HƏYAT TƏRZİ https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle.html Thu, 28 Mar 2024 18:56:24 +0000 Joomla! - Open Source Content Management en-gb PASSİVLİK NİYƏ SAĞLAM HƏYATIN DÜŞMƏNİDİR? https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/17009-muasir-dovrd-n-boyuk-probleml-rd-n-biri-fiziki-passivlikdir.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/17009-muasir-dovrd-n-boyuk-probleml-rd-n-biri-fiziki-passivlikdir.html

6 aprel  Ümumdünya Fiziki Aktivlik Günüdür...

]]>
Həyat Tərzi Wed, 05 Apr 2023 04:32:40 +0000
BU DA BAKININ SULU QARI VƏ YAĞIŞI https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/16784-bu-da-bakinin-sulu-qari-v-yagisi.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/16784-bu-da-bakinin-sulu-qari-v-yagisi.html

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

]]>
Həyat Tərzi Tue, 28 Mar 2023 11:03:19 +0000
HOMOSEKSUALLIQ XƏSTƏLİKDİRMİ?- "TƏZADLAR"IN XÜSUSİ MÜXBİRİ İNDONEZİYADAN YAZIR https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/15956-homoseksualliq-x-st-li-kdi-rmi-t-zadlar-in-xususi-muxbi-ri-i-ndonezi-yadan-yazir.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/15956-homoseksualliq-x-st-li-kdi-rmi-t-zadlar-in-xususi-muxbi-ri-i-ndonezi-yadan-yazir.html

 ...Homoseksualizm müdafiəçilərinin bu azğınlığı normal göstərmək üçün irəli sürdükləri ən məşhur iddiaları guya hormonal pozğunluqdur.

]]>
Həyat Tərzi Wed, 22 Feb 2023 03:15:59 +0000
HALALLIQ https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/15349-halalliq.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/15349-halalliq.html

Qüdrət Əliyev (Tat Qüdrət)

(Elegiya)

Bağımın gülü ibtidai sinif müəllimi idi. Dörd əməli öyrənər, öyrədərdi. Amma evdə "çıxma əməlinə" qısqancdı. Qismətə inam gətirib, "olana bərəkət" deyər, izafi xərclərdən qaçardı.

Şəhərdə evimiz vardı. Xeyirxah adamların əməli məsləhəti ilə İsnovda da evimiz oldu. Sumqayıt müəllimi daldalanmadı, torpaqla ünsiyyət qurdu. Nəxşələndi əlində pöhrələr. Bər-bəhər oldu irili-xırdalı qönçələr. Güldü noxud xırmanı, ənbizləndi zəmidən gələn buğda, dərilmiş mer-meyvə. Sıralandı həyətdə arı pətəkləri. Evdə bal küpələri itirmədi torpaq Anaxanımın zəhmətini, halallıq dirilik gətirdi. Bəhrə özümüzə yetdi, "pay-püşə" də çatdı. Maşınlı olduq. Biz də ötdük enişli-yoxuşlu dolanbac döngələri. Paxıllıq bilmədi o. Kimsədən küsmədi, kimsəyə küsəmmədi.

Gün gəldi, gün keçdi, ötən şagirdlərinə olan sevgisini nəvə-nəticəsində tapdı. El-elat qızı, analar anası Anaxanım, əbədi rəhmət!

]]>
Həyat Tərzi Mon, 30 Jan 2023 06:34:41 +0000
BİR DAHA ÜMUMTÜRK ƏDƏBİ DİLİ HAQQINDA HƏYƏCANLI MÖVQE https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8827-bir-daha-umumturk-d-bi-dili-haqqinda-h-y-canli-movqe.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8827-bir-daha-umumturk-d-bi-dili-haqqinda-h-y-canli-movqe.html

Şapur QASİMİ, politoloq

...Sovet dövlətinin dağılıb SSRİ tərkibindəki türk respublikalarının şərti azadlığa çıxmasından sonra bu respublikaların basqa türk ölkələri ilə müqayisədə daha güclü, dayanıqlı dövlət olan Türkiyə ilə müəyyən siyasi, iqtisadi, mədəni və hətta müəyyən hərbi elementləri olan ikitərəfli əlaqələrin qu-rulması baş verdi. Xüsusilə “türksoy” təskilatının ardlnca Türk dövlətləri təşkilatının yaradılması milli birlik şüarları ilə Azərbaycan-Türkiyə əlaqələri isə, hətta “bir millət, iki dövlət” şüarı ilə müşayiət olunur.

Mən siyasi şüarların səsləndirilməsinin əleyhinə deyiləm, lakin bu şüarlar reallığı əks etdirməli və bu şüarların mahiyyətinə uyğun əməli tədbirlər həyata keçirilməlidir, bütün milləti düzgün inkişaf yoluna istiqamətləndirməlidir. Təcrübədə isə bunun tamamilə əksi baş verir.

Şüarlar şüar xatirinə, kütləni vəcdə gətirib ələ almaq xatirinə səsləndirilir, reallıqda isə bu şüarların məzmunu tamam basqa hal alır. Bundan basqa, türk xalqlarının, türk dövlətlərinin hər hansı bir mə-sələdə həmrəyliyi belə milli birlik kimi qələmə verilir. Milli birlik isə milli həmrəylikdən tamamilə fərqlidir. Milli birlik istər bir dövlət daxilində, istərsə də müxtəlif dövlətlərin ərazilərində yaşayan insanların dil birliyidir və bu dil birliyi milli birlik anlayışından basqa heç bir şeyi ifadə etmir. Belə ki, hər bir insanın milliyyətini, yəni onun hansı millətə mənsubluğunu müəyyən edən əsas həlledici və dəyisməz şərti onun dilidir. Bu məsələdə insanların, hətta irqi, əqidəsi, adəti və s. belə heç bir önəmli rol oynamır. Müxtəlif irqə, əqidəyə, adətə və s. mənsub olan insanların dili birdirsə, deməli onlar eyni millətə mənsubdurlar. “Bir millət, iki dövlət” şüarı da digər şüarlar kimi siyasətbazların əlində məshur lətifədə deyildiyi kimi, “sarımsaq qatığa” çevrilib. Belə ki, Türkiyə və Azərbaycan türkünün eyni millətə mənsubluğu aksioma olsa da bu günə türk iki yox, altı dövlətdir. Əsas prob-lem isə türk millətinin birliyinin, yəni bütövlüyünün nə dərəcədə hansı səviyyədə olmasıdır.

Türkün isə yeganə çıxış yolu onun milli birliyinin yaranmasındadır...

Türk xalqlarının min illər boyu parçalanmış halda, dilinin inkişafı həm də əsarətində olduğu hakim millətlərin sözlərinin türk dilində özünə yer alması nəinki eyni soydan, hətta eyni boydan olan türk insanların bir biri ilə anlasmasında böyük çətinliklər yaradır. Buna onların yüzilliklər ərzində məc-buri halda müxtəlif əlifbalardan və fərqli qrammatikadan istifadə etməyə sövq edilməsi, eləcə də ayrı- ayrı ərazilərdə yaşayan türklərin müxtəlif ləhcə və şivəyə sahib olması məsələnin həllini kifa-yət qədər mürəkkəbləsdirir. İki və daha çox türk dövlətləri arasında çox sıx iqtisadi, siyasi və s. əlaqələri qurmaq, hətta Avropa ittifaqı tipli birlik də yaratmaq olar. Bütün hallarda bunların hamısı mexaniki birliklər olacaq və onların yaranması dünyada baş verən iqtisadi, siyasi proseslərdən xüsu-silə iri və güclü dövlətlərin maraqlarından asılı olaraq yaranan situasiyalardan birbaşa qaynaqlanan məsələlərdir. Həm də bu birliklərin kökündə real milli birlik yoxdursa bu birləsmələr bünövrəsiz evdən basqa heç nə olmayacaq. Milli birliyin yaranması isə mexaniki deyil, üzvü bir prosesdir.

Nə qədər ki, millət bütövləsməyib onun dövlətləri də bütövləşə bilməyərək qalacaq. Nəticədə isə türkün bu gün əsarətdə olan önəmli bir hissəsi basqa güclü millətlər tərəfindən assimilyasiya edilə-rək torpağı da mənimsənilərək az-çox azad sayıla biləcək altı dövlətin də problemləri azalmaq əvə-zinə artaraq 

xəritədən silinməyə gedib millətin ikinci latın millətinə çevrilməsi təhlükəsi çox real olacaq. Məsələn, türk torpağının çox böyük və zəngin hissəsini zəbt edən Rusiya Qarabağı da Azərbaycandan alıb erməniyə verib. Türk Rusdan zəif olduğundan Qarabağın dağlıq torpaqlarının heç bir hissəsini Rusiyadan ala bilmir. Fərz edək ki, sabah Rusiya zəiflədi, cılızlasdı. Yenə də biz nə özümüzü müdafiə edə biləcəyik, nədə ki, torpaqlarımızı qaytara biləcəyik. Çünki zəifləyən Ru-siyanın yerini güclü ABŞ tutacaq. ABŞ zəifləsə onun yerini güclü Çin tutacaq. Türkün isə yeganə çıxış yolu onun milli birliyinin yaranmasındadır. Bu baxımdan ümumtürk ədəbi dilinin yaradılması türk milli varlığının, milli mövcudluğunun və vəhdətinin özəl strateji amilidir.

Bir müddət öncə Bakıda keçirilən tədbirlərin birində Qazaxıstan nümayəndəsi öz çıxışının sonunda qazax türkcəsində bir şüar dedi və buna heç kim reaksiya vermədi. O bunu başa düşüb şüarı rus dilində təkrarlayan kimi salonu gurultulu alqıslar bürüdü. Bu ümumtürk ədəbi dilinin yaranmasının və tətbiqinin zəruri olduğunu çox aydın göstərir. Milli həmrəyliyə gəldikdə isə hər hansı eyni bir hadisə, prosses, məsələ və sairəyə eyni millətdən olan insanların eyni münasibət sərgiləməsdir.

Mən ümumtürk ədəbi dilinin yaradılması zərurəti ilə əlaqədar 08.09.2001-ci il tarixdə “525-ci qə-zet”də qısa da olsa fikirlərimi bölüşdürmüşdüm. İkinci dəfə bu mövzuya qayıtmağıma bir neçə amil səbəb oldu. Bunlardan biri yazıçı Anarın öz müsahibələrinin birində məyusluqla ümumi türk dilinin yaradılmasının mümkün olmadığını dilə gətirməsi oldu. Dilçi alimlər bu günə 28 türk dialektinin mövcud olduğunu qəbul edirlər. Bu dialektlər vahid istiqamətdə inkişaf etmədiyindən və yad sözlərlə tanınmaz, dərkedilməz dərəcədə bir-birinə yadlasdırılmısdır. Öz müsahibəsində Anar fikrini açıqlamadığından onda belə bir təəssuratın Qazaxıstan nümayəndəsinin çıxışındakı kimi hallardan formalasdığını, yaxud bütün dünya türklərinin vahid türk dilinin yaradılmasının mümkün olmadığını nəzərdə tutduğunu bilmirəm. Bu müsahibə sıravi bir kəsə məxsus olsaydı buna heç əhəmiyyət də verməmək olardı. Anar isə cəmiyyətdə qəbul olunan ağır çəkili ziyalılardandır. Belə ziyalıların bir cümləsi bəzi məsələlərdə cəmiyyətin inam və iradəsini qırmaq gücünə malikdir. Buna görə də onların xüsusilə belə mühüm məsələlərdə fikirlərini sonadək tam açıqlamaması və yaxud mətbuatın onların fikrini qayçılayıb kontekstindən çıxararaq yayılması cəmiyyətdə olan problem və proseslər haqqında ictimai şüurda sağlam olmayan qeyri obyektiv təsəvvürlərin formalasmasına səbəb ola bilər.

Digər amil isə Cənubi Azərbaycanlı vətənpərvər bir gəncin türk dilinin qadağan olunduğu Cənubi Azərbaycanda özünün həbsi təhlükəsinə baxmayaraq soydaslarına Azərbaycan türkcəsini öyrətmək cəhdləri və bu isdə Cənubi Azərbaycan türklərinin dilində həddən artıq fars sözlərinin oturusması səbəbindən hazırda Şimali Azərbaycanda istifadə olunan qrammatikanın yararsız olduğundan giley-lənərək sonda çox maraqlı və dəhşətli bir təkliflə çıxış edir. Təklif bundan ibarətdir ki. Cənubi Azərbaycanda Azərbaycan türkcəsinin tədris etmək üçün basqa bir qrammatika tərtib və tətbiq et-mək lazımdır! Bu fakt da Tehranın fars və xüsusilə molla rejiminin 97 ildən bəri bu gün İran adlanan coğrafiyada öz milli torpaqlarında yaşayan təkcə Cənubi Azərbaycan türklərini deyil, eləcə də ümumilikdə 52,2 milyondan çox olan Türkmən, Kəngər, Qaşqay, Əfşar və s. türkləri doğma toraqlarından didərgin salması ciddi məsələdir. Və türklərin  dilini, mədəniyyətini, tədrisini, yeni doğulan uşaqlara türk adlarının qoyulmasını, hətta uşaqlara orta məktəbdə öz aralarında doğma türk dilində danışmağı qadağan etməklə, türk milli ərazilərində süni şəkildə iqtisadi, ekoloji fəlakət vəziyyətləri yaratmaqla, öz milli haqqlarını ölkə konstitusiyasında nəzərdə tutulan həddə, dinc yolla tələb edən türkləri cavanlı-qocalı, kişili-qadınlı edam etdirmək, sürgünə göndərmək, illərlə zindanlarda  

çürütmək vasitəsilə bu ölkədə türk milli mənliyini məhv etmək üçün dünya tarixində görünməyən vəhşiliklər etməsinə beynəlxalq təşkilatların susması faciədir. Dünyanın iri dövlətlərinin, hətta türk dövlətlərinin müxtəlif səbəblərdən fars rejiminin bu əməllərinə bu günədək göz yumması bu coğrafiyada türk mənliyinin mövcudluğunu hansı fəlakətli vəziyyətə gətirib çatdırdığını əyani şəkildə nümayiş etdirir.

Bu vətənpərvər və millətini sonsuz bir məhəbbətlə sevən bir gəncin özü də bunu anlamadan türk düşməninin Azərbaycan türkünü millət olaraq parçalamaqdan ötrü ağlına gələ bilməyən qorxulu bir təklif irəli sürür. Bu təklifdən dəhşətə gəlməmək mümkün deyil. Ona görə ki, yüz ilə yaxın bir müddətdə türk dilinin, ədəbiyyatının, mədəniyyətinin vəhşicəsinə çox sərt və qəti qadağan edildiyi Cənubi Azərbaycanda türklərin xüsusi amansızlıqla assimilyasiyaya məruz qoyulmasının millət üçün son dərəcədə təhlükəli həddə çatdığını sübut edir. Bu çox böyük həyəcan zəngidir. Bu fakta biga-nə qalmaq olmaz. Üstəlik belə bir qrammatika bu gün Cənubi Azərbaycanda tətbiq edilərsə bir müddət sonra Azərbaycanın bütövlüyündən danısmaq belə mümkün olmaz. Bunun qarşısını almaq üçün basda Azərbaycan Respublikası olmaqla bütün türk dövlətlərinin beynəlxalq təskilatlar vasitəsi ilə Cənubi Azərbaycan türklərinə dil azadlığı və milli-mədəni muxtariyyət verilməsi məsələsində fars rejiminə bütün mümkün vasitələrlə təzyiq göstərməsi çox zəruridir...

“Torpağı işğaldan azad etsək də, zehnimiz hələ də ərəbin işğalındadır”

...Bir sıra ziyalılar bu günə mövcud olan Türkiyə türkcəsini ümumtürk ədəbi dili olaraq qəbul edilib öyrənilməsi fikrini irəli sürürlər. Məsələ bundadır ki, o da başqa türk dialektləri kimi ərəb, fars, rus, avropa millətlərinin sözləri ilə doludur.  Bundan başqa, hətta bu halda belə Türkiyə türkcəsi dünyanın zəngin dilləri ilə müqayisədə həddən artıq kasad söz fonduna malikdir. Türkiyə türkcəsi ümumtürk dili olaraq qəbul ediləcəyi halda biz başqa türk dialektlərində olub, ümumtürk ədəbi dilini dünyanın 2-3 zəngin və mükəmməl dilindən birinə çevirə biləcək doğma türk sözlərini əbədi itirmiş olacağıq. 13 əsrdən çoxdur ki, - “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” - deyənNəsiminin reallığı əks etdirən fəlsəfəsinə arxa çevirib, gənc şair İbrahim Xudai demişkən, - “Torpağı işğaldan azad etsək də, zehnimiz ərəbin işğalındadır”.

Doğrudanmı biz o qədər şüursuz millətikmi ərəbin, farsın milli mənafeinə qulluq edən nağılların quluna çevrilib bu günkü acınacaqlı duruma düşdüyümüz kimi, yad millətlərin sözlərinin (oxu, dilinin) inkişafına xidmət edə-edə öz milli mənliyimizi itirməliyik? Bu amillər gec-tez bizi tez bir zamanda bütün türk dialektlərində olan türk sözlərini toplayıb zəngin və mükəmməl ümumtürk dili yaratmaq zərurəti qarşısında qoyacaq.

Əvvəlcə Türkiyə türkcəsini sonradan yeni yaradılacaq ümumtürk ədəbi dilini akademik səviyyədə mənimsəyərək tətbiq etdikdə isə, təkcə monolit milli birliyin yaranıb cilalanması və elmi inkişaf prossesində deyil, bütün istiqamətlər üzrə inkişaf prossesində ikiqat zaman itirəcəyik. Təkcə Azərbaycan türkləri 20-ci əsrdə ərəb, latın, kiril, yenidən latın əlifbasına keçməklə inkişaf prossesində böyük itkilərə məruz qalmışlar. Bu itkilərin hamısının miqdar və dəyərini konkret ölçülərdə hesablamaq texniki cəhətdən mümkün olmasa da, məntiqlə bu itkilərin həcminin çox böyük olduğu aydın görünür.

Digər bir məsələ də var ki, bütün aparıcı türk dili mütəxəssiləri türk xalqlarının mövcud dillərini iki qrupa bölərək iki zəngin və möhtəşəm türk ədəbi dilinin yaradılması imkanını təsdiq və qəbul edir. Bu qruplardan biri Türkiyə, Şimallı- Cənublu Azərbaycan, Türkmənistan, Özbəkistan, Uyqurlar, Qaqauzlar və sairlərdir. Digər qrupa isə Qazaxıstan, Altay, Kalmık, Sibir türkləri və s. daxildir.

(Davamı var)

]]>
Həyat Tərzi Tue, 24 May 2022 08:43:01 +0000
ANLAYIŞ İÇTİMAİLƏŞMƏLİDİR https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8356-anlayis-ictimail-sm-lidir.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8356-anlayis-ictimail-sm-lidir.html

Nizami Süleymanoğlu

Azərbaycanın fərqli strukturlarındakı məmurların xeylisi dövlətə, xalqa qarşı əsl fəlakət yaradıcılarıdır

QANI QANIMDANDIR, CANI CANIMDAN,

İÇİ QAN AĞLAYAN ƏZİZ MİLLƏTİN.

SIZLARTI SƏNGİMİR HEÇ VİCDANIMDAN,

XƏBƏRİ YOX BİZDƏN BƏŞƏRİYYƏTİN.

... Sözə çevrilməyib dilə gətirilməyən sıxışmış duyğular insanda fərqli travmalar, zədələr yaradır. Ona görə də neqativləri yönləndirən istiqamətlərə qaytarmaq şərtdir. Qaytarılmasa, insanın üzərində qalaqlanacaq, enerjisinə mənfi təsir göstərəcək. Önəmli olan başa gələnlər deyil, onlara verilən reaksiyalardır. İstər müsbət, istər mənfi olsun bütün hadisələr arasında əlaqələr olur. Kainat ümumi sistemdir. Neqativlərin, mənfiliklərin qarşısından qaçmaqla onlardan yaxa qurtarmaq olmaz. Əksinə, neqativlər uyğun cavablanmasa, özünü böyüdən qorxular başa gələcək. Niyə? Çünki insan istər-istəməz qorxduğunu ağlında tutmuş olaraq, qorxunu cəzb etmiş olacaq. Qorxu elə bir duyğudur ki, qorxulanı yaradır. Xətaları, günahları, neqativləri hər hansı formada sahiblərinə, yönəldilən ünvanlara qaytarmayanlar onları daşımağa məhkum edilir.

... DURUM, VƏZİYYƏT ANLADILMALIDIR Kİ, ANLAYIŞ İCTİMAİLƏŞSİN. Hələ də insan çoxluğu anlamır və ya anlamaq istəmir ki, dağa nə deyilirsə, əks-sədası da elə olur... Özünü tanıyan, OYANIQ INSANLAR başqasına edilən pisliyin öz üzərinə geri dönəcəyi hissinə və dərkinə sahib olub etməyənlərdir. Ancaq oyanıqlar bahalı daş-qaşlar kimi çox azdır. Dünyanın bir nömrəli problemidir ki, nadir istisnalarla insanlar insan olmaqdan, özü olmaqdan qorxur və qaçır. Bu da göstərir ki, dünya ədalət yeri deyil. Heyvanlar aləminin güclülük prinsipləri millətlərarası münasibətlərdə də təzahür edir. Bəşəriyyət cüzi istisnalarla qəlbini, ağlını, ruhunu doğru işlətmədiyinə görə özünə güvənə bilmir ki, fitrətən özü ola bilsin. Bu səbəbdən məcazi mənada cənnət dünyanın sakinləri əksəriyyətcə cəhənnəm həyatı yaşayır. Kapitalizm, sosializm və sair izmlər... indi də qlobalizm.SƏHNƏ HƏMİN SƏHNƏDİR, SADƏCƏ FƏRQLİ OYUNÇULARLA... Kimdir səbəbkar və ya günahkar. Bəşəri əksəriyyətin düşüncəsi ilə qlobalistlərmi? Xeyr! Dünyaya insan kimi doğulub, heyvan kimi yaşayan səkkiz milyardın yeddisidir... Əsla təhqir və ya ironiya etmirəm. Əvvəla, təhqir hissini xoşlamadığıma görə bu hissi nə idxal, nə də ixrac etmirəm, o məndə yoxdur. İkincisi, təhqir altında yaşamağa öyrəncəlilərin, vərdiş edənlərin durumunu, sözlə çəkilmiş fotoşəklini göstərmək təhqir deyil, faktdır. Üçüncüsü, analitik düşüncə bütün təsirlərin ötəsində, xaricindəki nəzərdir.

1995-Cİ İLDƏN 2019-a QƏDƏR Bakıda ata mənzilində yaşadım. 2019-un 30 avqustunda heç bir qanuni məhkəmə qərarı olmadan polis və icra məmuriyyəti gücü ilə ailəmizi şər-şantajla yaşadığımız mənzildən (Nəsimi icrası) çıxardılar. Nəinki bizə ev əşyalarımıza da divan tutuldu. İki gün ağ köynəyimə etiraz yazıb Bakı küçələrində gəzdim. Telekanal, sosial şəbəkələr, qəzetlər (biri istisna) heç biri dərdimizi demədi. Dörd ay ailədən ayrı bir zirzəmidə ölümcül xəstə kimi yaşadım. “Qaçqınkom”dan da heç bir yardım almadım. Söz verdikləri 3 otaqlı mənzili də... Nəhayət, vəd edilmiş evi mənzilimizdən çıxarılmadan öncə, verməyə qanunla borclu olan,hətta çıxarılmadan sonra vəd etdiklərini kiməsə verən sözügedən komitə bir il 300 manat kirayə pulunu aybaay ödədi. Son bir ildə isə kirayə pulundan 100 manat kəsib, 200 manat verdi. Biz də boğazımızdan kəsməyə məcbur olub kirayə haqqına 100 manat əlavə etdik. Neyləməli, uşaqlıqdan dərdi yeyə-yeyə böyüməyə vərdiş etdim ki, dərd başımı yeməsin.

Ancaq Azərbaycanın talançıları ən böyük dərddir. Millətin başını yeyir. On bir gündür kirayə pulumuzu ödəmirlər. Ev sahibi qapını döyür və ya zəng edir ki, qardaş ya kirayə pulunu verin, ya da evi tərk edin. Onu qınamıram, anlayıram. Yəni QARADAN ARTIQ RƏNG YOXDUR...

Əleyhinə çıxanlar hətta Allah göstərməsin düşmənə çevrilib nə qədər güclü olsalar da, insanın vicdanlı ailəsini qorumaq arzusu, niyyəti daha güclü olmalıdır. Bu arzu, niyyət elə üstün olmalıdır ki, insan hətta ölümünə də risk və cəsarət göstərə bilsin. Məqamına görə həm fiziki, həm də mənəvi... Ailəsi ac və ya qəsdən köməksiz, sosial müdafiədən məhrum hala salınan insan tərəddüdsüz bütün alternativ mübarizə vasitələrindən, üsullarından istifadə haqqı, hüququ daşıyır. İnsanın ailəsinin salındığı ağır vəziyyətdən xilas arzusu gerçəkləşməli, ya da o insan ölməlidir. Bu arzu qarşısında üçüncü yol olmur. Ailə maddi və psixoloji işkəncə içində təhlükədədirsə, insan bu təhlükədə sağ qalmağı deyil, probleminin həllini düşünməlidir.Bütün şanslar, ehtimallar, gümanlar dəyərləndirilməlidir. Lazim gələrsə, odun-alovun içinə atılıb yanmalıdır insan. Haqsızlıqla fədakarlıq, yalanla gerçəklik, qorxaqlıqla cəsarət arasındakı seçimdə bütün insanların siması bilinir. Ailəsinin çökməsinə dözən insan get-gedə mənəvi ölüyə çevrilmiş olar. Davranışını dəyişər, boşluğa düşər, mübarizə ruhu azalar, aqressivləşər və sairələr.

İnsanlar Vətən uğrunda nəyə görə fədakarlıq edir? Çünki Vətənin təhlükədə olduğunu anlayır, hətta ölüm bahasına xalqının mənafeyini qoruyur. Bilir ki, onun ailəsi, yaxınları, nəsli, davamçıları da bu xalqdandır. Buna görə gələcək naminə ölüm riskinə gedir oğullar. Bəs sonra?

Bir haşiyə.

NUH PEYĞƏMBƏR tufan öncəsi gəmi düzəldir. Ətrafdakı insanlar gəminin içini təhqiramiz halda nəcisləri ilə batırır. Hətta gəminin divarlarına, görünən hər yerinə murdarlıqlarını yaxırlar. HƏR ŞEYİ GÖRÜB, BİLƏN QÜDRƏT SAHİBİ onların arasında elə bir xəstəlik yaradır ki, sifətlərindəki yara-xoraların, içlərindəki xəstəliyin əlacı bağırsaqlarından boşaltdıqlarını gəmi döşəməsindən yığıb yemək və divarlarından qazıyıb sifətlərindəki yaralara sürtməklə olur...

BİZ HAMIMIZ yetərincə narahat zaman bilinməzliyində Azərbaycan gəmisinin sakinləriyik.TƏR-TƏR HADİSƏLƏRİNDƏ bu gəminin qoruyucuları olan ordu mənsublarının, Azərbaycan oğullarının başına dünyada misli olmayan DƏHŞƏTÜSTÜ İŞGƏNCƏLƏR AÇANLAR isə Nuh peyğəmbərin gəmisini murdarlayanlar qismindədir.Fırtınalı dəniz həmişə zibilləri sahilə qovar.

Nə isə... Problemlər onları həll etmək imkanından böyük olanda vəziyyət çox çətinləşir. İndi böyük problemlər bir yana adi kirayə haqqını ödəmək kimi bir məsələdə haqsızlıqla qarşılaşıram. Təbii ki, uzun mübarizə yolu keçənin mübarizədən başqa yolu olmur.

“Qaçqınkom”da kiməsə nifrət etmirəm. Bu komitədən ailəmizə qarşı yönələn mənəvi, psixoloji, maddi işgəncə üslubuna nifrət edirəm. Qaçqınlardan deyil, qaçqın sözündən zəhləm gedir. Bu damğa fərqli assosiasiya yaradır ruhumda. Hiylə, daxili, xarici xəyanət, düşmənçiliklə qaçqınlaşdı qarabağlılar. Üstün örtüb yumşaq ifadə ilə köçkün deyirlər. “Qaçqınkom” insafən əvvəlki sədrin talançılığından sonra yenisinin gəlişi ilə xeyli iş görüb. 

Ancaq bizim ailə haqlarımıza zidd olan hərəkətlər şər mərkəzli görünür nəzərimdə. Əcaibdir, düşmənçilik edən ölkələrə balanslaşdırma siyasəti aparan ölkənin icra strukturu polis gücünə ailəmizi halal ata mənzilindən şər-şantajla çıxartsın, bu azmış kimi bu ölkənin “Qaçqınkom”u da zülmü davam və inkişaf etdirsin. Əcaib deyilmi?İndi mən bu balanslaşdırma siyasəti aparan ölkədə ailə balansımı necə təmin edim? “Qaçqınkom” anlamalıdır ki, mənim ev, kirayə məsələsindən, problemindən qaçmaq şansım yoxdur. Və əsas odur ki, “Qaçqınkom” da sözündən, vədindən qaçmasın. Onsuz da, Azərbaycanın fərqli strukturlarındakı məmurların xeylisi dövlətə, xalqa qarşı əsl fəlakət yaradıcılarıdır. Bunu mən demirəm, bütün dünyaya yayılan sosial şəbəkə dalğaları deyir. Sayqısızlıq eləmək fikrim yoxdur. Ancaq sayqısızlığı qəbul etmək fikrim də yox. Ən azı ev kirayəm ödənməlidir, həm də doğru-düzgün. Kimlərinsə xətalarını eşələmək deyil, vəziyyəti xilas etmək məcburiyyətindəyəm. Xətalara gələndə təbii ki, mən də süddən çıxan ağ qaşıq deyiləm. Biz xətalarımızla insanıq.

“Qaçqınkom”da son üç il nələri seyr eylədim?

Misralayıb hikməti, mənanı şeir eylədim.

 

“Qaçqınkom”dan yazmağa mənəvi ehtiyac var,

“Qaçqınkom”a ümidli gör nə qədər möhtac var.

 

Əsaslanıb mövzuda sənədlərə, faktlara,

Həqiqətlərdən gəldim məntiqi isnadlara.

 

Güvənib qanunlara, müqayisə, mənbəyə ,

Çoxillik təəssüratlar özü dil açsın deyə.

 

Ümidlər sərgiləyib, yurdsuzluq ovqatına,

Yeni nəzərlə baxdım qaçqınlıq həyatına.

 

Kim necə düşünürsə, sözsüz elədir özü,

Əsl şair deyərmi, bişirməmiş çiy sözü?

 

Dünya müsibətləri sınağa çəkir bizi,

Həm millət şəkilində, həm də bir-birimizi.

Düşünürəm ki, “Qaçqınkom”un qəlbimi son üç ildə əzməyi Allah xatirinə yetər! 2015-ci ildə “UZAQLARI YAXINDAN GÖRƏNLƏR”(yəhudilər) kitabımın 182-183-cü səhifəsindən bir parçanı təqdim edirəm ki,düşündürə bilim:

“İnanıram ki, bəşəriyyət zəlzələdən, ya vəlvələdən özünün artıq yükündən azad olacaq. Dünya xaosu, qarışıqlıq öncə dünya sularını bulandırıb, sonra duruldacaq. Hər şey ecazkar pulun və dəqiqiliklə tərtiblənmiş uzaqgörənliyin dünya hakimiyyətinə doğru irəliləyir. Bu proses öz yekununa yaxınlaşdıqca dünya əhalisi fərqli məhrumiyyətlərin, qırğınların, xəstəliklərin, təbii və sair fəlakətlərin  qurbanlarına çevriləcək. Bu öncəgörmə deyil, dünyanın idarəedilmə strategiyasındandır. Uzunmüddətli ardıcıllığı ilə qaçınılması mümkünsüz olacaq proses... Neynəməli? Zəlzələlərdə günahlı da, günahsız da ölür... Ağrıdıcıllıq isə daha çox uşaqların həlak olmalarıdır. Zəlzələlər qətiyyən Ali Qüvvənin ədalətsizliyi sayıla bilməz. Bu zəlzələlərdə, ümumən həyatda uşaqların ölümü Allahın ədalətli olduğunu təsdiqləmək üçün hansısa dünyanın, aləmin (Cənnətin) varlığını sübut edir. Hər şey Yaradanın nəzarətində davam edir və edəcək. İblis olmasaydı Allah yetərincə sevilməzdi. İblisə söyənlərin əksəriyyəti isə öncə özünə söyür. Çünki o çoxluğun içində əyləşib... Sübut: bugünkü gerçək dünya!”

P.S. Nə demək istəyirəm? Qlobalizmdir bu yazının müəllifi olaraq, qlobal mövzularda yazmağa meylliyəm. Mənə fərqli problemlər, maneələr, əngəllər yaradılıb enerjimin, zamanımın israf edilməsini heç istəmirəm. Dövlətə xidmət edənlər bilməlidir ki, dövlətlər də birbaşa ya dolayısı ilə qlobalizmə xidmət etməyə məhkumdur. Göründüyü kimi, bunu hələ 2015-ci ildə yazıda sitat gətirdiyim kitabda demişəm. Daha nə deyəsiyəm? Mən yalnız anlayışa sayqı duya bilərəm. Xaqımızın yolu açıq və işıqlı olsun!

Redaksiyadan: “Təzadlar”ın 25 illik istedadlı qələmlərindən Nizami Süleymanoğlunun mənzil problemi redaksiyamızın nəzarətində olacaq.

]]>
Həyat Tərzi Wed, 11 May 2022 06:26:32 +0000
GÜC NƏDİ, ONUNLA NECƏ RƏFTAR EDİRİK? https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8353-guc-n-dir-onunla-nec-r-ftar-edirik.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8353-guc-n-dir-onunla-nec-r-ftar-edirik.html

Məmmədxan Əzizxanlı, hüquqşünas

İnsan, aydınlanmadan güclənilməz...

Güc, nədir? Güc - hərəkətdə olan enerjidir. Hərəkətdə olmayan enerji isə potensial gücdür.

Güc - canlıda iki tərkibdən ibarətdir, birincisi - gücün təbiətən, yaranışdan, təkamüllə, fiziki enerji, hərəkət, potensial halında gendə olmaqla zorda ifadəsi - bu qaba güc adlanır.

İkincisi, ağılla beyində güc düşüncəsinin yaradılması, sosial təkamüllə formalaşması və sonradan hərəkətə, fiziki  enerji formasına çevrilməsinədək, yəni  fiziki formada ifadəsinədək -  yumşaq güc adlanır. Beləliklə, güc düşüncəsinin fiziki enerji formasına çevrilənədək sürəci - yumşaq güc, fiziki enerji formasına çevrildikdən sonrakı sürəci, yəni zorda ifadəsi - qaba güc adlanır.   

Güc necə formalaşır? Gücün mənşəcə  - fiziki hal və düşüncə formasından biri, o birini doğurur, tamamlayır, birinci olan, yaranan o birini, yəni ikincini  və əksinə doğurur, yaradır, tamamlayır və ağılın yönəltdiyi hədəfə aparır, yəni faydalı iş əmsalına çevirir. Güc yaşamaq və hədəfə çatma vasitəsidir, enerjisidir, yanacağıdır. Gücün birinci oluşan forması o birini doğurur, yaradır,  tamamlayır və ağılla hədəfə yönəldilir.

Güc - insanın faydalı (mənfi, yaxud müsbət xarakterli) iş əmsalında ifadə olunan enerjisidir. Gücün düşüncə və fiziki formaları qarşılıqlı, biri, o birini tamamlayıcı, orqanik əlaqədədirlər. Güc - yaşamdır, həyat enerjisidir.

Güc necə dəyişir? Güc - canlıda, təbii halda, təkamüllə, hüceyrədə maddələr mübadiləsinin (kimyəvi, fiziki sürəcinin) sonucu olaraq dəyişir,  genetik üsulla oluşur, nəsillikcə ötürülür, məşqlərlə, təlimlərlə, təkrarlanmaqla vərdişə çevrilir və vərdişə çevrilən uzun müddət davam etdikdə genə oturur, genə çevrilir, calaq və mutasiyayla şaxələndirilməklə dəyişir, inkişaf edir, yaxud hərəkətsizliklə öləziyir  və getdikcə gərəksizlikdən sıradan çıxır. Gücün bu ikili xarakteri bitkiyə də aiddir.

Güclü olmayan, yəni gücsüz, güclü olmaq  istədikdə, ağılla, tədbirlə, ortama, yəni şəraitə uyğun hərəkət  edərək əməli düşüncə - güc mərkəzi yaradır, onu inkişaf etdirərək şəbəkələndirir, böyük qüvvəyə çevrilməklə arzularını, istəklərini, məqsədini oluşdurur, yəni həyata keçirir. Formasından, iş üsulundan, adından  asılı olmayaraq  bütün düşüncə - güc  mərkəzləri bu yolu keçir. Yaradılan düşüncə -güc mərkəzi ortama uyğun olaraq aşkar, yaxud gizli, yəni  qlaflı, pərdəli ola və vəziyyətdən asılı olaraq şəklini dəyişə bilər. Güc mərkəzi uğur qazandıqda və xüsusilə gizli, yəni  qlaflı, pərdəli olduqda...  necəliyindən asılı olmayaraq məqsəd vasitəni, üsulu doğruldur... baxmayaraq görünəndə, yəni təcrübədə özünü qürurlu sayanlar buna getməyə və uduza da bilərlər...

Eynən, Şah İsmayıl Xətainin öz qabaqkı uğurlarına, yenilməzliyinə arxayın olaraq, düşmən toplarının dağıdıcı gücünü nəzərə almayaraq, 1514-cü ildə Çaldıran döyüşundə, döyüş öncəsi, öz qoşun başçılarının Osmanlı topçularına gecə basqını təklifindən: "Mən karvanbasan quldur deyiləm" deyə, əlverişli fürsətdən imtina etməsi kimi səhv cavabını verməsi, sonucda Səfəvi qoşununun  salamat  buraxılan düşmən toplarının öldürücü atəşilə pozğuna uğraması və bütün müharibıni uduzması kimi...

Güc necə idarə olunur?

Güc - dikinə, yaxud dikin əksinə, yəni üzüaşağı, yuxarıdan aşağı və düzünə, eninə, yəni  üfüqü formada, eynən insan anatomiyasına, fiziki qanunlara uyğun, sinirlər kimi idarə olunur.  Bu cür idarəçilik təkamüllə formalaşmış, öznü doğruldan, doğal, yəni təbii üsuldur.

Gücsüz yaşamaq olarmı?

Yox, gücsüz, enerjisiz yaşamaq olmaz, sadəcə materiya kimi mövcud olmaq olar. Gücün, enerjinin tükənməsi, bitməsilə canlıda, bitkidə ölüm aktı, parçalanma, dağılma, yəni geri sayım  baş verir və həyat əlamətləri itir, canlı başqa materiya formasına keçir. Yaşamaq istəyən güc, enerji əldə etməlidir.

Qaba gücmü, yoxsa yumşaq gücmü ötədir, üstündür, birincidir?

Hər iki güc forması ayrılıqda, yerinə, şəraitinə, həyatda qalma imkanlarına görə önə çıxa, daha gərəkli sayıla bilər. Hər iki güc forması gərəklidir, yerinə görə o birindən daha önəmlidir. Məsələn, ərəb işğalçılarına, yəni ərəb qaba gücünə  qarşı bərabər qaba güc, yəni əsgər, döyüşçü gücü çıxara bilməyən Perslər  döyüşdə yenilsələr də, lakin ərəb İslamı qarşısında öz Pers milli özəlliklərini qoruyub saxlamaq, yaşatmaq,  ərəb ümmətçiliyi içərisində tam əriməmək üçün, pers Salmanın başçılığı ilə, İslam dini, yəni ərəb yumşaq gücü içərisində Pers Şüubiyyəçiliyi təriqətini, yəni Şiəçiliyi yaratdılar. Perslər, pers yumşaq gücü olan Şiəçilik təriqəti vasitəsilə, o vaxt Ərəb Xilafətinin əsarətində olan, indi  İran adlandırdıqları Persiyada, nəinki öz milli özəlliklərini ərəb islam ümmətçiliyində əriməkdən qoruya bildilər, həm də Persiyada  bütün başqa xalqları, o cümlədən  min ilədək hakim olan Türkləri şiəçilik (oxu,pers İslamı) vasitəsilə persləşdirib, indi isə farslaşdırıb  özəlləşdirdilər, yəni assmilyasiya etdilər, nəhayət  şərait yarandığı 1925-ci ildə öz Pers-Fars Milli Dövlətlərini qurdular. Bu gün İran necəliyindən asılı olmayaraq  fars özəlliklərini yaşadan Fars Dövlətidir. Başqa sözlə, İran İslam Respublikası fars yumşaq gücü olan Şiəçiliyin uğuru, göstəricisidir.

Perslər, məhz, geriçi ərəb-pers-İslam yumşaq gücü vasitəsilə, çox hiyləgərcəsinə, saya, Pers yumşaq gücünün, yəni Şiəçiliyin qarşısıalınmaz qaba gücə çevriləcəyini qanmayacaq qədər dayaz, ağlı az, başsız böyüklərimizin beynini yumaqla, mirzəliyini etdikləri Türk iqtidarlarının qılığına girməklə, öz dillərini işlək dəftərxana, şeir, ədəbiyyat dili etməklə, hətta ona  dövlət dili statusu qazandırmaqla, türklərin dünyəvi mənəviyyatını, yəni düşüncələrini  cahil şiəçiliklə əvəzləyib ələ almaqla, bir sözlə  türkləri farsçılığa soxmaqla  özəlləşdirə, sonradansa türklərə hakim ola  bildilər. Bununla da şiələşdirilmiş türklər tarixən dünyəvi düşüncə tərzindən tam uzaqlaşdırılıb, irreal, yəni real olmayan, qondarma  ərəb-fars-İslam cəhalətinə, geriçiliyinə elə gömüldülər ki, toplum olaraq indiyədək obyektiv  həyat gerçəklərini düzgün qavrayıb dünyəvi,  türk  düşüncə tərzinə, milli mənlik şüuruna qayıda və  inkişaf edə bilmirlər. Çünki, bütün dinlər kimi İsdlam da özlüyündə güc də olsa, lakin  kriminal xarakterlidir, yaradıcı, qurucu, inkişafa aparan birlik deyil. Bu geriçi kütləvilikdən tək, tük bireysəl (fərdi) istisnalar olmaq şərtilə ellikcə  belədir.

Qaba güc, yumşaq gücsüz oturuşa bilmədiyindən  yumşaq gücə nisbətən daha ötəridir, uzun ömürlü deyil. Məsəl var,  deyir, bir ölkəni qılıncla ala bilərsən, ancaq qılıncın üstündə oturmaqla onu idarə edə bilməzsən... Yəni idarəçiliyini reallığa uyğun qayda, qanuna - yumşaq gücə keçirməlisən, yoxsa zora arxalanan iqtidarını da itirə bilərsən, necə ki, tarixi nümunələr bunu təsdiqləyir. Buna əmin olmaq üçün  birliklərin, dövlətlərin və imperiyaların yaranma, oturuşma, idarə və çöküş şərtlərini, sürəcini izləmək lazımdır. Yumşaq güclə, qaba güc  iç, içə, yəni orqanik əlaqədə koordinasiya olunduqda tamamlanır, monolit, tək, bərk gücə çevrildiyi qədər də sağlam və uzun ömürlü olur. İdealogiyası, varlığı, dövlət fəlsəfəsi yumşaq gücdə oluşdurulmayan şəxs, toplum, dövlət, hər hansı birlik dağılmağa  məhkumdur.

Bu yerdə, böyük filosof, şair Hüseyn Cavidin  "Turana, qılıncdan daha üstün ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" deyimi   bütün insanlarımız, xüsusilə də böyüklük iddiasında olanlarımız üçün ibrətamizdir. Cavid bəy bu fikrilə Yumşaq gücün, əslində  Qaba gücdən daha üstün, inkişafa, xoşbəxtliyə  aparan uzunömürlü  idarəçilik üsulu,  işə yarayan "qılıncdan daha üstün, ulu qüvvət" olduğunu vurğulayır.

Bilim, mədəniyyət, folklor, ədəbiyyat, nəzəriyyə, baxış, musiqi, teatr, opera, balet, rəssamlıq, memarlıq, din, təriqət,  bir sözlə bu çür insan yaradıcılığı - yumşaq gücdür. Hər cür din, təriqət, nəzəriyyə, baxış yaranışındakı, formalaşdığı yumşaq gücdən, xarakterinə, məqsədinə görə ya qurucu, ya da dağıdıcı  qaba

gücə çevrilə bilir. Məsələn, insan həyatının ayrılmaz hissəsi, qurucu və qoruyucu xarakterdə olan özünü qoruma instikti və onun daha inkişaf etmiş doğal davamı olan həmcinslik, tərəfkeşlik,  millətçilik, vətənsevərlik, vətəndaşlıq... öz normal inkişaf yolundan sarpdıqda, caydırıldıqda, yəni  özünü qoruma, yaşam həddini aşdıqda  və qəbul olunmuş ümumbəşəri dəyərlərə zidd, başqasının doğal haqqını pozduqda, bir sözlə başqasının haqqına girdikdə... şovinizmə, faşizmə, sionizmə və sair formalı dağıdıcı, öldürücü  irqi ayrı seçkilik formasına çevrilə bilir.

Ərəb-Fars-İslam geriçi yumşaq  gücünə təslim olmuşların yeganə çıxış yolu, yalnız bilim, mədəniyyət, üstün dünyəvi dəyərlərə sarılmaqla qurtulmaqdır.   Yumşaq güc, düşmənçilik məqsədilə başqa ad altında saman altdan su yeritmək, dostluq məqsədiləsə özəlliyini qandırmaq, özünü qorumaq, özünə dönmək, yəni var olmaqdir.

Təyinatından qoruyucu, dağıdıcı, öldürücü xarakterli insan yaradıcılığı - qaba gücdür. Toplumun milli mənlik şüuruna, oluşmuş müsbət  dəyərlərə qarşı olan hər cür düşüncə, ifadə, davranış - pozğunluq, yəni  mənfi xarakterli, mənfi işarəli yumşaq gücdür. Oluşmuş müsbət  dəyərləri yaşadan, zənginləşdirən və  yenisini yaradan düşüncə, ifadə, davranış, mədəniyyət, müsbət xarakterli, müsbət işarəli yumşaq gücdür. Sonucda  insanlığın inkişafına gətirən, yaşamı asanlaşdıran düşüncə, ifadə, davranış müsbət xarakterli, müsbət işarəli yumşaq gücdür.

***

Biz, ərəbə, farsa, rusa assmilyasiya olunduğumuz qədər də onların yumşaq gücünü içimizdə yaşadır və əslində tam öz həyatımızı yox, daha çox  onların həyatını yaşayırıq, çünki onların milli özəlliklərini səhvən özümüzünkü sayırıq.  Baxın, ərəbin "əcəm"  adlandırdığı, ərəbdən başqa  bütün müsəlmanlar öz əzəlki, islama qədərki adlarını, adətlərini, bəzən hətta dillərini yox, ərəb adlarını daşıyır, ərəb dilində danışır  və əsasən ərəb adətlərini yaşadırlar.  Bu yadlıq, yüz illərlə içimizdə zorla elə otrdulub ki, indi artıq bu yad qüvvələrin bizi öz özəlliklərinə özlərinin birbaşa  zorlamağa ehtiyacları da yoxdur, çünki bu işi onların içimizdəki assmilyasiya olunmuşları, yəni materialı bizdən, düşüncəsi isə yad kimi formalaşmış  5-ci kolonları -ərəbbaşlar, farsbaşlar və rusbaşlar  bu yadlığı özünkü bilib könüllü olaraq yerinə yetirirlər, bəd ayaqda, müharibə vaxtı isə, düşmənin xeyrinə milli qüvvələri arxadan vurur, hətta vətəndaş müharibəsi yaratmaqla ikinci  cəbhə aça və daxildən sarsıdıcı zərbə vura  bilirlər...

Tarixdə buna çoxlu misallar var, məsələn, 1804-cü ildə Rusların hücumu vaxtı içdəki ermənilərin ruslara bələdçilik və xəbərçilik etməklə Cavad xanı, gəncəliləri arxadan vurması, Birinci Dünya Müharibısində, Avropa dövlətlərinin və Rusiyanın təşkilatçılığı ilə ermənilərin  silahlı quldur dəstələri yaradaraq   Osmanlıları arxadan vurmaları, silahsız, dinc əhalini kütləvi qırmaları, yaxud  2017-ci ildə (2016-cı il Aprel döyüşlərinin ildönümündə bizdən qisas almaq məqsədilə), içimizdəki düşmənlərin Azərbaycan Ordusunda törətdikləri, ən ağır işgəncələrlə, kütləvi ölümlərlə müşayət olunan, hazırda istintaqı aparılan Tərtər işi... 3-cü Qarabağ müharibəsində hələ üstü  açılmamış (qoşunlarımızın Ağdərə istiqamətində  çox ləng irəliləməsi və obyektiv səbəb olmadan dayanması, əks-hücumun  çox böyük itkilər hesabına başa gələ biləcəyi  Ağdam istiqamətindən planlaşdırılması, Daşaltıdakı itkilərimizin çoxluğu və s.) xəyanətlər... Bütün bu dediklərim, yalnız KİV-dən eşitdiklərim əsasında formalaşan fikirlərimdir, əsl gerçəyi  isə bu sorular əsasında aydınlaşdırılmalı olan, gələcəkdə aparılacaq düzgün, obyektiv istintaq müəyyən edə bilər. Düşünürəm ki, Tərtər işinin istintaqı  uğurla başa çatdırıldıqdan, haqq yerini tapdıqdan sonra bu  kimi anlaşılmazlıqlara da aydınlıq gətirilər. Çünki, hətta gerçək olmayan fikirlər, şayiələr belə vaxtında aydınlaşdırılmayanda, öz cavabını almayanda aramıza şübhə toxumu səpməklə milli birliyimizə ciddi zərbə vurur.

5-ci kolonların tərkibi də iki cürdür, birincisi  birbaşa  yad, xarici kəşfiyyat orqanlarının yedəyində olmaqla  maliyyələşdirilən, müxtəlif vəzifələrdə  işləyən, məşğul olan ştatlı əməkdaşları, ikincisi isə, birincilərin nüfuz dairəsində olan, onlara inanan, yeri gəldikcə onların dəstəyindən istifadə edən, əslində necə təhlükəli bir düşmənə xidmət  və öz xalqına xəyanət etdiklərini anlamayan sadəlövh vətəndaşlarımızdır. Bu cür şəbəkələnmədə maddi maraq, dini cəhalət, dini inanc və dini tərəfdarlıq aparıcı rol oynayır.  Bu dövlət təhlükəsizliyinə aid ciddi məsələ olduğundan, dövlətin  ideoloji yönətimə cavabdeh olanları, mətbuat və xüsusi xidmət orqanları bunu daim diqqətdə saxlamalıdırlar.

Gündəliyə bir neçə söz...

Mən dilimizin yad sözlərdən arınmasının gərəkliyini uzun-uzadı əsaslandırmağa çalışmayacağam, çünki bu hamıya aydın bir aksiomdur. Adətən, bizi öz içində əritmək, assimilə etmək istəyənlərdən çox şikayətlənirik, onlar da bizi zəif görüb haqlarımızı, istəklərumuzi veclərunə almadan pisliklərini edirlər, bu birbaşa bizdən asılı olmayan amildir... Axı, hər şey düşmən əlində deyil, bizim öz əlimizdə və bizdən asılı olan da var ki, bu da bizim milli mənlik şüuruna dayalı düşüncəmiz, danışıq dilimiz və gündəlik əməllərimizdir. Bunları ki, hələlik əlimizdən ala bilmirlər.

Bəs elə isə, biz niyə bizdən asılı olanı, yəni mümkün olanı edib öz dilimizdə təmiz danışmırıq və ya buna çalışmırıq, güneydə ərəb, fars, quzeydə isə, həmdə rus, Avropa xalqlarının sözlərini yersiz olaraq işlədirik? Bu ki, bizdən asılı olan məsələdir, niyə özümüzə qarşı tələbkar olmaq əvəzinə məsuliyyətsizlik edirik? Birbaşa mətləbə keçib, bir neçə örnək gətirir və çoxlu sayda səhvlərimizdən bircə misal çəkirəm, qalanını özünüz  öz səhvlərinnizə baxıb düşünərsiz... Türkcə, həftə günlərinin adları belədir: Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, altıncı gün, bazar  və ya süt günü... Nə qədər  sadə və mənalı, ardıcıl, məntiqli, axıcı bir sıra sayı, deyilmi?

Bunun əvəzində isə, bəzilərimiz türkcə danışığımızda həftə günlərini  farsca (qabaqlar, Sovet vaxtı Quzeydə həm də rusca - ponidelnik, vtornik, sreda, çetverq, pyatnitsa, subbota, vıxadnoy - deyirdilər) deyir, məsələn: Şənbə, yekşənbə, doşənbə, seşənbə, çərşənbə (çhaharşənbə), perşənbə (pencşənbə), cümə...  Məntiqlə, farsca  da həftənin sıralanması birinci gündən başlamalı olduğu halda, nədənsə altıncı gündən başlanılır... Yəni, farsca mənada belə alınır: Şənbə (altıncı gün), şənbədən, yəni altıncı gündən sonrakı birinci gün, şənbədən, yəni altıncı gündən sonrakı ikinci gün, şənbədən, yəni altıncı gündən sonrakı üçüncü gün, şənbədən, yəni altıncı gündən  sonrakı dördüncü gün, şənbədən, yəni altıncı gündən sonrakı beşinci gün...

 Bu adların həm farsca, həm türkcə mənasına, ardıcıllığına, məntiqinə (farscanın məntiqsizliyinə), sıralanmasına (farscanın tərs, məntiqsiz, kəlləmayallaq düzlüşünə), daha  doğrusu  əslində necə sıralanmalı olmasına baxanda adamı elə türkcə gülmək tutur... Bir düşünən və deyən  yoxdur ki, a balam həftənin ədədi sıralanması hər dəfə niyə və hansı məntiqlə  altıncı gündən sonra deyilməlidir, axı sıra sayı belə deyil, sıra sayı birdən başlayır? Bunu farslar  tərs deyirlərsə özləri bilərlər, öz işləridir, bəs bizə 

nə gəlib ay beyni yuyulmuşlar, bizim ki, öz dilimiz,  məntiqli, birdən başlayan  sıra sayımız  var, axı biz  danışığımızı bilməliyik, nəyi, necə və harada danışdığımızı bilməsək ayıbdır...

Məsələ burasındadır ki, içərikcə (mahiyyətcə) özlərinin səhv olduqlarını bilsələr də  farslar öz qaydalarını düzə doğru dəyişmirlər, çünki bu artıq onların düşüncələrdə oturuşmuş yumşaq gücləridir..., yəni nədirsə budur, əgər onu dəyişsələr yumşaq güc sistemləri zədələnər.

Özlüyündə hər bir danışıq dili, dilin təmiz danışılması və zənginliyi mədəniyyətin  ayrıca bir qoludur, gözəldir,  onu zibilləmək yox, təmizləmək, cilalamaq, inkişaf etdirmək, düzə doğru aparmaq  gərəkdir.

(Davamı var)

]]>
Həyat Tərzi Wed, 11 May 2022 04:45:35 +0000
XALQIN DÖZÜMÜNDƏN ALLAHA ŞİKAYƏT EDƏN LİDERLƏRİN ARZUSU - QÜDS https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8046-xalqin-dozumund-n-allaha-sikay-t-ed-n-liderl-rin-arzusu-quds.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/8046-xalqin-dozumund-n-allaha-sikay-t-ed-n-liderl-rin-arzusu-quds.html

Sabra, Şatilla, Srebrentisa və Xocalı soyqırımında bətnindəki körpəsi parçalanan anaların ruhu Qüdsün səmalarında dünyadakı bütün müsəlmanları, haqsevərləri səsləyir… hər gün, hər an səsləyir…

]]>
Həyat Tərzi Fri, 29 Apr 2022 04:29:08 +0000
PUTİN QLOBALİZMİN ÜZDƏ OLAN QÜDRƏTLİ SINAQÇISIMI? https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/7469-putin-qlobalizmin-uzd-olan-qudr-tli-sinaqcisimi.html https://www.tezadlar.az/index.php/en/video-news/lifestyle/7469-putin-qlobalizmin-uzd-olan-qudr-tli-sinaqcisimi.html

Nizami Süleymanoğlu

...Toplumlar içlərində daşıdıqlarını çöllərində bulur. Zavallı millətlərin ən böyük çatışmazlığı öz müqəddəratlarına laqeyd olma vərdişidir. Bu hal hətta bəzi çoxmilyonlu toplumlarda xroniki hala keçib. Bu xroniki xəstəlik - daşıyıcılarını tarix səhnəsində kiçik saxlamaqla nəticələndirir. Nəticədən nəticə çıxarmaq əvəzinə şovinizmi, Qlobalizmi, və sair izmləri bəhanə edirlər. Əlbəttə, səbəblər səbəblər kimi ola bilər, ancaq səbəblər bəhanələrə çevrilməməlidir.

Plastlinin istənilən formaya düşmə xassəsi onun plastlinlik, istənilən cürə əyilmə fitrətindən gələr. Ancaq qızıl nə qədər əridilsə də, qızıllığından heç nə əskilməz. Sadəcə forma dəyişər, çəki qalar. Yəni qızıl məzmununu, mahiyyətini itirməz. Böyüklük üçün doğulmada, yaranmada böyüklük bacarığı da olur. Kiçiklərin böyük olmaq arzusu isə bəhanələrə sığınır.

Uzaqgörənliyə ağlı çatmayanlar dünya gerçəkliyini anlamaz. Bu azmış kimi, anlayanları da öz içindən güdaza vermək yarışına girər. Bu minvalla öz içlərində haqsızlığı böyüdərək kiçilmələrini daha da kiçildər, güclərini parçalayıb passivləşər, problemlərini isə dərinliyə fəallaşdırarlar.

Sadiqlik ruhaniyyətin təməl əsası olduğuna görə ziddi xəyanətdir. Belə toplumların nadir istisnalarla ziyalıları, yazıçı şairləri, sözdə elm adamları da əməllərində etibarsız ola bilir... Savadlıların dönüklüyü isə sonda adilərin dönüklüyündən xeyli betər olur.

Məhdud düşüncə sərhədli məqsədlər üçün kafi və faydalı ola bilsə də, insani potensiala pərdə də olur. Bu mənada sürü zehniyyətinə, marağına sahib olanlar dünyada baş verən tarixi proseslərdəki hadisələrin gerçək mahiyyətini, məqsədlərini, stratejisini olduğu kimi anlamaqdan uzaqda qalır.

DÜNYAYA GÜCLÜ VƏ UZAQGÖRƏN OLANLARIN BİRLİYİNİN ÖZƏL QANUNLARI HÖKMRANLIQ EDİR...

Hər kəs çaylar cənnəti Ukrayna mövzusunda V.V.Putinə öz dövlətinin, özünün və ya mənəvi - humanist və s. mövqelərindən baxır. Ancaq Putin bir başqadır, Qlobal gedişat üçün bu tarixi dönəmdə O, çox xüsusidir. Strateji təcrübə deyir: Tarix qarşı tərəfdəki rəqibinin başqa bir alternativi olmadığını düşünən liderlərin məğlubiyyətləri ilə doludur...  

 Kiçikliyin ortaq eyniliyi kiçiklik, böyüklüyün ortaq eyniliyi böyüklük olar. Kiçik düçüncəli başlara nə böyük dərdlər sığar, nə də böyük düşüncələr... Onların zamana baxışları da fərqli! Zamanı ziyana işlətmək - həmin zamanı öz əleyhinə çevirmək deməkdir. Çağdaş zamanın adına, ünvanına, gedişatına baxın: Qlobalizm...

***

Çox təzadlıdır, Qlobal İdarəçilərə ironikcə “sürüngənlər” deyirlər. Ancaq gerçək bu ki, SÜRÜNƏN BƏŞƏRİYYƏTİN ŞÜURUDUR...

Qlobalistlər israrçıdır. İsrar mətin iradədir, təkrarı sevər. Onlar israrlarını uzaqgörən şüurları ilə şüuraltına keçirib bunu vərdişə çevirib. Son bir-iki əsrin dünya proseslərinə baxın. Bacarmış olanlar daha uğurla bacarar. Qlobal israr tarixi təcrübələrə əsaslanır. İsrardan bezmək, yorulmaq əminliyin yoxluğundan yaranırsa, qlobal israr bütün dünyada əminliyini təzahür etdirir. Niyyətlərinə diqqət edən qlobalçılar məqsədlərini nəzarətlə bəsləyir ki, istədikləri nəticəni yarada bilsinlər.

Onlar uzaqgörənliklərinə çoxşaxəli niyyətlər yükləyir. Biliyin uğurla işə yaramasının əsasını həm də lazımi niyyətlər istiqamətində işlətməkdə görürlər.

Ona görə də hər hansı sahədə gücü istədikləri hədəfə, istədikləri miqdarda və istədikləri zamanda yönəldə bilirlər. Onlar zaman sərmayəsinə amalları istiqəmətində çox böyük mənalar yığır. Yəni Qlobalistlər öz inamlarının, fəaliyyətlərinin sərhədlənməsi ilə nəinki qətiyyən razılaşmır, hətta anti-qlobal təzahürləri öncədən cilovlayır və ya nəzarətdə saxlayırlar. Perspektivi öncədən mənimsəmək və buna çoxtərəfli zəmin hazırlamaq Qlobalizmin müstəsna fitrətindədir. Dünya hakimlərlə məhkumlara bölünmüş kimidir. Nə isə... Bu mövzunu istənilən həcmdə yeri gəldikcə uzatmaq olar. Ancaq bu yazıda vaxtdır, konkretliyə varım.

TÜRK DÜNYASINDA PAFOS JANRI, YATIZDIRICI TƏSƏLLİVERİCİLİK DAVAM EDİR.

Turandan ağızdolusu danışırlar. Azadlıq hissi, özgürlük duyğusu ümumilikdə Türklərin arzularındadır, əməllərində deyil. Gerçək bu ki...

TÜRK DÜNYASI MƏNƏVİ ÖZÜNƏQƏSD PROSESİ İÇİNDƏDİR, MƏNƏVİ QƏTLİAM MƏRHƏLƏSİ YAŞAYIR. Yeri gəlmişkən: az qalır ki, adam utana...

Neyləməli ki, kainatda heç bir şey hikmətsiz cərəyan etmir. Həyat gərginlik qanunu üzərindədir. Gözünə imkan daxilində sevgi, sayğı, anlayış qatmalısan ki, ovuna biləsən. Türk dünyasının fərdi, individual fədakarlığını ümumtürk fədakarlığı səviyyəsinə qaldırmaqdan başqa, kəsə çıxış yolu görünmür. Ancaq...

DÜNYANIN ƏN UCQAR, ƏN GÖRÜNMƏZ MƏNTƏQƏLƏRİNDƏN DƏ ATATÜRK GÖRÜNÜR...

Özünəxaslığa meyl dəyişməz qanunauyğunluqdur ki, təbiət, cəmiyyət, milliyyət hadisələrində də təzahür edər. Ancaq İŞIĞI GÖRMƏYƏNLƏR İŞIĞI ANLAMAZ. Hər millət, hər bir toplum öz mənliyini, heysiyyətini uca tutaraq zərurət yarananda fikir enerjisi ilə ideya, amal savaşlarına qatılmağa borcludur. Çünki qatılmasa, o toplumu həmin savaşlara istənilən bəhanələrlə sürükləyəcəklər. Var olmaq istəyən toplum əzminə, fədakarlığına, səmimiyyətinə güvənib, mübarizəsinə inanmaqla bu yoldakı maneələri aradan qaldırmalıdır.

ÖZÜNÜMÜDAFİƏ ÇOXCƏHƏTLİDİR. Toplumun daxili aləmi nə qədər zəngin, idrakı nə qədər genişdirsə, özünümüdafiə üsullarını da o qədər çox və asan tapa bilir. Bir şərtlə ki, mübarizə ardıcıl ola. Onda yollar görünür, üfüqlər açılmış olur.

Hz.Yusif misallı yalqız

Esse

Onu 40 arşın quyuya salmışdılar. Bir addım irəli də bir addım geri də quyunun bumbuz divarıydı. Ayaqlarının altı da soyuq torpaq... Gen dünya quyunun eni qədər dar ikən, gözlərinin açılı, ya yumulu olması da fərqsiz kimiydi. Göy üzü 40 arşın hündürlükdəydi. Dərinlikdə isə O, yalqız...

Yuxarıda quyunun ağzındakı kəndiri də götürmüşdülər ki, dadına yetən olmasın.

Əvəzində ətrafa qalaq-qalaq qara-boz daşlar yığmışdılar. Bu həndəvərdən keçənlərə “quyuya daş atın!” göstərişiydi...

Hardan gəlib hara getdiyini bilməyən azğınlar onlara yol göstərəcək birinə o qara - boz daşlardan elə hey atır, atırdılar...

Quyunun tənha sakininə bəladan başqa hər şey vəfasızıydı. Fəqət o inildəyib şikayətlənməzdi. Hər şeyin Allaha əyan olduğu düşüncəsiylə dərdini Ona da deməzdi. Amma quyu onunla şərəfli olduğunu hələ bilmədiyindən onu sıxmaqdaydı. Bir tərəfdən nəmişlik, aclıq, susuzluq, zülmət cəzaları, o biri yandan quyunun ağzından gələn nadan daşları...

Başına tutduğu yalın əlləri nələr çəkmirdi qara-boz daşlardan... Amansız bir inadla daşlar başını yarmağa, quyu şəxsiyyətini sındırmağa girişmişdi. Amma o, Fələyin saydığına xeyli ümidliydi.

Atılan daşları biri-birinə çırpıb sınıq-kəsici yanlarıyla boyu hündürlükdə quyu divarında bir bükümlük, çöməlməklik torpaq oydu. Sığınacaq aldı quyudlan. Artıq bu sığınacaqda gözünün acısını da alırdı. Yuxarıdan gələn daşlar quyudakı daşlara dəyib hərdən sükutu pozduqca, o daşlar altdakıların üstünə yığılırdı. Bu minvalla quyunun dibi sığındığı oyuğa qədər daşlarla  qalxar, o, yuxarıya doğru yeni bir oyuq açar və yerini bir boy dəyişərdi.

Bir zamanlar onu sıxan quyu da, əllərini, çiynini əzən daşlar da indi ona səmimi dost idi. Quyu divarı onu sığınacaqda qoruyurdusa, pis niyyətlərlə atılan daşlar da artıq xoş məramla ona gizli yardım edirdi. Bu daşların onu xilas edəcəyini bilsəydilər daha onları atmazdılar. Fəqət hər şey arxada qalmışdı. Daşlarla dolu quyu tənha sakininə nicat vermişdi.

Ayaqları zülmətdən aydınlığa doğru irəliləyirdi. O, əmin idi ki, bu yol mübarizə qanunları ilə gedilir...

P.S. EMOSİYA QANUNU:

Diqqətinizi hansı emosiya üzərində cəmləsəniz, həmin emosiya - üzərinə yanacaq tökülmüş alov kimi güclənəcək. Həmişə elə işlər olur ki, onlardan öncə mütləq hansısa başqa işlər görülməlidir. Bu məntiqi ardıcıllığı dəqiq müəyyən edin. Siz məqsədlərinizə doğru hərəkət etdikcə, məqsədləriniz də sizə doğru hərəkət edər. Ən vacib vərdiş məqsəd qoymaq vərdişidir.

Sufİyanə

Mənəvi mövzuda yazan qələmim,

Yaradandan sənə bir izn varmı?

Çox da ki, əminsən, gəlibdi təbin,

Dərilməmiş, dəymiş pak sözün varmı?

 

Bu yolun Allahı, Peyğəmbəri var,

Sonra da ardıcıl gəlir imamlar.

Sadiqlər, vəlilər və övliyalar,

Baş gözündən qeyri, ruh gözün varmı?

 

Fanidən baqiyə boylanmısanmı?

Xəlvət zikirlərlə hallanmısanmı?

Qorlanıb, alışıb bir yanmısanmı?

Səni kül edəcək de, közün varmı?

 

İndi çoxu yazır haqqdan, nahaqdan,

Ariflikmi olur heç oxumaqdan?

Keçmək üçün axirətə sınaqdan,

Zahirən, batinən bir üzün varmı?

 

Aşdınmı qaranlıq mərtəbələri?

Bildinmi Allahdan qəza-qədəri?

Şükürsüz bəlanın olur betəri,

Şükürsüzlüklüyə heç lüzum varmı?

 

Əməldə varsanmı, saf sözün kimi?

Tamam fərqlisənmi, əl izin kimi?

Yəni özünsənmi, sən özün kimi,

Səndə səndən içdə bir “öz”ün varmı?

 

Düşüb müsibətə, gəlib cəzaya,

Riza eylədinmi qədər-qəzaya?

Dualarla yayılaraq fəzaya,

Səcdələr saxlayan de, dizin varmı?

 

Yazıb-oxutmağa fərzli sözünü,

Öncə oxudunmu özün-özünü?

Müşkül düyünlərə bulub çözümü,

Fəzli Məhəmməddən feyzin varmı?

 

Nəfsin istəyindən gəlirmi xoşun?

İxlasdanmı keçir ya qurtuluşun?

Cismində gəzirsən bir yox oluşun...

Ruhunda dolaşan bir hüzün varmı?

]]>
Həyat Tərzi Tue, 12 Apr 2022 08:42:15 +0000