booked.netbooked.net booked.net  

Deputat Etibar Əliyevin 3 gün əvvəl paylaşdığı bu statusdan yəqinki xəbərdarsınız...

Sitat: “Azərbaycan Milli Ensiklopediyasının cildlərinin plagiat, savadsız, biabırçı, təcrübəsiz səviyyədə çıxmasında əsas səbəbkarlardan biri 2004-2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini olmuş Famil Mustafayevdir. Famil Mustafayev bu işin əlifbasını bilmədən prosesə qoşulmaqla xalqımıza zərbə vurmağı üzərinə götürənlərdən biri oldu. Ensiklopediyada baş verən saxtakarlıqlarla bağlı hüquq mühafizə orqanları işə başlamalıdır. Famil Mustafayevin müavin olduğu dövrdə saxtakarlıqlara yol verməsi onun Ali Attestasiya Komissiyası kimi vəzifəyə yüksəlməsinə səbəb olmamalı idi. Ramiz Mehdiyevin istəklərindən biri Ölkənin Bilik kitabına (Ensiklopediyaya) zərbə vurmaq idi. Mehdiyev elmə və ensiklopediyaya vurmaq istədiyi zərbəni Famil kimi adamların əli ilə etdi. Ensiklopediyaya edilən xəyanətə qarşı bütün polemikalara hazıram”.

 Tezadlar.az yazandan, başa salandan sonra iki gündə statusunu 3 dəfə dəyişən, dünən Prezidentin redaksiya heyətinin sədri olduğu Ensiklopediyanı plagiat... adlandıran deputat qorxuya düşüb bu gün Prezidentin 4 il əvvəlki seçkisini elə tərifləyir ki., gəl görəsən: Sitat: (Fotosu təqdim edilir. 4cü statusdur ki, dəyişir):

*** 

Bunlar isə əvvəlki 3 status:

***

Beləliklə, 4 gündə mövqeyini-statusunu 4 dəfə dəyişən deputatı tanıyın! Deməli, düşünüb danışmaq lazımdır, danışıb sonra düşünmək gec olur, güc olur...

"Təzadlar"

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN