booked.netbooked.net booked.net  

Əfqanıstanda qadınların universitetlərə ​​qəbulu qadağan edildi.

Əfqanıstanın Ali Təhsil Nazirliyi universitetlərə qızlar üçün dərsləri dayandırmağı əmr edib.

Dekabrın 20-də Əfqanıstanın müvəqqəti hökumətinin Ali Təhsil Nazirliyi qız tələbələrin universitetlərdə təhsil almalarının dayandırılması barədə göstəriş verib.

Bu barədə Əfqanıstan telekanalı “Ariana News” xəbər verib.

“Əfqanıstan İslam Əmirliyinin Ali Təhsil Nazirliyi universitetlərə məktub göndərərək Nazirlər Kabinetinin qərarına əsasən, qızlar üçün dərslərin növbəti xəbərdarlığa qədər dərhal dayandırılması barədə məlumat verib”, - telekanalın xəbərində deyilir .

 Bu qərara dərhal beynəlxalq səviyyədə reaksiya verilib.

 BMT-nin baş katibi Antonio Quterreş bu qərarı pisləyərək, bunu “Taliban” tərəfindən "pozulmuş vəd" və "çox narahatedici hərəkət" adlandırıb.

“Qadınların fəal iştirakı və onların təhsili olmadan bir ölkənin necə inkişaf edə biləcəyini, mövcud problemlərini həll edə biləcəyini təsəvvür etmək çətindir”, - deyə baş katib bildirib.

ABŞ-ın Əfqanıstandakı barışıq üzrə keçmiş xüsusi elçisi Zalmay Xəlilzad TOLOnews-a bildirib ki, qadınların ali təhsildən kənarda qalması şokedicidir.

“Nə islamda, nə də Əfqanıstan tarixində belə bir qərara haqq qazandıra biləcək heç nə yoxdur. Əfqanıstanda və dünyanın müxtəlif ölkələrində olan görkəmli islamşünas alimlər bizə xatırladırlar ki, təhsil qadınlar üçün də kişilər kimi eynidir və təhsil İslamın əsas prinsipidir”.

***

Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

 Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.

Bu gün onlar yenə gəliblər... Və yenə də hakimiyyətdə təmsil olunurlar.

Ikinci  gəlişləri, 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu...

“Taliban”ın hakimiyyətə gəlişi o zaman da, indi də ilk növbədə  qadınların həyatına – təhsilinə, geyiminə, işinə… təsir etməkdədir. Onlar hakimiyyətə ikinci gəlişlərində fərqli siyasət yürüdəcəklərinə söz versələr də, lakin bu sözü tutmadılar. 

Əvvəlcə “Taliban” qadınlara orta təhsil almağı qadağan etdi (yalnız ibtidai sinifə qədər altıncı sinfədək, həm də oğlanlarla ayrı otaqlarda icazə verilir), həmçinin küçədə və ictimai yerlərdə çadra taxmağı məcbur etdi.

İndi isə əfqan qadınlarının üzünə ali təhsil ocaqlarınını qapısını bağlamaqla, onların gələcəyə olan ümidlərinin közərtisini belə söndürdülər...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN