“Elza Seyidcahan qeyri-adi istedada malik yaradıcı Azərbaycan qızıdır. İstəsəniz də belədi, istəməsəniz də”...

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) Jurnalının baş redaktoru Elman Mustafazade sosial şəbəkə hesabında yaşadığı Niderlandda - paytaxt Amsterdamda  illər öncəsi Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahanla olan görüşünü, onunla bağlı təəssüratlarını paylaşıb.

Xatırladıb ki, yenicə Konqresin icraçı direktoru təyin olunduğu zaman Azərbaycandan gələn incəsənət heyətini - qonaqları qarşılayısı olub:

 “Şirin söhbəti ilə adamı özünə cəlb edən, geniş dünyagörüşünə malik savadlı bir xanımı dinlədilcə, bizim millətin belə geniş dünyagörüşünə malik xanımı olduğuna sevinirdim...

Onun səlis, məntiqli söhbətlərinə heyran olmuuşdum. Olduqca səmimi olan sadə görünən xanımın dünyaya fərqli baxışları, qeyri-adi istedada malik insan olduğunu sezirdim.

Üzündən təbəssüm əskik olmayan bu gözəlin, sankı içində bir kədər duyulurdu... Elə bil köksunə bir vulkan cəmləşib, hər an püskürə bilər...

Çox təəssüflər olsun ki, görüşmüz uzun çəkmədi və ayrıldıq...

 Elza xanım həmişə fikrimdə yüksək mədəniyyətli bir xanım kimi qalıb. Sonralar onun sosial şəbəkələrdə şerlərini dinləməli oldum və anladım ki, bu xanım, Azərbaycana ilk Sürrealizm ədəbiyyatı gətirəcək. Belə də oldu.

İndi Elza Seyidcahanı Azərbaycan Sürrealizm ədəbiyyatının banisi adlandırmaq olar. Bizim onu anlamağımıza deyəsən, illər lazım gələcək...

Onu TV-lərdə ələ salıb gülən aparıcılara baxanda isə Mirzə Cəlilin "Dəli Yığıncağı" tamaşası yadıma düşür...

Gəlin, istedadlılara düşmən kəsilməyin. Məsəl var deyərlər: Kamillə daş da daşı, cahillə bal da yemə! Biraz kamil olmaqda qayda var...

Elza Seyidcahan qeyri-adi istedada malik yaradıcı Azərbaycan qızıdır. İstəsəniz də belədi, istəməsəniz də”, - deyə Elman Mustafazadə vurğulayıb.

***

Qeyd edək ki, Sürrealizmə qəribəlik, irrosionallıq, standartlara cavab verməmək xarakterikdir.

 XX əsrdə  Avropa avanqardının sonuncu cərəyanı olan sürrealizm simvolizmin, ekspressionizmin və dadaizmin təsiri altında təşəkkül tapmışdır. Və 1924-1940-cı illərə təsadüf edir. Bu cərəyan  psixoanaliz elminin banisi, milliyyətcə yəhudi olan Ziqmund Freydin konsepsiyası, irrasionalizm və aloqizmə istinad edir və subyektivizmin qatı formalarının tərənnümçüsüdür. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. 

 Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, fantastik yuxuları, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər. Bu cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq, əsas məqsədi instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır. Sürrealizmin banilərindən birinin fikrincə "ruhi xəstələr əsil sürrealistlərdir".

Yazıçılardan G.Appoliner ("sürrealizm" terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar. 

1920-ci illərdə bir çox incəsənət insanları kimi bəstəkarlar da Sürrealizmin təsirinə düşmüşdülər. Onlardan Bohuslav Martinü, Andre Souris və Edqard Varese misal çəkmək olar. Fransız qrupu "Les Six"in üzvü Germaine Tailleferre Surrealizmin təsiri ilə 1948 Ballet Paris-Magie də daxil olmaqla bir neçə əsər yazdı. Tailleferre həm də Klaude Marcinin şerlərinə gözəl pop musiqilər bəstələyirdi. Surrealizm özünü jazz və blyuz musiqilərinin improvizasiyasında da göstərirdi. 1976-ci ildə Dünya Sürrealist Sərgisində musiqiçi Honeyboy Edvards çıxış edirdi.

 

Y.MƏMMƏDLİ