Meksikada keçmiş qubernatora qarşı məhkəmədə qalib gələn jurnalist güllələnib.

“Sol de Tijuana” qəzetinin məlumatına görə,  Aşağı Kaliforniya ştatının keçmiş qubernatoruna qarşı məhkəmədə qalib gəldiyini elan edən meksikalı jurnalist Lurdes Maldonado Tixuanadakı evinin yaxınlığında güllələnib. Bazar günü jurnalist qadının cansız bədəni aşkarlanıb.

İlkin məlumata görə, qadına silahlı hücum edilib. Belə ki, o, avtomobillə evinə gələndə naməlum şəxslər tərəfindən başından güllələnib.

Ötən həftə Maldonado bəyan edib ki, 9 illik məhkəmə çəkişməsindən sonra o, əvvəllər işlədiyi -  Primer Sistema de Noticias (PSN) şirkəti olan Aşağı Kaliforniyanın keçmiş qubernatoru Hayme Bonilyi Valdesə qarşı əmək iddiasını qazanıb. Bundan əlavə, o, keçmiş əyalət baş prokuroru Guillermo Ruisa Hernandesi - Valdesin vəkilini vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə ittiham edərək məhkəməyə verib.

Məqalədə deyilir ki, 2019-cu ildə ölkə prezidenti Andres Manuel Lopez Obradorun mətbuat konfransında jurnalist  Valdesə qarşı məhkəmə işindən danışıb və həyatı üçün qorxduğunu bildirib. O, 2021-ci ildən etibarən federal hökumətin himayəsində olub.

Qeyd edək  ki, Maldonado son bir həftədə Aşağı Kaliforniyada öldürülən ikinci jurnalistdir. Daha əvvəl naməlum şəxslər Tixuanadakı evinin astanasında cinayət xronikasının müxbiri Marqarito Martinesi güllələyərək öldürüblər.

2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb ki, bu da dünyada ən yüksək rəqəmdir.

Xatırladaq ki, təkcə ötən il xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib. UNESKO-nun hesablamalarına görə, ötən il qadın jurnalistlərin, təxminən dörddə üçü onlayn təzyiqlərlə üzləşiblər. 2021-ci ildə öldürülən qadın jurnalistlərin üçdə ikisi müharibə olmayan ölkələrdə qətlə yetiriliblər.

Həmçinin ötən il jurnalist qətliamları ən çox Asiya-Sakit okean regionunda (23 jurnalist) və Latın Amerikası, Karib hövzəsində (14 jurnalist) baş verib. Beləliklə, 2021-ci ildə dünyada 55 jurnalist və media işçisi öldürülüb.

BMT-nin məlumatına görə,  2006-cı ildən dünyada hər 10 jurnalist qətlindən 9-nun üstü hələ də açılmayıb...

Xatırladaq ki, ötən il xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində həlak olan üç nəfərdən ikisi media nümayəndələri olub -  AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov.

YASƏMƏN MƏMMƏDLİ

 


GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA