Nizami Süleymanoğlu

...İnsanları çox düşündürən hələ düşünmədikləridir.

Əsl düşünənlər düşünülməyənlərin izində olar. Hələ düşünülməyənlər də düşüncə adamının sorağında...

Düşüncə ilə düşüncə adamı arasındakı əlaqə aşiq-məşuq bağı, sevgisi kimidir. Düşünən düşüncəni, düşüncə düşünəni qarşılıqlı cəzb edər. Bu cəzbetmə ilhamlanma, kamlanma, təblənmə kəmiyyətlərini-keyfiyyətləri ilə fərqli edər. Hətta standartlar xaricində... Bilinməyənləri bilmək üçün düşüncə qarşısı alınmaz istəklə israr edər.

Yaradan nemətlərini də, istəmək duyğusunu da verir. Anadolu türklərinin ifadə etdiyi “Vermək istəməsəydi, istəməyi verməzdi” hikməti bütün kainatda dövrüyyədəki dəyişməz İlahi qanunauyğunluqdur. Məsələ necə istəməkdən çox asılıdır. Hərdənbir, yavaş, gecikmələrlə, tərəddüdlə və sairələrlə istəmək başqa, hərtərəfli israrla istək başqa. İstəkdə də möhtac olmağın fərqli təzahürləridir mənəvi mexanizmi işlədən. Yəni, istəkdə minlər, milyonlarla insan varsa - möhtaclıq istəyinin növbəsində hansı niyyətlərlə istəməkdən əlavə kimlərin nə vaxtdan növbədəolma, gözləmə, israretmə zamanının, müddətinin uzunluğu və sairələr önəmlidir.

Hələ düşünülməyənlər özlərinin düşünülməsi ilə üzə çıxmasını istər. Bu istəyi gerçəkləşdirməyi düşüncə sahiblərindən gözləyər. Bilinməyənlər bilinməzliklərinə uyğun tərzdə düşünülməyi sevər. Bu bilinməyənləri bilinənliyə çevirməyə layiq, hazırlanan tərzdir. Adi deyil. Lazımsızlığı zehin ələyində ələyən tərzdir. Bilinməyənlərin düşüncəyə gəlib bilinən olması üçün fərqli tələbləri olur. Bilinməzlik öncə bilinmək marağı oyadır, cazibəyə qapdırır. Öz gerçəkliyinin üzə çıxması üçün öncə bilinməkdən məhrumluq yaradır. Bu bilinməyənlərin bilinən xassəsi, təbiəti, xarakter xüsusiyyətidir. Bilinməyənin cazibəsinə cəzb edilmək istəyi uzun zaman olmalıdır. Bu zaman ərzində bilinməyən bilmək istəklisinə öz sevgisini ötürür. Bu sevgini mənimsəmək bacarığı düşüncə adamının halıdır.

Düşüncə üzərinə düşəni edən qüdrətdə olmalıdır. Düşünməyə çağıran-xalis, uyğun düşünməyi istər, saxta düşüncəni yox. Saxtalıqla düşünmək xalis düşüncəyə zidd olunduğuna görə yalana, yanlışa gətirər.

***  

Yaradana sevgilərdən doymuram,

Kəndirimi üzülməyə qoymuram.

Qərəzlə heç İblisə də söymürəm,

Lazım olsa, yaratmazdı Yaradan,

Onda ağ da seçilməzdi qaradan.

 

...Məlum prosesin nisbətən yumşalma ruhu qurbanlara həyatsevərlik bəxş etməklə ipə-sapa yatma durumu yaradır, ibrətləri gücləndirir. Onsuz da bəşəriyyət özünü təngə gətirmiş prosesi nəinki durdurmaq, ona son qoymaq, hətta ciddi, haqqlı mühakimə etmək imkanlarından da hələlik məhrumdur. Cəsarəti də yox kimi... İradəsi psixoloji fəndlərlə, təsirlərlə sarsıdılıb. Özünə, içinə qapanma halını yaşayır. YENİ TƏBİQLƏRİN ANONSLARINI QORXUYARATMANIN REKLAMÇI, MANİPULYASİYAÇI NATİQLƏRİ ŞÜURLARA YERİTMƏKDƏ DAVAM EDİR.

...Azadlıq təsirə məruz qalmayacaq qədər şüurluluqdur. Dünya ölkələrinin fərqli təsirlərə məruzqalma nisbətləri xalqların şüurluluq səviyyəsinin müəyyən göstəricisi sayıla bilər. Xalqlar şüur səviyyələrinə görə öncədən müəyyənləşdirilmiş formada idarə olunur və idarə olunmağa yönləndirilir. Təbii ki, QLOBAL uyğun şərtlər altında... Azadlıq eşqinə bağlanmayanlar itaətə, köləliyə bağlanar. Həm də bağlandırılmaqla... Azadlıq sarsılmaz iradə məsələsidir. Azadlıqsız yaşamağa öyrənməməkdir, özgürsüzlüyə vərdiş etməməkdir. Burda təzad, uyğunsuzluq, ziddiyyət olmamalıdır. Əkislik nümunəsinə baxaq: Türkün totemi, simvolu qurddur əhlilləşməyən... Amma bütün dünyada köləliyə, yarım köləliyə, türklük özünəxaslığından azdırılmışlığa öyrədilən də türklük... Baxın türklüyün halına...

  1. Çin-əlli milyon uyğur türkü əsiri.
  2. İran-qırx milyon Azərbaycan türkü əsiri.
  3. Kırım türkü əsiri. Və hamısı öz vətənlərində...

Sıralamada 4, 5, 6 və digərlərini də düşünün. Dünya türklərin əsirxanası kimi. Belə olan halda, türklərin qorxmağa yeri varmı?

XƏSTƏLİKLƏRİN YAN TƏSİRLƏRİ OLAN KİMİ - HADİSƏLƏRİN, DURUMLARIN DA YAN TƏSİRLƏRİ OLMAMIŞ OLMUR. Olanların gerçəklərində olacaqların təsəvvürə gələnlərini xəyal edin.

QORXU HİSSİ ONU İÇSƏLLƏŞDİRƏNLƏRİ BÜTÜN FƏALİYYƏTLƏRİNDƏ, YAŞAMLARINDA GİZLİ MÜŞAİYƏT EDƏR, QARABAQARA İZLƏYƏR...

BƏŞƏRİYYƏT QORXUNUN ÇOX UZAQ DƏRİNLİKLƏRİNƏ APARILIR. Zənnimcə ən qorxulu zavallı adamlar elə qorxudan qorxanlardır. Qorxudan qorxanlar mənasız məxluqlar kimi xalqların və ümumillikdə bəşəriyyətin artıq yükü kimidir. Onlar öz kristallaşmış, daşlaşmış, vərdiş etdikləri qorxuları ilə öz xalqlarının coğrafiyasında, mühitlərində qorxunu epidemiyalaşdırır. Qorxu yalnız qorxusuza yoluxmadığına görə qorxunun vaksini, peyvəndi qorxsuzluqdur. QORXUYA QARŞI ƏKS, ALTERNATİV, CİDDİ QORXU TƏTBİQ EDİLMƏYİNCƏ QORXU QORXULUĞUNU İTİRMƏZ. İnsanlıq sevgisinin əhəmiyyətini, həyati dəyərliliyini dağıdan dünyada qorxmağa axı nə ehtiyac? Bütün dünyada qorxanların sayı qədər Uca Yaradıcıya inamsızlıq, şübhə və sayqısızlıq tüğyan edər.

... İnsanlar insanlığa qurulan tələ yemlərini acgözlüklə qamarlayır. İnsanlığın bu zəif cəhəti Dünya İdarəetməsinin güclü tərəflərinə çevrilib. Bu gerçəklik qamarlayıcılarda artıq istənilən ölçülü, miqyaslı neqativ əməlin iştirakçısı olmaları hissini yaradaraq geridönmə yolu saxlamır. Bu sərt yasağı pozanlar sərt cəzalanar. Bütün dünyaya qarşı mübarizədə birləşmək duyğusunun tələ yemini həzm edənlərin öhdəliyi pozduğuna görə...

DÜNYANI ÇOXLUĞUN MÜRƏKKƏBLİYİNDƏN AZLIĞIN İXTİSARLA  SADƏLƏŞDİRMƏK KURSU DAVAM VƏ İNKİŞAF EDİR. Ələ keçirilən bu tarixi proses sonacan sürdürüləcək. İNSANBEYİNLİLİYİN MAŞINBEYİNLİLİKLƏ ƏVƏZLƏNMƏSİ İLƏ DÜNYA ƏMƏKÇİLƏRİNİN QƏBİR İSTİRAHƏTİNƏ GÖNDƏRİLMƏ İDDİASI FƏRQLİ PARAMETRLƏRDƏ GERÇƏKLİYİNİ TƏZAHÜR ETDİRİR. Dünya proletarlarını (lümpenləri) yenidən birləşdirmək istəyirlər. Amma bu dəfə torpağın altında... Bəli, üst ağılın intellekti də üst olar... Ruhaniyyətə, insani xarakterə ehtiyac olmayınca, bioloji varlıq olan insan toplumu-bəşəriyyət kütləvi ixtisara məruz buraxılmazmı?

Bəşəri heysiyyatı ironikcə qıcıqlandıran Bilqeys zavallı inəklərin, mal-qaranın təbiətə karbon qazı buraxaraq dünya iqlimini korladığından dərin narahatlığını bəyan edib. Sanki özü oksigen buraxırmışcasına...

MASKALANMA BƏŞƏRİYYƏTƏ HAVANI YASAQLADI. BƏŞƏRİYYƏT DƏ YASAQLANMANIN ACIĞINA PSİXOLOJİ GƏRGİNLİKLƏ NƏFƏS ALDI. Daha doğrusu, nəfəs almadı. Oksigendən imtina ilə içindən çölə buraxdığı qarışığı təkrar içinə qaytardı və bir daha, yenə də...

Düşündürücüdür... Bu haldakı bəşəriyyət inəkləri Birqeysin bədnəzərindən necə qoruya biləcək? Yeri gəlmişkən, dünya nemətlərinin, lütflərin minbir gözəlliyindən biri də ət yeyib, əti ətə calamaqdır. Birincidən məhrumluq, ikincidən də məhrumluq, zəiflik yaradır...

...Cəsarət, qətiyyət adiləşəndə, özünü itirəndə cəsurluq da cazibəsini itirər. Bütün dünyada tarix boyu qadınların ən çox nifrət bəslədiyi ortaq duyğulardan biri kişilərin qətiyyətsizliyidir. O qətiyyətsizlik ki, indiki dünya prosesində misgincəsinə acizdir. Bunu insanlar görürsə, “GECƏ QARIŞQANIN AYAQ SƏSİNİ EŞİDƏN” görmürmü? Şərin altında xeyir olmurmu ki, qlobal şərin xeyri də qlobal olsun?

Konfilikt, ağrı, gərginlik olmasa hisslər, duyğular təlatümə gəlməz. Hətta, gözəllik də qədiri bilinməyəndə yoxa çıxmalıdır. Qədribilinməzlik-durğunluq, girdab, bataqlıq, çirkab yaradır. Buna görə də bəzən ümidlər ümidsizləşdirilir, gerçəklik rədd olunur, ehtimallar məsxərəyə qoyulur. Ta ki, gözəlliyin qədri bilinə. Tərs psixolojidir, nədirsə belə də olur. Biliyin yetərsizliyi təhlükə hissinə aparar, oradan həyəcana, sonra qorxuya. Və bəzən qorxu da şəfa növü ola bilir...

Qorxuyaratmalar qorxuya ehtiyac olduğundan yaranar. Bunu qorxuyaratma sözünün özü deyir. Bu gedişatdır. Yol-qorxuyaratma, çarəsizləşdirmə, təslimiyyət daşları ilə döşənir. Amma bəşəriyyətin fərqli, kəsəyollarıda mövcuddur. Böyük İsgəndər çoxdüyünlü kəndiri qılıncı ilə kəsmədimi?

Allah birdirsə, dünyanı xilas anlamında heç bir dini fərqliliyin dəxli yoxdur. Yüz vacib iş varsa, birinci ən vacib işi görmək vacibdir. Dünyanı xilas etmək! Allah insanları şüuru ilə heyvanlardan fərqləndirib. Quş, toyuq-cücə, donuz, inək və bütün heyvanlara, ağaclara, təbabətə, nəbabətə tutulan qəsd, divan bəlli...İddialar da bəlli. Xilas, məsuliyyət hissi bütün insanlığın üzərindədir. Necə olacaq?

DÜNYA TOTALİTARSTANLIQLARI QLOBAL MƏNGƏNƏNİN DAYAQLARIDIR. Dünyanın hazırki qorxulu yuxusu isə Çin... Nəzarət sistemi, klonlaşdırma, sərt qapalılıq və sairə. Sonrakılar da sonra gəlir.

TOTALİTARİZMLƏRDƏ XALQLAR ÜSTÜ SİSTEMLƏR GÖTÜRÜLMƏYİNCƏ BƏŞƏRİYYƏTƏ VƏ DÜNYAYA RAHAT OLMAYACAQ. Bütün dünya qurumlarının Kürəsəl Gücün nəzarətində olmasını kim bilmirki?  

Prosesin yeni təqib, yeni qlobal şantaj mərhələsi olmamış olmaz. OYUN - BÖYÜKDÜR İFADƏSİNƏ SIĞMAYACAQ QƏDƏR BÖYÜKDÜR. MƏNZİLBAŞI DÜNYA KRALLIĞIMI?!...

Bu barədə növbəti sayda.

“Uzaqdan məktublar” davam edəcək...