booked.netbooked.net booked.net  

"TikTok"un Şərqi Avropada dövlət qurumları və korporativ məsələlər üzrə məsul nümayəndələri Aleksandr Strax və Sergey Sokolov ilə görüşdüm.

Bunu Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.

Ekspert vurğulayıb ki, qörüş qarşı tərəfin təşəbbüsü ilə olub.

“Görüşdə Azərbaycanda TikTok-un rəsmi olaraq müvəqqəti bloklanması və bu platformanın milli informasiya mühitimizdə yeri haqqında qurumun rəsmilərini məlumatlandırdım.

Belə anladım ki, onların ölkəmizə səfəri "TikTok"un bloklanmasından öncə planlanıb”, - deyə Osman Gündüz qeyd edib.

O, həmin görüşdə "TikTok"un ölkəmizdə gələcək fəaliyyəti, bu sosial platformada zərərli və qanunazidd kontentin yayılmasının qarşısının alınması və azərbaycandilli faydalı kontentin yaradılması imkanları, xüsusilə gənclər üçün təhsil və intellektualyönümlü kontentin yaradılması imkanları, valideynlərin rəqəmsal savadlılığının artırılması və s. istiqamətdə fikir mübadiləsi aparıldığını bildirib.

“Görüşdə ölkəmizin startap ekosisteminin və biznesin gələcəkdə TikTok-dan, onun marketinq alətlərindən biznes və tanıtım üçün effektiv istifadəsi ətrafında da fikir mübadiləsi olub.

Uşaqların və yeniyetmələrin "TikTok"da təhlükəsizliyinin qorunması yolları ətrafında da müzakirələr aparılıb”, -deyib.

Ekspert, həmçinin TikTok rəsmilərinin bir neçə dövlət qurumları ilə sosial platformanın ölkəmizdə gələcək fəaliyyəti ilə bağlı məsləhətləşmələr apardığını da açıqlayıb.

 ***

Xatırladaq ki, sentyabrın 14-dən etibarən “TikTok” sosial şəbəkəsinin ölkəmizin ərazisində yayımlanması müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) sentyabrın 14-ü axşam saatlarında məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hərbi əməliyyatlarla bağlı "TikTok" sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, "TikTok" sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.

 Qeyd edək ki, bu sosial şəbəkənin ölkəmizdə yayımına nə zaman icazə veriləcəyi naməlum olaraq qalır.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN