Dövlət mülkiyyətinə verilmiş malların və nəqliyyat vasitələrinin satışı ilə bağlı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən hərrac keçirilib.

TEZADLAR.AZ-ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumatına görə, təşkil edilən hərraca müsadirə edilmiş, habelə şəxslərin dövlətin xeyrinə imtina etdiyi dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri çıxarılıb.

Hərracda 95 lot üzrə 240 sifariş verilib, 75 lot üzrə 151.295 manat dəyərində mallar və nəqliyyat vasitələri satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə qeyd edilən linkdən tanış olmaq olar:

https://clck.ru/33ihWp

Qeyd edək ki, gömrükdə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin satışı üzrə növbəti hərrac 23 iyun tarixində keçiriləcək.