ermənistan müharibə və münaqişəsindən danışılır, Azərbaycan torpaq ələ keçirən tərəf kimi qeyd edilir. Müsahib olan kino-rejissor müharibə xatirələrini, o cümlədən Azərbaycanın Ermənistanın işğalına son qoyan döyüş əməliyyatları bölgəsində olduğu məqamları da həmin filmində əks etdirdiyini bildirir. Lakin Qarabağın tarixindən xəbərsiz olan və ya erməni təbliğatının təsirinə düşən kino-rejissor Emile Ghessen erməniləri məzlum, əzilən, eləcə də Dağlıq Qarabağın Stalin tərəfindən 1925-ci ildə Azərbaycana bağışlamasından, nəhayət, Azərbaycanın Türkiyənin dəstəyi ilə 2020-ci ilin sentyabrın 27-də hərbi əməliyyatlara başlayaraq erməniləri Qarabağdan çıxarmağa səy göstərməsindən və s. bəhs edir. (https://www.defenceconnect.com.au/key-enablers/10411-q-a-emile-ghessen-and-liam-garman-discuss-ghessen-s-recent-documentary-45-days-the-fight-for-a-nation).

 «Təzadlar»ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili İngiltərə əsilli kino-rejissor Emile Ghessenin Qarabağ və erməni yanlışlıqları ilə bağlı «Defense Connect» portalının redaktoru Liam Germana və  kino-rejissor Emile Ghessenə etirazlı və izahlı cavab hazırlayıb, göndərib. Asif Mərzili qeyd olunanlarla bağlı bunları dedi:

- Azərbaycanın dövlətçilik tarixinin təhlili və tarixi mənbələr də təsdiqləyir ki, ortada böyük dövlətçilik tariximiz var və bu ənənə bu gün də davam edir. Bu ənənənin davamıdır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 illik erməni işğalına son qoyuldu... Hətta mən deyərdim ki, ermənilər yüz illər idi Qarabağı özününkü hesab edirdi və bunu da işğalçılıq əməlləri ilə ört-basdır edirdilər, dünyanı aldadırdılar. Necə ki, bəhs etdiyim tanınmış Avstraliyalı kino-rejissoru da aldadıblar... Deyim ki, mən «Defense Connect» portalı və onun redaktoru Liam Germanla 2021-ci ilin aprelində  bu portalda Azərbaycanla bağlı dərc edilmiş olduqca maraqlı bir məqalə vasitəsilə tanış oldum. Belə ki, jurnalist müəllif yazısında Azərbaycan ordusunun Qarabağda erməni işğalına son qoyan hərbi əməliyyatlarında Sovetdənqalma «kukruznik»lərdən necə məharətlə istifadə edib pilotsuz təyyarə kimi düşmənin hədəflərini vurmaqda istifadə etməsindən və s. yazmışdı. Hətta o, Azərbaycanın bu hərbi taktikasından dünya hərb tarixində ilk dəfə istifadə edildiyini məmnunluqla yazırdı, bu barədə «Təzadlar» qəzetinin 6 aprel 2021-ci il tarixli sayında məqalə vermişdik. Sonradan qeyd olunan hərbi təyinatlı portalı daim izləmişəm. Bu yaxınlarda isə  «Defense Connect» portalında  Liam Germanın ingilis əsilli kino-rejissor Emile Ghessen-in yeni çəkdiyi bir sənədli filmi barədə müsahibəsini oxudum. Emile Ghessen müsahibədə özü də etiraf edir ki, bu filmdə Qarabağda yaşayan ermənilərin sonuncu müharibə zamanı başlarına gələnləri filmində əks etdirərkən Avstraliyada yaşayan ermənilər bu filmin hasilə gətirilməsinə yardım da ediblər. Deməli, kino-rejissor film boyu, eləcə də qeyd etdiyim müsahibəsində erməniləri zərərçəkən, Qarabağda daim yaşamış xalq kimi təsvir edir, Azərbaycanın bu torpaqları ələ keçirməyə çalışmasısını, həmçinin Türkiyənin 1915-ci ildə erməniləri soyqırım etdiyini və s. deyir. Sitat: «…Hazırda Sidneydəyəm. Mən son üç ayı Ukraynada çəkilişlərdə keçirmişəm. Sabah yenidən Ukraynaya qayıdıram. Amma mən «45 gün: Millət Uğrunda Mübarizə» sənədli filmim üçün buradayam: Söhbət 2020-ci ilin sentyabrında Ermənistan və Azərbaycan arasında başlayan müharibədən gedir. Dünyanın əslində bilmədiyi müharibə. Ermənistanla Azərbaycan arasında buterbrod olan Dağlıq Qarabağ adlı ərazi var. Bura etnik ermənilərin nəzarət etdiyi mübahisəli ərazidir… O Azərbaycana 1925-ci ildə Stalin tərəfindən verilib. Və iki tərəf arasında həmişə diqqət mərkəzində olub. Beləliklə, 2020-ci ilin sentyabrında Azərbaycan əraziyə iddialı olmaq üçün bölgəyə genişmiqyaslı hücuma keçdi.  Sənədli filmin əsas mövzusu da budur…».

Başqa bir sitat: «…Azərbaycan hələ də erməni əsirləri qaytarmır… Ona görə də bunu həll etmək lazımdır, çünki azərbaycanlılar bundan erməni xalqına qarşı psixoloji müharibə kimi istifadə edirlər. Onlar hələ də sərhədyanı rayonlara hücumlar həyata keçirirlər, baxmayaraq ki, rus sülhməramlıları orada olsalar da, azərilər minaatan və artilleriya zərbələri endirərkən orada yanğınlar olur. Və əlavə torpaq tutmağa çalışırlar. Ta ki, rus sülhməramlıları onlara geri çəkilmələrini təmin edənədək. Erməni xalqına qarşı psixoloji müharibədən istifadə etmələri ilə bağlı daim belə bir təhlükə var. Yəni buna son qoymaq lazımdır…».

Amma sonda aparıcı jurnalistin suallarından sonra kino-rejissor Emile Ghessen az da olsa, haq yoluna qayıdır: «…Ruslar bu bölgədə sülhün qorunmasında fəallaşmalıdırlar. Amma ruslar Dağlıq Qarabağda olmaq üçün 5 illik müqavilə imzalayıblar. Beləliklə, beş ildən sonra nə olacağını heç kim bilmir. Onlar köçəcəklər? Boşluğu isə türklər və azərilər dolduracaq. Kim bilir? Amma mən hesab edirəm ki, həqiqətən də Ermənistan, Azərbaycan və Türkiyə arasında diplomatiya olmalıdır, bu, irəliyə doğru yeganə yoldur. Bir çox insan bu fikri dəstəkləməyəcək, çünki onlar baş verənlərə emosional olaraq bağlıdırlar. “Düşmənlərimizlə danışa bilmərik” deyirlər. Məncə, bunun yeganə yolu əlaqələr qurmaqdır».

Bütün bunları ümumiləşdirərək belə anlaşılır ki, tanınmış kino-rejissor Emile Ghessen ermənilərin verdiyi informasiyalarla yüklənib, filmində də bunları ifadə edib. Mən portala məktub yazaraq kino-rejissor Emile Ghessenin elektron poçtunu istədim. Ermənilərin Qarabağın dağlıq hissəsinə 1828-ci ildən İran və Türkiyədən köçürülmələrini, eləcə də onların 1978-ci ildə Qarabağa köçürülmələrinin 150 illiyi şərəfinə ucaltdıqları abidənin 1988-ci ildə dağıtmalarını və s. sübut edən materialları toplayıb ona göndərdim. İnanıram ki, o, yalnışlıqlarını ən azı bundan sonra təkrarlamayacaq. Hətta onu Azərbaycana da dəvət etmişəm ki, gəlib Qarabağda ermənilərin dağıtdıqlarını, insanlığa yaraşmayan vəhşiliklərini, əsirlikdə və girovluqda olmuş Azərbaycanlılara hansı inanılmaz işğəncələr verdiklərini öz gözləri ilə görsün, növbəti filmində bunları əks etdirsin…

JASMİN

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İst. 6.3.8).

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA