booked.netbooked.net booked.net  

Aİ-yə üzv ölkələr Ukraynaya tədarükdən sonra ehtiyatlarını artırmaq üçün birgə silah almalıdırlar.

Reuters xəbər verir ki, bunu Avropa Müdafiə Agentliyi (AMA) ABŞ-ın Avropanı həmişə təhlükələrdən qoruya bilməyəcəyi barədə xəbərdarlıq edərkən bildirib.

  “Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi bizim imkanlarımızın yetərli olmadığını ortaya qoydu”, - bunu AMA-nın icraçı direktoru İrji Sedivi deyib.

 Onun sözlərinə görə, AMA istehsalı artırmaq üçün silah şirkətləri ilə, eləcə də bütün Aİ ölkələri ilə silah, avadanlıq və sursat almaq üçün səyləri birləşdirmək üçün danışıqlar aparır.

"Vacibdir ki, Aİ insanları qorumaq üçün etibarlı təhlükəsizlik sistemləri təminatçısına çevrilə bilər",- deyə Sedivi ölkələri ABŞ-ın müdafiəyə sərmayə qoymaq tövsiyələrinə nəzərə almağa çağırıb.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Aİ ölkələri, ABŞ Ukraynaya silah-sursat və humanitar yardım edir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN