booked.netbooked.net booked.net  

"Muğan Bank" ASC-yə  yeni səhmdarlar gəlib.

Report xəbər verir ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.

Onların hər biri Bankda 40 % pay əldə edib.  Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74 %-dən 0,78 %-ə, Fəridə Mehdiyevanın payı 21,61 %-dən 10,89 %-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65 %-dən 8,33 %-ə düşüb.  Beləliklə, Vəliyevlərin Bankdakı payı 10,65 %-dən 88,33 %-ə, Mehdiyevlərin payı isə 89,35 %-dən 11,67 %-ə dəyişib. Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

***

TEZADLAR.AZ onu da diqqətə çatdırır ki, Bakıda fəaliyyət göstərən "Oksigen" klinikası da rektorun oğluna - "Muğan Bank"da 40% paya sahib olan Munir Vəliyevə məxsusdur.

Qeyd edək ki, Əhməd Vəliyev 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakultəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990–1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmışdır.

Əhməd Vəliyev Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və Dosent, professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülmüşdür. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, siyasi publisistika janrında yazılmış "Bəsirət ünvani" adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, 2003-cü ildə isə ingilis dilində çap olunmuşdur. Bundan başqa, Əhməd Vəliyev "Adının sahibi" kitabının da müəllifidir.

Əhməd Vəliyev III və IV çağırış  (2005–2010 və 2010–2015-ci illər) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvü olub. Eyni zamanda, Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəridir.

O, 1997-ci ildən Odlar Yurdu Universitetinin rektorudur.  Ailəlidir, 2 oğlu, 1 qızı, 8 nəvəsi var. Böyük oğlu Samir Vəliyev hüquq elmləri doktoru və professordur. Qızı Vəfa Vəliyeva həkim, kiçik oğlu Munir Vəliyev isə iqtisadçı - İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN