booked.netbooked.net booked.net  

Nizami Süleymanoğlu

Dünya Türkləri söndürülmüş beyinlərinə aktivləşdirilmə ehtiyacı sərgiləyir

Cəmiyyətə dərin narahatlıq hissi çöküb. İnsanların aşağılanmış enerjiləri müxtəlif təzahürlərin artmasında özünü göstərir. Orta təbəqə yox kimi...

“Aşağı-yuxarı”, “biz-onlar” qarşıdurmasına əsaslanan fərqliliklər əcaib xarakter daşıyır. Ziyalı deyilən təbəqə də öz içində təbəqələşmiş məhrumiyyət daşıyıcılarına çevrilib. Bir zamanlar milli, dini müxəlifliyi, tolerantlığı, xoşgörüsü ilə maraq doğuran xalqın inancları, dəyərləri sarsılmaqda... 

Fərqli problemlərin böhranlı həddi və bunlardan bəhrələnən qüvvələrin təzyiqləri gələcəyə ümidləri alt-üst edir. Acınacaqlıdır ki, azərbaycanlılar digər xalqlara mehriban, dözümlü, münasibətlərdə olduqları halda, bu münasibətləri özlərinə qarşı yetərincə göstərmir. Səbəbi etnik əlamətləri yaxşı bilməzlikdə, mənimsəmə zəifliyindədir. Əcdad birliyi, dini inam və əqidə barədə yetərli informasiyalar, biliklər çatışmır. Bu isə etnik-milli özünüdərketməyə mənfi təsir göstərir və şüur lazımi səviyyədə formalaşmır. Niyə? Çünki millət on illər boyu milli mentalitetə, özünəməxsusluğa uğyun tərzdə tərbiyələndirilməyib.

AĞRI O QƏDƏR ÇOX, KEYLƏŞMƏ O QƏDƏR DƏRİNDİR Kİ, ARTIQ AĞRILAR DA AĞRI YARATMIR. Bu durum Azərbaycan xalqının psixikasını mənfi anlamlarda dəyişdirir.

Qonşu ermənilərdə və gürcülərdə olduğu kimi, azərbaycanlıların milli xarakterində etnosentrizm qüvvətli deyil, zəifdir. Ümumən, qismən Anadolu türkləri istisna türkdilli xalqlarda özünüdərk, idrak assimiliyasiyalara uğrayaraq özünüqoruma mexanizmini işləksiz hala gətirib. Bəzi türkdilli ölkələrdə zümrələşmə həmin ölkələrdə xalq birliklərini separatizmdən daha çox parçalanma halında saxlayır. Bu sosial təbəqələşmə (həmçinin regionalizm), fərqi özünü az qala etnik fərqə bənzədir.

Pandemiya ilə dövriyyəyə buraxılan dünyanın sonu ilə bağlı esxaloji əhvali-ruhiyyə dünyanı bürüdü. Həmçinin, demokratiya, milli azadlıq hərəkatları, din pərdəsi altında gedən siyasi oyunların dünya mənzərəsindəki mahiyyəti bəşəriyyəti yanılma hissinə yönəltdi. Bu, tarixin dönüş nöqtəsi idi. Qloballaşma deyilən gedişatda insanlar çox vaxt dərketmədən sosial proseslərin həm idarəçisinə, həm də iştirakçısına çevrilir. Ənənəvi, köklü dəyərlərin böhranlı prosesi seçim imkanlarını qlobal mahiyyətdə azaldır, tükəndirir. İSANLARIN KEÇMİŞ DÜNYA BAXIŞI ÇÖKÜR. Qloballaşma nəticəsində parçalanan, yox olan və ya dəyişən kimlik formaları mənzərəsi psixoloji sığınacaq kimi yeni kimlik formalarını aktuallaşdırır. Qlobal maraqlar qlobal cazibə, çəkim mərkəzi yaradır. Məlum qlobal assimilyasiyanın təsirində təklənib təcrid olunmaqdansa, insanlar əksəriyyətcə psixoloji sığınacaq şüuruna üstünlük vermək məcburiyyətində qalır. Nəzərə alaq ki, sosial-iqtisadi durum öz gərginliyini artırır və artırmaqda davam edəcək. Qlobal hakimiyyət və onun nəzarəti gücləndirilir. Qlobal həyat tərzi bütün dünyaya vərdiş etdirilir. Zəif də olsa, alternativ nüans da var. Qloballaşma özü ilə antiqloballaşmanı, yəni müxtəlif svilizasiyaların aktuallığı problemini də yaradır. Bununla belə faktdır ki, dünyada xalqların deyil, hakimiyyətlərin iradəsinin idarəçiliyidir və bu idarəetmə davam edəcək. Təbii ki, formalar dəyişsə də, məzmun, mahiyyət qalacaq. Çünki qlobalizmin əlindən bu idarəetməni, “Dəmir yumruq” nəzarətini alacaq alternativ güc yoxdur. Nəinki yoxdur, heç bu gücün altşüuru da yoxdur ki, nə vaxtsa üstşüura çıxmaq gümanı da olmuş olsun.

Get-gedə xalqlar müxtəlif fərqlərinə əsasən çeşidlənəcək. Passivlər ölü xalqlara çevriləcək və ya ciddi assimilyasiyaya uğrayacaq. Çünki çox istiqamətli qlobal böhranlar aqressiyanın miqyasını genişləndirəcək və zəiflər bu aqressiyanın hədəfində olacaq. Bu da “qapazaltı xalqlar” fenomenini aktuallaşdıracaq. Diqqət edin: ayrıseçkiliyə, fərqli standartlarda (və ya etnik qruplarda) nevroz, gərginlik hallarının artımı və s. çətinliklər qarşısında özünüqiymətləndirmə səviyyəsinin aşağılığına baxmayaraq, hadisələr potensial partlayış həddinə doğru irəliləyir. Bu durumlar fərqli istiqamətlərə yönəltmələrlə, azdırılmalarla, manipulyativ təsirlərlə hələlik ötüşdürülüb “ram” edilsə də əslində gerçək durum öz əzici ağırlığını dərinləşdirir.

Nəzarətçi gözün kəskin diqqətlə izlədiyi fərqli dünya məntəqələrindəki bu durumlar qlobal idarəetməyə uyğun gəldiyi qədər öz halına buraxılacaq, gəlmədiyi təqdirdə məsuliyyətlər “günah keçiliyinə” yüklənəcək... Yəni yerli hakimiyyətlərlə xalqlar arasındakı uçurumlar gələcək böyük qarşıdurmalara zəminlərə, təməllərə əsaslardır. Ulus dövlətlər elə öz uluslarının, xalqlarının acıqlandırılmış emosional enerjisi ilə çökdürüləcək. Belə olmayacaqsa, qloballaşmanın strateji mənası mənasızlaşmış olar... Əsərin müəllifi olduğu kimi, qloballaşmanın da müəllifləri qlobalistlərdir. Onlar isə məqsədlərinə uyğun olaraq qlobal düşünməyə bilməz. Tarixə ötəri nəzər yetirək: Fransa inqilabı, çar Rusiyası, sovet-bolşevik inqilabı, SSRİ, Çin, Amerika, Avropa və s. məkanlardakı inqilabi dəyişiklikləri kimlər yaratdı? Hələ dünya məntəqələrindəki fərqli sistemlər, qurumlar və təşkilatlar bir yana. Südün içində qatığı, pendiri, şoru, ayranı görmək istəməyənlər dərin dünya tarixindəki qlobal prosesləri də görməz və ya görmək istəməz. Bu, önəmli deyil. Fakt odur ki, əksər dünya məntəqələri qlobalizmin eksperiment oylağıdır.

Ətraf mühit insanları və millətləri özünə qayıtmağa sövq edir. Ancaq qloballaşma siyasi millətçilik institutlarının təməllərini sarsıdıb və TRANSHUMANİZM İŞLƏK QLOBAL İDEYADIR.

Qloballaşma psixologiyası gənc nəslin formalaşmasına aktiv təsir imkanlarına malikdir. Məhz gənc nəsil zaman-məkan duyumları fərqli olduqlarına görə psixoloji olaraq vahid qlobal məkanın sakinliyinə daha rahat çevrilə bilər. İnternet vasitəsilə yeni virtual dünya mənzərəsi yaranır. Gənclər universal sistemə qoşulmaqla sərhədləri aşır, təsəvvürlərini dəyişdirir. QLOBALLAŞAN ŞÜUR LOKAL ÇƏRÇİVƏLƏRƏ SIĞMIR. Gənclər yeni dəyərləri necə yaratmaq, necə tətbiq etmək problemi ilə üzləşir. Onlar yerli mədəniyyətin davranış nümunələrində əks olunan dünya görüşün müasir qlobal tələblərə uyğun gəlmədiyini görür. Hər xalqın milli-mənəvi dəyərləri onun mövcudluğunun forması kimi strateji əhəmiyyət daşıyır. Bu baxımdan, hər toplum sosial özünüqoruma instinktinin özünüqoruma formasını tapmağa məsuldur. Çünki qloballaşma öz yeniliklərinin diktəsi ilə bu diktələrə uyğunlaşma məcburiyyətini tələb edir. Bu tələb yeni qlobal mədəniyyətin mənimsənilməsində qlobal təfəkkürü də zəruri edir. Gənclərin milli mədəniyyətləri ilə qlobal mədəniyyət arasında psixoloji balansı, tarazlığı (dengəni) qorumaq qabiliyyəti onların gələcəyini təmin edəcək. QLOBALLAŞMADAN TƏCRİD OLUNARAQ HEÇ BİR ÖLKƏNİN SOSİAL PSİXOLOJİ VƏ SAİROLOJİ BAXIMDAN İNKİŞAFI MÜMKÜN DEYİL. İnkişaf milli mədəniyyət ilə qlobal mədəniyyətin subyektiv deyil, obyektiv əsaslarının sintezi ilə mümkündür. Əlaqələnədiricilik missiyasının daşıyıcıları olan gənclər qlobal nəsil psixikasının bariz nümayəndələridir. Qloballaşma bəşəri şüurun ideologiyalaşdırılmasını, proqramlaşdırmasını şərtləndirib. Baxın, dünya məntəqələri büsbütün qlobal stratejiyə tabe etdirilib. Buna görə də yeni adaptasiya, identiklik (uyğunlaşma, eyniləşmə) problemləri artır. Dünyanın sosial, mədəni, siyasi və iqtisadi həyatına təsirlər fundamental dəyişikliklər yaradacaq. Bəşəriyyət tədricən mənəvi irsdən xeyli məhrum hala gələcək, xaoslar çoxalacaq. Simvolik həzlərə, postmodernist motivsizliyə, ölçüsüzlüyə, aludəçilik də həmçinin. Bu proses mövcud sistemlərin dağılmasını, xaos mərhələsinin təzadlarını sərgiləyən köhnəliklə yeniliyin qarşıdurmasıdır.

Türkdilli xalqlarda Anadolu türkləri qismən istisna sanki beyinlər kütləvicə söndürülüb. Türk dünyasının beyinləri aktivləşdirilmə ehtiyacını sərgiləyir.

İdentiklik (eyniləşmə, uyğunlaşma) qürur hissinə əsaslananda müsbət, xəcalət hissinə əsaslananda isə mənfi nəticələr yaradır. Yəhudilər seçilmiş xalq indentlikliyi ilə fəxr edir. Erməni Qriqoriyan kilsəsi də milli-etnik şüurun qorunub saxlanılmasında, müəyyən istiqamətlərə yönəlməsində tarixi funksiyanı öz üzərinə götürüb. Bu gerçəklər identikliyin potensial gücünü göstərir.

Sosial, siyasi, təbii şəraitin dəyişməsi ilə insanın şüur səviyyəsi, dünya duyumu, özünü tanıtma, təqdim və yerini, mövqeyini təyin qabiliyyəti də dəyişə bilər. Dəyərsizləşdirmələr qarşısında özünəhörmət, özünüdəyərləndirmə özünüifadə hissi ilə müşayiət olunur. Bu müşayiət məhz mübarizə məqsədlərinə çatmaq üçün müxtəlif fikirlərdə təzahür edər.

***

P.S. Ən azı son 40 illik mübarizə qabiliyyətimə qarşı fərqli mübarizə aparmaq məcburiyyətindəyəm. Etiraflar növbəti saylarda və ya...

Şikayət enerjisi yaymaq kimi çıxmasın. 2019-cu ilin iyulun 30-da Nəsimi Rayon İcra və Probasiya şöbəsi heç bir məhkəmə qətnaməsi olmadan 10 illik mülkü çəkişmə bezdirməsindən sonra şər-şantajla ailəmizi 24 il yaşadığımız ata mənzilindən çıxartdı. Bu dəhşətli amansızlıq idi. Həm də çıxarılmadan öncə Azərbaycan qanunlarına əsaslanan heç bir məhkəmə qətnaməsi olmadan və öncədən müvafiq mənzillə təmin etmədən. Ailəmiz min bir zülüm çəkdi. Uzun söz-söhbətdən, ağrılardan sonra müvafiq dövlət qurumu kirayəmizi ayda 300 manat ödəyirdi. Son aylarda 100 manatını kəsdi. Bu güzəranımıza mənfi təsir edir. İndi deyirlər ki, nə vaxta kimi kirayə haqqını ödəyəcəyik? Suala cavab verirəm, statusuma layiq mənzillə təmin edilənə kimi...

Torpağım yox, yurd-yuvam yox, ev-eşik yox, əzizlərimin əksəriyyəti də itirilmiş və sairələr. İtirməyə ciddi bir şeyi qalmayan birini çox sıxışdırmaq məncə artıqdır. Həyatda o qədər bol üzüntülər yaşadım ki, təcrübələrimin bolluğundan ustalaşdım. Nə vaxtsa təşəkkür etdiyim insanlara keçici zənn etdiyim anlaşılmazlığa görə antipatik fikir sərgiləyə bilmirəm. Yetər ki, ibrət ola.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN