booked.netbooked.net booked.net  

Amma Azərbaycanda deyil, Özbəkistanda…

Səmərqənd vilayətinin hakimi (rəhbəri – red.) Erkinjon Turdimov tənqidi materiallar hazırlayan jurnalistləri, blogerləri və fəalları maddi cəhətdən həvəsləndirməyi planlaşdırır. Ödəniş mənbələri vəzifələrini vicdanla yerinə yetirməyən dövlət qulluqçularından toplanan cərimələr olacaq.

Vilayət rəhbərinin açıqlamasını zarnews.uz saytı yayıb.

“Fevralın 15-dən blogerləri, jurnalistləri, ictimaiyyət nümayəndələrini – bizə “mənfi” gətirənlərin hamısını mükafatlandıracağıq. Onlar üçün ayrıca vəsait tapacam. Bizim üçün heç bir fərqi yoxdur, hətta bir nəfər küçədən “neqativ” gətirsə belə. Əgər şəkil çəkdisə və yoxlamamız zamanı bu fakt təsdiqlənsə, o zaman həmin şəxsə pul verəcəyik”, - deyə Erkinjon Turdimov bəyan edib.

 

Hakim onu ​​da açıqlayıb ki, böyük həcmli materiala görə daha çox, kiçik materiala isə daha az pul ödəyəcəklər. Erkinjon Turdimovun sözlərinə görə, bu, ilk növbədə əhalinin xeyrinə həyata keçirilir.

“Məsələn, məlum olsa ki, qəssab (sanitariya nəzarətindən keçmədən) ət satır, SES-in məsul işçisi məsuliyyətə cəlb olunacaq, işdən çıxarılacaq, qəssabın özünü isə rüsvay edəcəm. Mən onu məhkəməyə verib bir il ət satmaq hüququndan məhrum edəcəm. Əgər baytarlıq şöbəsinin və ya laboratoriyanın əməkdaşı (laboratoriyanı yoxlamadan ətin üzərinə) möhür vursa, mən bütün dünyada biabır edəcəm”, - deyə Erkinjon Turdimov bildirib.

Qeyd edək ki, hakim hər həftə dövlət büdcəsi hesabına tənqidçiləri həvəsləndirmək niyyətindədir.

Vilayət rəhbərinin sözlərinə görə, büdcədən maaş alan istər dövlət qulluqçusu, istər  məhəllə sədri, rayon polis işçisi və ya hakimin köməkçisi, istərsə də baytar, laboratoriya işçisi olsun, işində səhvə yol verənlər əmək haqqının 30%-dən 40%-ə qədər cərimə olunacaqlar.

“Bütün bu cərimələr büdcəyə daxil olacaq. Bu qənaət edilən puldan da  (jurnalistlərə, blogerlərə və fəallara) mükafatlar verəcəyik”, - deyə Erkinjon Turdimov vurğulayıb.

Nə deyək, sağ əli tənqidçi jurnalistləri məhkəməyə verən və cəzalandıran məmurlarımızın, milyonları xarici ölkələrə daşıdıqlarını tənqid etdikləri üçün adlarına “satqın, xarici xidmət orqanlarına işləyən, fırıldaqçı, reket"  damğası vuran biznesmen – deputat Cavanşir Feyziyev kimilərinin başına.

YASƏMƏN MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN